Xaçmazda zəncirvari qəzada bir nəfər xəsarət alıb VİDEO
Xaçmaz, 13 iyun, Elxan Yusifli, AZƏRTAC
Gəndob-Yalama yolunun Xaçmaz şəhərindən keçən hissəsində zəncirvari yol nəqliyyat hadisəsi baş verib.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, şəhərin Bakı prospektində əks istiqamətdə hərəkətdə olan “Mercedes” və “VAZ 21099” markalı minik avtomobilləri toqquşub. Ardınca sərnişin avtobusu da qəzaya uğrayan “Mercedes”ə dəyib.
Hadisə nəticəsində “Mercedes”in sürücüsü yüngül xəsarətlər alıb.
Qəza səbəbindən avtomobillərin intensiv hərəkət etdiyi yolda uzun tıxac yaranıb.
Faktla bağlı araşdırma aparılır.