REGİONLAR
Xaçmazın Mollabürhanlı kəndində yeni modul tipli məktəb binası quraşdırılıb
Xaçmaz, 21 oktyabr, Elxan Yusifli, AZƏRTAC
Xaçmaz rayonunun Mollabürhanlı kəndində yeni modul tipli məktəb binasının quraşdırılması işləri başa çatıb.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, “Azərbaycan Respublikasının ərazisində modul tipli təhsil müəssisələrinin quraşdırılması işlərinin davam etdirilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin müvafiq Sərəncamına əsasən inşa olunan modul tipli məktəb 96 şagird yerlikdir. Modul tipli məktəblərin üstünlüyü onların azməsrəfli olması ilə yanaşı, qısa müddətdə istənilən relyefdə quraşdırılması, asan daşınması, sinif otaqlarının şagirdlərin sayına uyğun olaraq rahatlıqla azaldılıb artırılmasıdır.
Mollabürhanlı ilə yanaşı, Xaçmazın Şıxlar kəndində də 40 şagird yerlik yeni modul tipli məktəb binası quraşdırılıb. Bu günədək Xaçmaz rayonunun müxtəlif kəndlərində 23 yeni modul tipli məktəb binası inşa olunub.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 30.04.2024 [20:41]
Naxçıvanda doğum günü aprel ayında olan şəhidlərin xatirəsi anılıb
- 30.04.2024 [20:24]
Naxçıvanda Sahibkarlar Günü münasibətilə görüş keçirilib
- 30.04.2024 [17:45]
Naxçıvan şəhərində evdə yanğın olub
- 30.04.2024 [17:06]
ETSN rəsmisi: Şam ağaclarının qurumasının əsas səbəbi zərərvericilərdir
- 30.04.2024 [16:33]
Laçında daha 23 ailəyə evlərinin açarları təqdim olunub YENİLƏNİB VİDEO
- 30.04.2024 [16:32]
Laçının şəfalı bitkiləri qablaşdırılaraq satışa çıxarılır FOTO
- 30.04.2024 [16:28]