Xalça Muzeyində interaktiv tamaşa – “Təbiətin səsi sən ol”
Bakı, 18 may, AZƏRTAC
18 may - Beynəlxalq Muzeylər Günü münasibətilə Azərbaycan Milli Xalça Muzeyində “Təbiətin səsi sən ol” adlı interaktiv tamaşa göstərilib.
Muzeydən AZƏRTAC-a bildirilib ki, muzeyin Uşaq şöbəsi tərəfindən hazırlanan tamaşada şöbənin nəzdində yaradılmış Uşaq Birliyinin üzvləri və 132-134 nömrəli təhsil kompleksinin şagirdləri, həmçinin “Azəri inciləri” rəqs qrupu çıxış edib. Yerüstü ekosistemin mühafizəsi mövzusuna həsr olunan, insanları təbiəti sevməyə və qorumağa səsləyən tamaşa sonda məzmuna uyğun art obyektin nümayişi ilə bitib.