XALQ ARTİSTİ HƏSƏN MƏMMƏDOVA HƏSR OLUNMUŞ XATİRƏ GECƏSİ
Dövlət Film Fondundan AZƏRTAC-a bildirmişlər ki, sentyabrın 16-da Muzey Mərkəzində qurumun təşkilatçılığı ilə xalq artisti Həsən Məmmədovun xatirə gecəsi keçiriləcəkdir. Tədbir Azərbaycan kinematoqrafiyasında parlaq iz qoymuş görkəmli aktyorun 70 illik yubileyinə həsr ediləcəkdir.
Dövlət Film Fondunun direktoru Cəmil Quliyev demişdir ki, aktyorun yaradıcılığına həsr olunmuş sərginin təşkili və videofilmin nümayişi nəzərdə tutulmuşdur. Gecədə kinoşünaslar, aktyorun dostları və yaxınları onun həyat və yaradıcılığından danışacaqlar.
Həsən Məmmədov 1938-ci il noyabrın 22-də doğulmuşdur. M.Əliyev adına Azərbaycan Dövlət Teatr İnstitutunu bitirmiş, 1962-1972-ci illərdə Azərbaycan Dövlət Milli Dram Teatrında işləmiş və burada bir çox yaddaqalan rollar oynamışdır. İstedadlı aktyor “Böyük dayaq”, “Yeddi oğul istərəm”, “Axırıncı aşırım”, “Bağ mövsümü”, “Gün keçdi”, “Bir cənub şəhərində” filmlərində də yaddaqalan obrazlar yaratmışdır.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 16.06.2026 [12:11]
“Mənim evim” film layihəsi beynəlxalq proqramda iştirak edib
- 16.06.2026 [12:06]
Bolonyada Milli Qurtuluş Gününə həsr olunmuş sərgi açılıb
- 16.06.2026 [10:50]
Milli Qurtuluş Günü Türkiyədə möhtəşəm konsert proqramı ilə qeyd olunub
- 16.06.2026 [00:50]