Xalq artisti: “Nəsimi” baletinə rəğbətin bir səbəbi də əsərin qəhrəmanına olan məhəbbətdir
Samsun, 17 dekabr, AZƏRTAC
Dahi Azərbaycan bəstəkarı Fikrət Əmirovun “Nəsimi” baleti bütün səhnələrdə böyük tamaşaçı məhəbbəti ilə qarşılanır. Əsərin Türkiyə premyerasına qardaş ölkədə göstərilən diqqət yaradıcı heyəti daha da həvəsləndirib.
AZƏRTAC xəbər verir ki, bu fikirləri “Nəsimi” baletinin Samsun şəhərində tamaşaçılar tərəfindən böyük rəğbətlə qarşılanmasını şərh edən Xalq artisti, baletin xoreoqrafı Kamilla Hüseynova söyləyib.
“Nəsimi” baletini dörd dəfə səhnələşdirdiyini diqqətə çatdıran K.Hüseynova deyib: ”Tamaşaçı alqışları yaradıcı heyət üçün zəhmətə verilən ən böyük dəyərdir. Samsunlu baletsevərləri “Nəsimi”ni böyük diqqətlə izləməsi çox sevindiricidir. Ümumiyyətlə “Nəsimi” baletinə rəğbətin bir səbəbi də əsərin qəhrəmanına olan tükənməz məhəbbətdir”.
Qeyd edək ki, Azərbaycanın Xalq artisti, maestro Yalçın Adıgözəlov “Nəsimi”nin Türkiyə premyerasına dirijorluq edib.
Sabir Şahtaxtı
AZƏRTAC-ın xüsusi müxbiri
Samsun
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 11.06.2026 [20:50]
Moskvada azərbaycanlı gənclərin iştirakı ilə ailə festivalı
- 11.06.2026 [18:20]
Tarixdən süzülən zəriflik – Xan qızının geyim irsi VİDEO
- 11.06.2026 [16:37]
“Maqadan: Sonuncu dayanacaq” kitabı təqdim olunub
- 11.06.2026 [15:48]
Rus Dram Teatrında immersiv tamaşa: “Neft, tamah və milyonlar səltənətində”
- 11.06.2026 [15:41]
Musiqili Uşaq Teatrı studiyasının təqdimatında tamaşa
- 11.06.2026 [15:07]