XALQ YARADICILIĞINA HƏSR OLUNMUŞ MÜSABİQƏ KEÇİRİLİR
Rəssamlar İttifaqı sədrinin müşaviri, əməkdar rəssam Ənvər Qarayev AZƏRTAC-a bildirmişdir ki, qurum Mədəniyyət və Turizm Nazirliyi ilə birgə respublika xalq yaradıcılığı müsabiqəsi keçirir.
Bu münasibətlə Rəssamlar İttifaqının bir qrup əməkdaşı Azərbaycanın rayon və bölgələrini 6 ay gəzərək əyalətdə yaşayan sənətkarların əl işlərini toplamışdır. Xalq yaradıcılığı nümunələri arasında Bakı, Naxçıvan, Şəki, Quba, Şamaxı, Lənkəran və başqa yerlərdən olan əl işləri çoxluq təşkil edir.
Toplanmış və Rəssamlar İttifaqının ünvanına göndərilmiş 700-ə yaxın əl işinin içərisindən 250 ən yaxşısı seçilərək oktyabr ayının əvvəllərində Muzey Mərkəzinin sərgi salonunda nümayiş etdiriləcəkdir.
Bir həftə davam edəcək müsabiqə-sərgidə fərqlənən əl işlərinin müəllifləri mükafatlandırılacaqlar.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 16.06.2026 [12:11]
“Mənim evim” film layihəsi beynəlxalq proqramda iştirak edib
- 16.06.2026 [12:06]
Bolonyada Milli Qurtuluş Gününə həsr olunmuş sərgi açılıb
- 16.06.2026 [10:50]
Milli Qurtuluş Günü Türkiyədə möhtəşəm konsert proqramı ilə qeyd olunub
- 16.06.2026 [00:50]