Azərbaycan Dövlət İnformasiya Agentliyi

Xanoğlan Ramazanov: Qanuna əməl etmək sizi maliyyə itkilərindən, vergi risklərindən qoruyur!

Xanoğlan Ramazanov: Qanuna əməl etmək sizi maliyyə itkilərindən, vergi risklərindən qoruyur!

Bakı, 10 iyul, AZƏRTAC

Bu gün əksər şirkətlərin mühasibatlıq xidmətlərinə ehtiyacı var. Hər bir müəssisə öz məlumatlarının etibarlı şəkildə saxlanılmasını, dəqiq mühasibat uçotunun aparılmasını, o cümlədən hesabatlarının düzgün təqdim edilməsini istəyir. Şirkətin uğurundan cavabdeh olmaq və hər işin planlandığı kimi həyata keçirilməsini təmin etmək məsuliyyət, düzgünlük və dəqiqlik tələb edir. Çünki bəzi hallarda edilən səhvlər böyük maliyyə sanksiyalarına səbəb ola bilir.

“QANUN Mühasibatlıq Xidmətləri” şirkətinin təsisçisi və rəhbəri Xanoğlan Ramazanov doğru qurulmuş və optimizasiya olunmuş, şirkəti görünməyən ciddi təhdidlərdən sığortalayan mühasibatlıq prosesi barədə suallarımızı cavablandırdı.

- “İnsan dünyaya göz açandan mühasiblik də onunla başlayır” deyirlər. Sizin hekayəniz necə başlayıb?

-Əslində, tək mühasiblik yox, istənilən fəaliyyət sahəsi insanın təməlində, qanında olmalıdır. Həmin sahəyə xüsusi maraq, sevgi duyulmalıdır. Biz gənclərlə keçirdiyimiz görüşlərdə də hər zaman vurğulayırıq ki, hansı sahəni seçməyinizdən asılı olmayaraq, sevdiyiniz işlə məşğul olun ki, həm bu işdən zövq alasınız, həm də burada uğur qazana biləsiniz. Mühasiblik məsuliyyət və maraq tələb edən bir sahədir. Bu fəaliyyət növü üzrə kimisə sevgi olmadan, məcburən işlətmək və ya kiməsə işləmək mümkün deyil. Bu zaman inkişafdan və uğurdan söhbət də gedə bilməz. Mənim uşaq yaşlarımdan bu sahəyə xüsusi marağım, sevgim olub. Hansısa məhsulun istehsalına çəkilən xərc, əldə edilən qazanc və s. ilə bağlı müxtəlif hesabatlar aparmışam. Sonra tale elə gətirdi ki, sevdiyim bu işlə də məşğul oldum.

-“Qanun Mühasibatlıq Xidmətləri” şirkətini yaratmaq ideyası hansı zərurətdən yarandı?

-Artıq 15 ilə yaxındır ki, maliyyə və mühasibatlıq sahəsində fəaliyyət göstərirəm. 2020-ci ildən sonra isə müştərilərimizin sayı getdikcə artdığı üçün komanda yaratmaq zərurəti yarandı və mən “Qanun Mühasibatlıq Xidmətləri” MMC-ni yaratdım. Elə həmin vaxtdan etibarən müştərilərimizin sayı kimi əməkdaşlarımızın da sayı durmadan artır. Bu gün komanda üzvlərimizin peşəkarlığını yüksəltmək üçün mütəmadi olaraq təlimlər, kurslar təşkil edirik, bu işi sevən və bacarıqlı gəncləri ətrafımızda toplayırıq.

-Əsas fəaliyyət istiqamətləriniz hansılardır?

-Biz “Qanun Mühasibatlıq Xidmətləri” şirkəti olaraq hər növ mühasibatlıq xidmətləri, vergi uçotu, HR xidmətləri və bir qisim hüquq xidmətləri göstəririk. Bir az daha sadalasaq, fiziki və hüquqi şəxslərin onlayn qeydiyyatı, “Asan İmza” sertifikatının əldə olunması, bank hesablarının açılması, Azərbaycan Respublikası Vergi Məcəlləsinə uyğun olaraq bütün növ vergi və MDSS hesabatlarının təqdim edilməsi, kadr uçotunun aparılması, əmtəə nişanı qeydiyyatı və s. xidmətləri göstərə bilərik. Xüsusilə vurğulamaq istərdim ki, əqli mülkiyyətin 3 əsas obyektindən biri olan əmtəə nişanlarının müasir dövrümüzdə şirkətlər üçün böyük əhəmiyyəti var. Əmtəə nişanı sahibinin hüquqları pozularsa, bu həmin şirkətə böyük maddi ziyan vurulması və ya onun nüfuzdan salınması ilə nəticələnə bilər. Əmtəə nişanlarının böyük əhəmiyyətə malik olduğu belə bir vaxtda onların qorunması da hər bir şirkətin biznes strategiyasında əsas prioritetlərdən biri hesab olunur. Mən mütləq şəkildə bütün müştərilərimə tövsiyə edirəm ki, markanızın patentini alın ki, başqaları gəlib sizi qanuni şəkildə bazardan çıxara bilməsin.

-“Qanun Mühasibatlıq Xidmətləri” şirkətinin rəqiblərindən üstünlüyü nədir?

- Mən belə deyərdim ki, ümumiyyətlə, dövrün ən vacib problemlərindən biri dürüstlükdür. Mühasibatlıq məhrəm bir sahədir. Müştəri sizə bütün maliyyə hesabatlarını - mühasibatlığını, bank məlumatlarını, pulunu, Asan İmzasını etibar edir. Bu etibarı düzgün qiymətləndirmək lazımdır. Fəxr hissi ilə deyə bilərəm ki, 15 illik fəaliyyətim müddətində ən böyük qazancım müştərilərimizin etibarı olub. Bu elə bizim ən böyük fərqimizdir. Çünki dəfələrlə başqa şirkətlər tərəfindən aldadılan, etibarından sui-istifadə edilən onlarla müştəri ilə qarşılaşmışıq. Ona görə də hesab edirəm ki, bizim işimizdə əsas məqam dürüstlük və vicdandır. Müştərilərimizlə olan münasibətlərimiz də məhz bu meyarlar üzərində qurulub. Bilirik ki, iş prosesində gözlənilməz problem və ya çətinliklərlə qarşılaşmaq qaçılmazdır. Amma peşəkarlıq bu problemlərin arxasında dayanmaq, yaranmış vəziyyəti müştərinin xeyrinə dəyişə bilməkdir. Bağladığımız müqavilələrdə xüsusi olaraq qeyd olunub ki, “Qanun Mühasibatlıq Xidmətləri” şirkətinin səhvi ucbatından müştəriyə hər hansı bir zərər dəyərsə, maliyyə itkisi ilə üzləşərsə, biz, ilk növbədə, qanuni yolla bunu həll etməyə çalışırıq. Həll olunmayan məsələ olduqda isə dəymiş zərəri öz hesabımıza qarşılayırıq. Yəni, müştəri heç bir halda bizim səhvimiz ucbatından maliyyə itkisi ilə üzləşə bilməz. Biz hər zaman müştərilərimizin yanında olmağa, onları əlavə vergi risklərindən qorumağa çalışırıq.

-Mühasibatla bağlı son illərin əsas tələbi nədən ibarətdir?

-Yeniliklər çoxdur. Hər ilin sonunda Vergi Məcəlləsinə 200-dən çox dəyişiklik edilir. Mühasibat, maliyyə, vergi, kadr uçotunun müasir tələblərə uyğun aparılması ilə bağlı yeni proqram təminatları istifadəyə verilir. Onlardan istifadə etməklə müştəriyə lazım olan məlumatlar daha qısa vaxt ərzində əlçatan olur, minimum vaxt ərzində maksimum xidmət göstərmək imkanı yaranır. Ən əsası isə unutmaq olmaz ki, qanuna əməl etmək mütləqdir. Qanuna əməl etmək sizi maliyyə itkilərindən, vergi risklərindən qoruyur!

- “Hər bir biznesin uzunmüddətli uğurunun sirri qanuni mühasibatlıqdır” deyə bilərikmi?

- Bəli, qanuni mühasibatlıq hər bir biznesin əsas dirəklərindən biridir. Biznes aləminin reallıqları mühasibin daimi iştirakını tələb edir. Bu, bütün cari məsələləri effektiv və sərfəli şəkildə həll etməyə, zərurət yarandıqda isə vergi və ya mühasibatlıq sahəsində ən çətin məsələlərin həllini tapmağa imkan verir. Ən əsası isə şirkət yaradılmadan mühasibatlığa baş vurmaq, sahibkarlıq subyektləri və vergi mükəlləfiyyətlərini düzgün analiz etmək lazımdır ki, şirkət qurulduqdan sonra daha çox gəlir əldə edilsin və az vergi yükü yaransın. Bunu da “Qanun Mühasibatlıq Xidmətləri” şirkəti vasitəsilə qanuni mühasibatlıq yolu ilə həll etmək hər kəsə faydalı olar.

-Hazırda yalnız mühasibatlıqla məşğul olursunuz yoxsa başqa fəaliyyət sahələriniz də var?

-Mühasibatlıq elə bir sahədir ki, bu işi görməklə siz bütün sahələrlə yaxından tanış olursunuz. Xidmət göstərdiyimiz biznes sahələrinin özəyini gördüyümüz üçün bizə onlardan hər hansı biri ilə məşğul olmaq daha asandır. Əlavə fəaliyyət istiqamətlərimiz sırasında paxlava istehsalının incəliklərini mahir ustalardan alan və bunu ənənəvi hala gətirən “Hanoğlu Baklava & Lokum” və Şəki şəhərində yenicə açılan, eyni zamanda İsmayıllı, Qəbələ, Oğuz, Qax, Zaqatala, Balakən regionunda fermerlərin müasir suvarma sistemlərinə əlçatanlığını təmin edən “ŞƏKİ AGRO” suvarma sistemləri mağazası (SHEKİ AGRO MMC) da var. Fermerlər suvarma sistemlərinə 20 faiz ilkin ödəniş etməklə Aqrar Kredit və İnkişaf Agentliyinin tətbiq etdiyi alış məbləğinin 40%-i miqdarında dövlət subsidiyası, geri qalan 40%-i miqdarında isə faizsiz kreditdən yararlana bilərlər.

- Müştərilər niyə məhz sizi seçməlidirlər? Sizinlə uzunmüddətli əməkdaşlıq çalışdığınız şirkətlərə hansı üstünlükləri qazandırıb?

-Biz bütün şirkətlərin işlərinə öz işimiz kimi yanaşırıq. “Hanoğlu Baklava & Lokum”, “ŞƏKİ AGRO” suvarma sistemləri, “Qanun Mühasibatlıq Xidmətləri” şirkətlərinin mühasibatlıq işlərini də komandamız həyata keçirir. Yəni, öz şirkətlərimiz də bizim müştərilərimizdir. Öz şirkətlərimizə tətbiq etdiyimiz yanaşmanı çalışdığımız şirkətlərə də tətbiq edirik və ən xırda incəliklərə qədər problemləri həll etməyə çalışırıq. Bizim üçün güvən əsas yerdə dayanır. Problem varsa, həll etməyə çalışacağıq. Geri addım atmaq bizə yad olan məsələdir.

– Müsahibə üçün təşəkkür edirik.

“QANUN Mühasibatlıq Xidmətləri” şirkəti ilə əlaqə:

(055)266 69 38

(051)295 50 02

https://www.instagram.com/qanun_muhasibatliq_xidmetleri/

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Yunanıstandakı Azərbaycan icmasının sualları cavablandırılıb

Gəncədə “Nizami Gəncəvi işığında” adlı konsert proqramı təqdim olunub

“Eurowings” aviaşirkəti yanacaq xərclərinin bahalaşmasına görə uçuşları azaldır

Azərbaycanlı alim Stanford–Elsevier siyahısında yüksək mövqeyini qoruyur

Beynəlxalq Valyuta Fondu ilə əməkdaşlıq genişlənir: Banqkokda mühüm görüşlər

Bazar gününün hava proqnozu açıqlanıb

Füzuli sakini: 30 il həsrət çəkdiyim torpağa şəhid atası kimi qayıtdım

Deputat: Füzulidə də iqtisadi fəallığın artırılması əsas prioritetlərdəndir

“AzerGold” QSC 6-cı “Rebuild Garabagh” sərgisində təmsil olunub

Bakıda İndoneziya mətbəxi təqdim olunub

Dövlət Sərhəd Xidmətinin Xüsusi Məktəbinin 15 illik yubileyi qeyd edilib

Azərbaycan AirBadminton üzrə Avropa çempionatında bürünc medal qazanıb

Zabrat–Maştağa avtomobil yolunda hərəkətə tam məhdudiyyət tətbiq olunub

Anar Hüseynzadə: Əsas məqsəd axtardığını tapmaq deyil, axtarış prosesindən zövq almaqdır

Bu saata olan əsas xəbərlər

Vətən müharibəsinin xronikası: 17 oktyabr

FIFA U-20 dünya çempionatının brendi Qız Qalasında və Bakı Olimpiya Stadionunda nümayiş etdirilib

Milli Kitabxanada “Füzuli şəhəri Günü” adlı virtual və ənənəvi kitab sərgisi təqdim olunub

Cəbrayıl şəhərində Su Meliorasiya Sistemlərinin İstismarı İdarəsinin yeni inzibati binası istifadəyə verilib

AQEM Azərbaycanın rəqəmsal bağlantı imkanlarının genişləndirilməsi baxımından mühüm platformadır - ŞƏRH

Azərbaycan nefti 116 dollara satılır

Müstəqillikdən suverenliyə uzanan dövlətçilik salnaməsi - ADAU-da tədbir

Bu gün Beynəlxalq Yoxsulluqla Mübarizə Günüdür

Birjalarda neft bahalaşıb

Qızıl və gümüş bahalaşıb

Müasir İncəsənət Muzeyində Anar Hüseynzadənin “O” adlı fərdi sərgisi açılıb

Azərbaycan Premyer Liqası: “Qarabağ" bu gün "Neftçi" ilə qarşılaşacaq

Ötən gün cinayət törətməkdə şübhəli bilinən 35 nəfər saxlanılıb

“Yusif Qarabağinin elmi-fəlsəfi irsi və Şərq düşüncə tarixində yeri”: Buxarada beynəlxalq elmi-praktiki konfrans VİDEO

“Yusif Qarabağinin elmi-fəlsəfi irsi və Şərq düşüncə tarixində yeri”: Buxarada beynəlxalq elmi-praktiki konfrans VİDEO

“Apple” “iPhone Duo”nun çatdırılmasını 2027-ci ilin yanvarına təxirə salıb

Gəncəyə beşinci raket hücumunun zərərçəkəni: o gecə ailəmin 5 üzvünü itirdim

İş yerində millenniallarla zumerlər əslində nə ilə fərqlənirlər? – sosioloqun cavabı

Çikaqonun mərkəzində Azərbaycan Bayrağı ucaldılıb

Çində 2-ci beynəlxalq azərbaycanşünaslıq elmi konfransı keçirilir

Füzuliyə köçürülmüş sakinlərdən 1100-dən çox şəxs məşğulluq tədbirlərinə cəlb edilib

Bu gün Füzuli Şəhəri Günüdür

Media: Hörmüz boğazında 2 milyon bareldən çox neft daşıyan tanker minaya düşüb

Tramp Rusiya neftinin əsas alıcılarına qarşı yeni sanksiya və tariflərin tətbiqini təxirə salıb

Aİ liderləri rəqabətqabiliyyətlilik, enerji təhlükəsizliyi və Ukraynaya dəstəyi müzakirə ediblər

Azərbaycanlı alimin Türkiyədə yeni elmi-tədqiqat əsəri çapdan çıxıb

CENTCOM: İranın 25 milyard dollarlıq neft ixracının qarşısı alınıb

Çexiyanın dövlət borcu rekord həddə çatıb

Merts Ukraynadakı münaqişəni Trampla şəxsən müzakirə etməyi planlaşdırır

ABŞ Prezidenti Ağ Evin mətbuat katibinin istefasını təsdiqləyib

Qurama sənəti Vaşinqtonda mədəniyyət təşkilatlarının nümayəndələrinə təqdim edilib VİDEO

Qurama sənəti Vaşinqtonda mədəniyyət təşkilatlarının nümayəndələrinə təqdim edilib VİDEO

İran ABŞ-nin mümkün hücumlarına qarşı hava hücumundan müdafiə sistemini gücləndirib

Kamalə Kamal: “44” filmi milli yaddaşımızın gələcək nəsillərə ötürülməsidir

Tramp Rusiya, ABŞ və Çin arasında nüvə silahlarına dair razılaşmanın əldə olunacağına inanır

Fatimə Cəfərzadə: Xuraman obrazı üzərində işləmək mənim üçün maraqlı təcrübə oldu

YAP İdarə Heyətinin iclası olub

Milli Paralimpiya Komitəsinin 30 illik yubileyi möhtəşəm qala gecəsi ilə qeyd olunub – YENİLƏNİB

Hörmüz boğazında batan gəminin konteynerlərində təhlükəli maddələr ola bilər

Tramp: ABŞ-nin İranla müharibəsi gözləniləndən daha tez başa çatacaq

Qazaxda qarşıda duran əsas vəzifələr müzakirə edilib

Azərbaycanın mina probleminə dair bu dəfə Xorvatiyada aksiya təşkil olunub

Şəhid ailələrindən olan istedadlı uşaqlar III Beynəlxalq Opera Festivalında iştirak ediblər

Azərbaycan ağırlıqqaldıranı Avropa birinciliyində üç bürünc medal qazanıb

Ramil Qasımov: “Vaqif” operası Ramiz Mustafayevin yaradıcılıq irsinin dəyərli nümunəsidir

İngilis dilini öyrənməkdə çətinlik çəkirdi, indi 15 dil bilir – Poliqlotun effektiv xarici dil öyrənmə üsulları VİDEO

İngilis dilini öyrənməkdə çətinlik çəkirdi, indi 15 dil bilir – Poliqlotun effektiv xarici dil öyrənmə üsulları VİDEO

Putin Ukraynanın hərbi sənaye obyektlərinə və logistika mərkəzlərinə zərbələrin davam etdirilməsini tapşırıb

Britaniya ordusunun rəhbəri müharibə təhlükəsi ilə bağlı xəbərdarlıq edib

Peruda Qarabağ xalçasının açılışı olub – Azərbaycan mədəni irsi Peruda nümayiş olunur

“Vaqif” operası – Ramiz Mustafayevin zəngin sənət irsinə ehtiram

BMT: Ukraynada sentyabrda mülki əhali arasında itkilər 85 faiz artıb

Mina Abbasova: “Təxəyyülün köçəri ocağı” sərgisinin mərkəzində nostalji hissi dayanır

BVF: Fransanın 2027-ci il üzrə ümumi maliyyələşmə ehtiyacı 690 milyard avroya çatacaq

Salyanda YAP-ın VIII Qurultayından irəli gələn vəzifələr müzakirə olunub

Əməkdar rəssam: Sərgi onilliklər sonra öz əsərlərimə yeni gözlə baxmağa imkan verdi

Premyer Liqa: "Sumqayıt" ardıcıl ikinci qələbəsini qazanıb

Balakəndə müstəqilliyin bərpasının 35-ci ildönümü qeyd edilib

Kəngərli rayonunda müşavirə: İqtisadi müstəqillik dövlətimizin gücünü möhkəmləndirir

Milli birlik, ideoloji təhlükəsizlik və inkişaf - Qaxda qarşıda duran hədəflər müzakirə olunub

Qəbul edilən qərarların nəticələri insanların gündəlik həyatında hiss edilməlidir - Ordubadda müşavirə

Multidisiplinar rəssam: Əsərlərimdə nostaljinin fərqli tərəflərini əks etdirməyə çalışmışam

Prezident İlham Əliyevin sosial media hesablarında Vətən müharibəsi ilə bağlı videoçarx paylaşılıb VİDEO

Azərbaycanın səfiri etimadnaməsini İsveç Kralına təqdim edib

Bu saata olan əsas xəbərlər

Moskvada Cənubi Qafqazda “3+3” formatında enerji layihələri müzakirə olunub VİDEO

Moskvada Cənubi Qafqazda “3+3” formatında enerji layihələri müzakirə olunub VİDEO

“Environmental Protection First” koalisiyası COP17 ilə bağlı beynəlxalq ictimaiyyətə müraciət edib

Prezident İlham Əliyevin mesajları Qərb institutlarına ciddi xəbərdarlıq idi ŞƏRH

Qusar-Əniq-Laza yolunda iki yeni körpü inşa olunur

“Təxəyyülün köçəri ocağı”: Keçmişin izləri müasir incəsənətdə

Azərbaycanlı xanım fermer FAO-nun “100 Qadın Qəhrəmanı”ndan biri seçilib

Prezident İlham Əliyev yubiley münasibətilə paralimpiya hərəkatının iştirakçılarını təbrik edib

Sabitlik və milli həmrəylik Azərbaycanın qarşıya qoyduğu strateji hədəflərə çatması üçün əsas şərtdir

Milli Paralimpiya Komitəsinin yaradılmasının 30 illik yubileyi münasibətilə Komitənin kollektivinə və paralimpiyaçılara

Gəncə Dövlət Universitetində Müstəqilliyin Bərpası Günü qeyd edilib

Belçika şirkətləri kiberhücumlarla daha çox üzləşirlər

Aİ və Körfəz ölkələri strateji tərəfdaşlığı gücləndirmək niyyətindədir

Vətənə sevgi, dövlətə sədaqət və milli birliyimizin qorunması hər birimizin məsuliyyətidir

Milli-mənəvi dəyərlər cəmiyyətin sabitliyinin təməlidir VİDEO

Milli-mənəvi dəyərlər cəmiyyətin sabitliyinin təməlidir VİDEO

Dövlət Statistika Komitəsi son illərdə 212 mindən çox nəzarət markası sifariş edib

Mədəniyyət naziri Adil Kərimli Füzuli şəhərində vətəndaşların müraciətlərini dinləyib

Taleh Kazımov: 2027-2030-cu illərin iqtisadi gündəliyindəki struktur islahatlar şaxələndirmənin miqyasını və sürətini müəyyən edəcək

Azərbaycan regionda sülhün və sabitliyin təmin olunmasında mühüm rol oynayır - ŞƏRH

ICESCO-nun Bakı Regional Ofisi 12-ci Beynəlxalq Kitab Sərgisində xüsusi pavilyonla təmsil olunacaq

218 nömrəli yeni marşrut xətti istifadəyə verilir

Mərkəzi Bank 2026-cı və 2027-ci illər üzrə inflyasiya proqnozlarını açıqlayıb

BDU Özbəkistanın 9 universiteti ilə əməkdaşlığa başlayır

Taleh Kazımov: Bu il strateji valyuta ehtiyatımız 700 milyon dollar artıb