Xaricdə yaşayan Azərbaycan vətəndaşlarının pasportlarının etibarlılıq müddəti uzadılıb
Moskva, 12 yanvar, AZƏRTAC
Xaricdə olan Azərbaycan vətəndaşlarının etibarlılıq müddəti bitmiş pasportlarının müddəti 2021-ci il iyulun 1-dək uzadılacaq.
Azərbaycanın Moskvadakı səfirliyindən AZƏRTAC-a bildiriblər ki, koronavirus pandemiyasının yaratdığı çətinlikləri nəzərə alaraq, xarici ölkələrdə yaşayan vətəndaşlarımızın qanunsuz miqrant statusuna düşməməsi və fəaliyyətlərini hüquqi zəmində tənzimləməsi üçün 2020-ci il yanvarın 1-dən etibarlılıq müddəti bitmiş və ya daha sonra bitəcək bütün növ pasportların (diplomatik, xidməti və ümumvətəndaş) etibarlılıq müddəti 2021-ci il iyunun 1-dək uzadılmış hesab olunur.
Vətəndaşlarımız yaşadıqları ölkəni tərk edərək Vətənə qayıtmaq istədiklərində, qayıdış şəhadətnaməsinin rəsmiləşdirilməsi üçün Azərbaycan Respublikasının aidiyyəti diplomatik nümayəndəliklərinə müraciət etməlidirlər.
Fəridə Abdullayeva
AZƏRTAC-ın xüsusi müxbiri
Moskva
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 16.06.2026 [17:46]
Azərbaycan QHT-ləri ABŞ Nümayəndələr Palatasına məktub ünvanlayıb
- 16.06.2026 [16:39]
Baş nazir Əli Əsədov Özbəkistan Prezidenti Şavkat Mirziyoyevlə görüşüb
- 16.06.2026 [15:24]
Azərbaycan ilə Müqəddəs Taxt-Tac arasında münasibətlər inkişaf etdirilir
- 16.06.2026 [14:56]
Türk ekspert: Şuşa Bəyannaməsi təhdidlərə qarşı səmərəli mexanizmdir
- 16.06.2026 [14:04]