XARİCDƏ YAŞAYAN SOYDAŞLARIMIZIN ANA DİLİNDƏ TƏHSİL ALMALARINA HEÇ NƏ MANE OLMAMALIDIR
AZƏRTAC-ın müxbiri xəbər verir ki, konfransda çıxış edənlər xaricdə yaşayan soydaşlarımızın təşkilatlanmasında ümummilli liderimiz Heydər Əliyevin rolunu xatırlatmış, onun təşəbbüsü ilə 2001-ci il noyabrın 9-da dünya azərbaycanlılarının Bakıda keçirilmiş I qurultayının əhəmiyyətini vurğulamışlar. Qeyd olunmuşdur ki, müdrik siyasətçinin irəli sürdüyü “Azərbaycançılıq” ideyasının yayılması və inkişaf etdirilməsi hər vasitə ilə təmin edilməlidir. Bu işdə ana dilində təhsil, doğma mədəniyyətin öyrənilməsi böyük əhəmiyyətə malikdir. Milli Məclisdə qəbul edilmiş müvafiq sənədlər bu istiqamətdə həyata keçiriləcək tədbirlər üçün hüquqi baza rolunu oynayır.
Konfrans iştirakçıları Azərbaycan Prezidenti İlham Əliyevə müraciət qəbul etmişlər. Müraciətdə belə bir inam ifadə olunur ki, Azərbaycan dövləti, onun rəhbəri ümummilli liderimiz Heydər Əliyevin “Azərbaycançılıq” ideyasının yayılması, xaricdə yaşayan azərbaycanlıların daha sıx birləşməsi, onların ana dilində təhsil almalarına bundan sonra da qayğı və diqqətini əsirgəməyəcəkdir.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 28.09.2026 [11:41]
Avropadakı soydaşlarımız şəhidlərimizi sonsuz minnətdarlıqla yad edirlər
- 15.09.2026 [13:31]
Nobel mükafatı laureatı Əziz Səncər Prezident İlham Əliyevə təşəkkür edib
- 14.09.2026 [16:21]
Ştutqart Azərbaycan Evində xeyriyyə konserti
- 12.09.2026 [13:12]
Almatıda Azərbaycan Bazar günü məktəbi fəaliyyətə başlayıb
- 08.09.2026 [16:45]