Azərbaycan Dövlət İnformasiya Agentliyi

Xarici işlər naziri Elmar Məmmədyarov Avropa Şurasının Parlament Assambleyasının yay sessiyasında çıxış etmişdir

Xarici işlər naziri Elmar Məmmədyarov Avropa Şurasının Parlament Assambleyasının yay sessiyasında çıxış etmişdir

Bakı, 23 iyun (AZƏRTAC). İyunun 23-də Azərbaycanın xarici işlər naziri və Avropa Şurasının Nazirlər Komitəsinin sədri Elmar Məmmədyarov Strasburqda Avropa Şurası Parlament Assambleyasının yay sessiyasında çıxış etmişdir.

Bu barədə AZƏRTAC-a Xarici İşlər Nazirliyinin mətbuat xidmətindən məlumat verilmişdir. Nazir çıxışında demişdir: “Sizi Azərbaycan sədrliyinin əsas prioritetləri və ötən ay bu şərəfli vəzifəni təhvil aldıqdan sonra görülən işlər, eyni zamanda, sonuncu sessiyadan sonra Nazirlər Komitəsində baş verən yeniliklər barədə məlumatlandırmaq istərdim.

Sədrliyimizin əsas prioritetləri insan haqları, demokratiya və qanunun aliliyi sahəsindən seçilmişdir. Bu sahələr Avropa Şurasının gündəliyində duran ən vacib məsələlərdən bəziləri, eləcə də Azərbaycanın bu sahədə malik olduğu spesifik təcrübə əsasında verə biləcəyi töhfə nəzərə alınaraq müəyyən edilmişdir.

Korrupsiya ilə mübarizə qarşımızda duran prioritet tapşırıqlardan biridir. Bu istiqamətdə beynəlxalq səviyyədə ciddi addımlar atmış bir ölkə olaraq, təşkilatın bu sahədəki səylərinə töhfə vermək məqsədi ilə Korrupsiyaya qarşı Dövlətlər Qrupu - GRECO və Beynəlxalq Antikorrupsiya Akademiyasının dəstəyi ilə bu ayın sonunda Bakı şəhərində yüksək səviyyəli konfrans təşkil etməyi planlaşdırırıq. Konfrans milli təcrübələr və antikorrupsiya qanunları və qabaqlayıcı tədbirlərin tətbiqi sahəsində qabaqcıl təcrübələr barədə fikir mübadiləsi aparmaq üçün nadir imkan yaradacaqdır.

Futbol yarışları da daxil olmaqla, müxtəlif idman müsabiqələrinin manipulyasiyası korrupsiya fenomeninin önəmli aspektlərindən və yeni təhlükələrindən hesab olunur. Bununla bağlı olaraq, Assambleyanın ötən ay bu qurumun adından fəaliyyət göstərən Daimi Komitənin Bakıdakı iclasında qəbul edilmiş 287 saylı Rəy (2014) vasitəsilə İdman yarışlarının manipulyasiyası haqqında Konvensiyanın layihəsinə razılığını verməsi və öz şərhlərini bildirməsindən olduqca məmnunuq. Hazırda mətn yuxarıda qeyd olunan rəy əsasında Nazirlər Komitəsi tərəfindən nəzərdən keçirilir.

Azərbaycan sədrliyi dövründə Konvensiyanın ən qısa zamanda qəbulu üçün əlindən gələni əsirgəməyəcəkdir. Konvensiyanın məhz 2015-ci il Avropa Oyunlarına ev sahibliyi edəcək Azərbaycanın sədrliyi dövründə qəbulu bizim üçün məmnunluq və qürur mənbəyi olacaqdır.

Bundan başqa, Azərbaycan Avropa Şurasının İdman üzrə Genişləndirilmiş Hissəvi Sazişinə maliyyə yardımı ayıraraq, bu prioritet xətti dəstəkləyəcəkdir”.

Müxtəlif etnik və dini icmaların əsrlərdən bəri sülh şəraitində yaşadığı bir dövlət olan Azərbaycanın mədəniyyətlər və dinlərarası dialoqun təşviqini özünün xarici siyasətinin prioritetinə çevirdiyini vurğulayan E.Məmmədyarov demişdir: “Son illərdə Azərbaycan Ümumdünya Mədəniyyətlərarası Dialoq və Bakı Beynəlxalq Humanitar forumları kimi çox mötəbər beynəlxalq tədbirlərin ev sahibi olmuşdur. Bu yaxınlarda Bakı Beynəlxalq Multikulturalizm Mərkəzinin yaradılması Azərbaycan hökumətinin bu sahədə beynəlxalq səylərə dəstəyini daha da gücləndirmək məqsədi daşıyır. Bundan başqa, biz 2016-cı ildə BMT Sivilizasiyalar Alyansının 7-ci Qlobal Forumu kimi daha bir mötəbər tədbirə də ev sahibliyi etməyi planlaşdırırıq.

Bununla yanaşı, Azərbaycan sədrliyi dövründə çoxmədəniyyətli cəmiyyətlərin qarşılıqlı anlayış və hörmət mühitində birliyi istiqamətində çalışacaqdır. Bu məqsədlə, bu il sentyabrın 1-2-də Bakıda Avropa Şurasının mədəniyyətlərarası dialoqun dini aspektləri mövzusunda illik iclası keçiriləcəkdir. Bu görüş dini və qeyri-dini xadimlərin iştirakı ilə debatların keçirilməsinə imkan yaradacaqdır. Görüşün əsas mövzusu çoxmədəniyyətli cəmiyyətlərdə din və qeyri-dini inancların tolerantlığı, onların bütün növ ayrı-seçkilik, dözümsüzlük və zorakılıqla mübarizəyə, eyni zamanda, dini xarakterli mədəni irsin mədəniyyətlərarası dialoqa verdiyi töhfəsi olacaqdır.

Assambleya nümayəndələrinin bu vacib tədbirə qatılaraq fəal iştirakına ümid edirəm.

Bu prioritet xəttə uyğun olaraq, Azərbaycan sədrliyi dövründə mədəniyyətlə bağlı daha bir sıra tədbirlərə ev sahibliyi edəcəkdir. Bunların sırasına iyul ayının əvvəllərində keçiriləcək Mədəniyyət və Rəqəmsallaşmada Platforma Mübadiləsi, oktyabr ayında Bakı şəhərində təşkil olunacaq 2014-cü il Mədəni Marşrutlar üzrə Məşvərətçi Forumu və İrs günlərinə həsr olunmuş tədbir, Qəbələdə baş tutacaq “Nifrət Nitqinə Yox Hərəkatı” Gənclər Forumu daxildir”.

Azərbaycan sosial vəhdətin sabit, çiçəklənən və çoxmədəniyyətli cəmiyyətlərin inkişaf və davamlılığının əsas zəmini olduğu qənaətindədir - deyən nazir bildirmişdir: “Sədrliyimiz Avropa Şurasının hər bir insanın ayrı-seçkiliyə məruz qalmadan sosial hüquqlardan istifadə etməsi istiqamətində gördüyü işləri dəstəkləyəcəkdir. Xüsusilə risk qrupunda olan insanlar Avropa Şurasının müxtəlif sənədlərinin təmin etdiyi hüquqlardan tam istifadə edə bilməlidir. Xarici işğal nəticəsində irimiqyaslı daxili köçkünlük problemi yaşayan Azərbaycan şübhəsiz ki, əhalinin ən zəif seqmenti olan məcburi köçkünlərin hüquqlarının müdafiəsinə sədrlik fəaliyyəti çərçivəsində böyük diqqət ayıracaqdır”.

Gənclərin sosial hüquqlardan istifadə imkanlarının artırılmasına diqqətin gücləndirilməsini vurğulayan E.Məmmədyarov demişdir: “Bununla bağlı olaraq, Azərbaycan hökuməti gənclərə qarşı kənarlaşdırma, ayrı-seçkilik və zorakılıqla mübarizə istiqamətində görüləcək tədbirlərin təkmilləşdirilməsinə hədəflənən “Enter-2” layihəsinə maliyyə dəstəyi ayırmaq qərarı vermişdir. Qadın haqları da heç bir halda diqqətdən kənarda qalmamalıdır. Bununla bağlı, bir neçə gün öncə Bakı şəhərində keçirilmiş Avropa Ombudsmanlarının Konfransında milli insan haqları institutlarının qadın hüquqlarının təmin edilməsi istiqamətində rolu mövzusunda geniş müzakirələr aparılmışdır.

Sosial vəhdət ilə bağlı sədrlik prioritetlərimiz çərçivəsində cari ilin sentyabr ayında Bakıda Avropa Şurasının Sosial Vəhdət Strategiyası və Fəaliyyət Planı müzakirə olunacaqdır.

Bundan başqa, Azərbaycanın Avropa Şurası ilə bu xüsusi sahədə əməkdaşlığının daha da dərinləşdirilməsi səylərinin məntiqi davamı olaraq, Sosial Vəhdətə məsul olan Avropa Şurası Nazirlər Konfransının Bakıda keçirilməsinə dair niyyətimizi ifadə etmişik”.

Biz təhsilli və məsuliyyətli gəncliyin tərbiyə olunması ehtiyacına xüsusi əhəmiyyət verərək diqqətimizi gənclər və təhsil üzərində cəmləşdirəcəyik - deyən nazir bildirmişdir: “Azərbaycan Hökumətinin milli səviyyədə yeritdiyi siyasət gəncləryönümlü olaraq təhsilə xüsusi diqqət ayırır. Ümumi daxili məhsulda təhsil üçün dövlət xərclərinin payı dayanmadan artır və bu təhsilin keyfiyyətinə və Avropa təhsil sisteminə sıx inteqrasiyasına təsir edir. Eyni zamanda, təhsili dövlət tərəfindən maliyyələşdirilən azərbaycanlı tələbələrin aparıcı xarici, xüsusilə Avropa universitetlərində sayı 2015-ci ildə 5 minə çatacaqdır.

Azərbaycanın ev sahibliyi etdiyi birinci tədbir təhsilə aid olan Demokratik Vətəndaşlıq və İnsan Hüquqları üzrə Avropa Şurası Təhsil Xartiyası üçün əlaqələndiricilər görüşü olmuşdur. Görüş vətəndaşlıq və insan hüquqları sahəsində təhsil vasitəsilə həssas vəziyyətlərdə olan uşaqların həyatında dəyişikliklərin edilməsinin əhəmiyyətinə həsr edilmişdir.

Yaxşı təhsilli gənclərin təşviqi digər sədrlik tədbirində - keçən həftə Bakı şəhərində Avropa Yerli və Regional Qurumlar Konqresi ilə birlikdə təşkil olunan “Yerli demokratiya və gənclik” üzrə beynəlxalq Konfransda geniş müzakirə edilmişdir. Müzakirələr zamanı gənclərin təhsili, onların qərar qəbuletmədə və həmin qərarların idarəetmənin bütün səviyyələrində həyata keçirilməsində fəal iştirakına xüsusi diqqət ayrılmışdır. Həmin toplantı üzv dövlətlərin bu sahədə böyük əhəmiyyət kəsb edən qabaqcıl təcrübə mübadiləsinə imkan yaratmışdır.

Oktyabr ayında biz iki əhəmiyyətli tədbirə - Avropa Ali Təhsil Zonasının həyata keçirilməsi üzrə 4-cü regional nazirlər görüşünə və Gənclər Siyasəti üzrə BMT-nin Qlobal Forumuna ev sahibliyi edəcəyik.

Bizim sədrlik fəaliyyətlərimiz üzrə qeydlərimi tamamlayaraq Belçika, Bosniya və Herseqovinanın Nazirlər Komitəsində qarşıdan gələn sədrlikləri zamanı bir çox prioritetlərimizə şərik çıxmalarını görməkdən böyük məmnunluğumuzu bildirmək istəyirəm”.

Çıxışının ikinci hissəsində Nazirlər Komitəsinin 2014-cü il mayın 6-da Vyanada keçirilmiş 124-cü sessiyasına istinad edən nazir E.Məmmədyarov demişdir: “Mən Avstriyaya bu əhəmiyyətli görüşün yüksək səviyyədə təşkilinə görə təşəkkürümü bildirmək istəyirəm. Əlavə etməliyəm ki, sessiyanın istənilən şəxs tərəfindən izlənilməsi üçün şəffaflıq naminə Nazirlər Komitəsi onları açıqlamaq qərarına gəldi.

Nazirlər Vyanada Azərbaycan sədrliyinin xüsusi önəm verdiyi Avropa Şurasının qonşu ölkələr və regionlar istiqamətindəki siyasəti kimi sahələrdə bir sıra qərarlar qəbul etdilər. Nazirlər Avropa Şurasının dəyərləri əsasında bu siyasətin inkişafını davam etdirməyə dair qətiyyətlərini ifadə etdilər. Avrasiya dövlətləri ilə güclü tarixi münasibətlərə malik olan və iki qitənin kəsişməsində yerləşən Azərbaycan təşkilatın bu sahədəki səylərini dəstəkləmək niyyətindədir. Bu məqsədlə biz, sentyabr ayında Bakıda Avropa Şurasının qonşuluq siyasəti üzrə yüksək səviyyəli Nazirlər Konfransını təşkil edəcəyik. Konfrans Nazirlər Komitəsi çərçivəsində bu ölkələrlə siyasi əlaqələri necə gücləndirməyə dair davam edən dialoqu tam nəzərə alaraq, Avropa Şurasının qonşuluq siyasətinə daxil olan ölkələrdə uzunmüddətli öhdəliklərin araşdırılması üçün əhəmiyyətli forum rolunu oynayacaqdır”.

Azərbaycan sədrliyi dövründə ATƏT, BMT və digər beynəlxalq təşkilatlarla əməkdaşlığı gücləndirməyə çalışacaqdır - deyən Elmar Məmmədyarov diqqətə çatdırmışdır: “İki məsələ Nazirlər Komitəsinin sessiyasının gündəliyində xüsusilə əhəmiyyətli olmuş və növbəti aylarda prioritet təşkil edəcəkdir: birincisi, Ukraynadakı vəziyyət, ikincisi isə baş katibin Nazirlər səviyyəsində indiyədək ilk dəfə nəzərdən keçirilən Avropada demokratiya, insan hüquqları və qanunun aliliyi haqqında hesabatıdır. Avropa Şurasının monitorinq qurumlarının gəldiyi nəticələrə əsasən baş katibin hesabatı üzv dövlətlərin qarşılaşdığı bir sıra əhəmiyyətli problemləri müəyyənləşdirmişdir. Hesabat, həmçinin artıq nazir müavinləri tərəfindən nəzərdən keçiriləcək çox faydalı fəaliyyət təkliflərini ehtiva edir. İki həftə ərzində nazir müavinləri mövzu üzrə müzakirələr aparacaqlar ki, bu da müvafiq növbəti tədbirlər üçün qərarların qəbuluna imkan yaradacaqdır”.

Sonda nazir E.Məmmədyarov sualları cavablandırmışdır.

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

İrakli Kobaxidze: Gürcüstan hər il müdafiə sisteminin gücləndirilməsinə yüz milyonlarla dollar xərcləyir

Fransada lisey şagirdi polis tərəfindən açılan atəşdən sonra bir gözünü itirib

Heqset: ABŞ İranın dəniz blokadasını lazım olduğu qədər davam etdirə bilər

İrakli Kobaxidze: TRIPP layihəsi Orta Dəhlizə rəqib deyil

Siyavuş Kərimi: Ümidvaram ki, "Cənnətin iqamətgahı” filmi beynəlxalq arenada da təqdim olunacaq

İsmayıl Kartal: Azərbaycan və Türkiyə iki dövlət, bir millətdir

Baş nazir: Keşikçidağ ərazisinin demarkasiyası və delimitasiyası üzərində dostcasına işləyirik

Kamran Qasımov: "Cənnətin iqamətgahı” Ordubadın zəngin tarixinin tanıdılmasında mühüm rol oynayacaq

Yoldaşlıq oyunu: "Fənərbağça" "Turan Tovuz"a qalib gəlib

Qazaxıstan teatr kollektivinin Şəkidəki çıxışı maraqla qarşılanıb

Azərbaycan üzgüçüsü: Dünya Kubokunda 7-ci pillədə olmaq pis göstərici deyil VİDEO

Azərbaycan üzgüçüsü: Dünya Kubokunda 7-ci pillədə olmaq pis göstərici deyil VİDEO

Dünya Kuboku: Bakı mərhələsinə yekun vurulub VİDEO

Dünya Kuboku: Bakı mərhələsinə yekun vurulub VİDEO

“BAKU JAZZ FESTIVAL-2026”: Caz bayramının 21 yaşı tamam olur

Türkiyə Prezidenti Şanlıurfadakı Azərbaycan bulvarında yeni yol qovşağının açılışını edib

Milli Aviasiya Akademiyası “ADEX 2026” – 6-cı Azərbaycan Beynəlxalq Müdafiə Sərgisində iştirak edib

Ordubadın tarix və mədəniyyətinə ekran səyahəti – “Cənnətin iqamətgahı”

Suverenlikdən sonrakı mərhələ: VIII Qurultay nitqinin strateji hədəfləri və Azərbaycanın yeni güc formulu - ŞƏRH

Milli Məclisin sədri Sahibə Qafarova Tanzaniyada işgüzar səfərdədir

Ölkəmizdə milli həmrəyliyi yarada biləcək ideologiya yalnız 1993-cü ildən sonra müəyyənləşdirildi – ŞƏRH

Bu saata olan əsas xəbərlər

Səadət Yusifova: Azərbaycanın mədəni irsinə dair yeni filmlər təqdim olunacaq

Yəməndə mülki şəxslər arasında itkilərin sayı 600-ü ötüb

Britaniyada enerji qiymətlərinin ağır qış böhranına səbəb ola biləcəyi barədə xəbərdarlıq edilib

Paytaxtda market və avtomobildən oğurluq edən şəxslər saxlanılıblar

Nəcəf hava limanından İrana gündəlik 40 uçuşa icazə verilib

Heydər Əliyev - Azərbaycanda inkişafın təməlini qoyan siyasi xadim - ŞƏRH

Britaniyada iki İran vətəndaşı terror planı ittihamı ilə məhkəmə qarşısına çıxarılıb

Qalib Qasımov: Qlobal təsirlərə qarşı ən güclü silahımız milli yaddaşımızdır

Sudanda 25-dən çox mülki şəxsin öldürüldüyü iddia edilir

Rəcəb Tayyib Ərdoğan: Ankaranın dostları nə qədər güclü olarsa, Türkiyə də bir o qədər qüdrətli olacaq

Qazaxda Motokros Çempionatının III mərhələsi keçirilib

Media: Efiopiya federal qüvvələri Mekele hava limanına nəzarəti geri qaytarıb

Xaricdə təhsil adı altında dələduzluq edən şəxs saxlanılıb

Bakıda keçiriləcək cüdo üzrə dünya çempionatının püşkü atılıb

Ulu Öndərin dövlət idarəçiliyi konsepsiyasında hüquqi dövlət quruculuğu mühüm yer tuturdu ŞƏRH

Gültəkin Mustafayeva: Azərbaycanı təbliğ etmək bizim üçün şərəfdir

Ölkə ərazisində yağıntılı hava şəraiti davam edir: Dağlıq ərazilərə qar yağıb - FAKTİKİ HAVA

Rusiya XİN xarici vətəndaşlara və diplomatlara Kiyevi yenidən tərk etməyi tövsiyə edib

Azərbaycanın zəngin mədəniyyəti Tbilisinin şəhər günündə nümayiş etdirilib VİDEO

Azərbaycanın zəngin mədəniyyəti Tbilisinin şəhər günündə nümayiş etdirilib VİDEO

“Fənərbağça” rəhbərliyi Ulu Öndər Heydər Əliyevin məzarını və Şəhidlər xiyabanını ziyarət edib

Elçin Məsiyev Millətlər Liqasının oyununa təyinat alıb

Geniş təfəkkürün ensiklopedik elmi baxışları

Nərimanov rayonunda oğurluq edənlər saxlanılıblar

Azərbaycanın uğurlarının əsasında Ulu Öndər Heydər Əliyevin siyasəti dayanır - ŞƏRH

UNEC THE Dünya Universitetləri Reytinqində dünya liderlərini geridə qoyub

Bakıda üzgüçülük üzrə Dünya Kubokunda Azərbaycan rekordları qeydə alınıb

Murad Hüseynov: İlyas Əfəndiyevin irsi həmişə müasir olaraq qalacaq

Professor Eva-Maria Aux: “Kitabi-Dədə Qorqud” Şərq və Qərb arasında möhkəm bir körpüdür VİDEO

Professor Eva-Maria Aux: “Kitabi-Dədə Qorqud” Şərq və Qərb arasında möhkəm bir körpüdür VİDEO

Polşa mətbuatı: Azərbaycan, Gürcüstan və Türkiyə Aralıq Dəhlizində yükdaşımaları sürətləndirməyi hədəfləyir

Günay Əfəndiyeva: İlyas Əfəndiyev öz əqidəsinə və dəyərlərimizə sadiq şəxsiyyət kimi yaddaşlarda yaşayır

Akademik Kamal Abdulla: Drezdendə “Kitabi-Dədə Qorqud”la bağlı simpoziumun keçirilməsi mühüm hadisədir VİDEO

Akademik Kamal Abdulla: Drezdendə “Kitabi-Dədə Qorqud”la bağlı simpoziumun keçirilməsi mühüm hadisədir VİDEO

Rüstəm Orucov: İki qızıl medalla rekordumuzu təkrarlaya bilərik

Drezden Kitabxanasının rəhbəri: “Kitabi-Dədə Qorqud” dastanına dair beynəlxalq tədbirə ev sahibliyi etməkdən məmnunuq VİDEO

Drezden Kitabxanasının rəhbəri: “Kitabi-Dədə Qorqud” dastanına dair beynəlxalq tədbirə ev sahibliyi etməkdən məmnunuq VİDEO

Drezdendə “Kitabi-Dədə Qorqud” dastanı ilə bağlı beynəlxalq elmi simpozium keçirilib VİDEO

Drezdendə “Kitabi-Dədə Qorqud” dastanı ilə bağlı beynəlxalq elmi simpozium keçirilib VİDEO

Silah səslərindən saz avazına: Suqovuşanın yeni həyatından  REPORTAJ  VİDEO

Silah səslərindən saz avazına: Suqovuşanın yeni həyatından REPORTAJ VİDEO

Ulu Öndər Heydər Əliyev müstəqil Azərbaycanın möhkəm təməlini yaratdı - ŞƏRH

DİN: 68 kiloqram narkotik vasitə dövriyyədən çıxarılıb

Torpaq sürüşməsi Quba-Xınalıq yolunu bağlayıb VİDEO

Torpaq sürüşməsi Quba-Xınalıq yolunu bağlayıb VİDEO

Türkiyə Prezidenti: Türk dövlətlərinin həmrəyliyinin sarsılmaz olaraq qalmasını arzulayıram

Ankarada kəlağayı ənənələrinə həsr olunmuş rəsm sərgisi açılıb

Azərbaycanın və İranın xarici işlər nazirləri arasında telefon danışığı olub

Almaniyada ölkənin yenidən birləşməsinin 36-cı ildönümü – Birlik Günü qeyd olunur

Yeni Azərbaycan Partiyasının VIII Qurultayı dövlətçilik siyasətinin yeni mərhələsidir - ŞƏRH

Orxan Səfərov: Cüdoda proqnoz vermək çətindir, lakin komandamızdan yüksək nəticə gözləyirik

Avropa təamları diplomatların təqdimatında: Bakıda Kulinariya Festivalı

İntensiv yağışlarla əlaqədar sukanal idarələri gücləndirilmiş rejimdə çalışır VİDEO

İntensiv yağışlarla əlaqədar sukanal idarələri gücləndirilmiş rejimdə çalışır VİDEO

YAP-ın VIII Qurultayı Azərbaycanın gələcək inkişaf prioritetlərinə işıq salır – ŞƏRH

Kubanıçbek Ömüralıyev: Bu gün Türk Dövlətləri Təşkilatı daha möhkəm təməllər üzərində dayanır

YAP-ın VIII Qurultayında qarşıya qoyulan vəzifələr gələcək uğurlar, zəfərlər üçün yol xəritəsidir ŞƏRH

Heydər Əliyevin siyasəti yaşayır, qalib gəlir və Azərbaycan xalqını xoşbəxt gələcəyə aparır - ŞƏRH

III Beynəlxalq Opera Festivalı Gəncədə sənətsevərləri bir araya gətirib

Bakının bəzi yollarında sürət həddi endirilib

Ümummilli Lider Heydər Əliyev idealları işığında dövlət, Vətən sevgisi ilə yaşamalı, çalışmalıyıq ŞƏRH

Azərbaycanın son illərdə beynəlxalq münasibətlər sistemində artan çəkisi təsadüfi proses deyil ŞƏRH

Ayxan Abbasov: Son oyundakı məyusluğu geridə qoyub, Litvaya qarşı daha yaxşı oynamalıyıq

Proqnoz: Bəzi yerlərdə yağış, dağlıq ərazilərdə isə qar yağacaq

Xalq yazıçısı İlyas Əfəndiyev vəfatının 30-cu ildönümündə məzarı başında anılıb

Suqovuşan və Talış zəfəri: Şimal cəbhəsində strateji üstünlüyü təmin edən əməliyyat VİDEO

Suqovuşan və Talış zəfəri: Şimal cəbhəsində strateji üstünlüyü təmin edən əməliyyat VİDEO

Çində dəmir yolu ilə sərnişin daşınmasında rekord qeydə alınıb VİDEO

Çində dəmir yolu ilə sərnişin daşınmasında rekord qeydə alınıb VİDEO

Tural Gəncəliyev: 3 oktyabr Azərbaycan dövlətçiliyinin möhkəmlənməsi yolunda tarixi dönüşün rəmzlərindəndir

Xalqın inamından tarixi Zəfərə ŞƏRH

“Yeni nəsil energetiklər: Şəbəkənin memarları” ümumrespublika yarışının daha bir regional turu geridə qalıb

Dubay-Ben-Qurion uçuş reysində terror aktına cəhd olub

3 oktyabr – dövlətçiliyimizin taleyini müəyyən edən tarixi seçim - ŞƏRH

Rusiya ordusunun hərbi və komanda məntəqələrinə hava zərbələri endirilib

Bakıda bir sıra yolötürücülərində gecə saatlarında instrumental müayinələr aparılacaq

Ulu Öndərin xarici siyasət kursunda milli maraqların qorunması əsas prinsip idi RƏY

Heydər Əliyev siyasi irsi Azərbaycanın siyasi və iqtisadi suverenliyinin möhkəm təməlidir – ŞƏRH

Suqovuşan qəsəbəsinə və Talış kəndinə köçürülən sakinlərdən 230-u məşğulluq tədbirlərinə cəlb edilib

ADY: Yağışlı və küləkli hava şəraitində dəmir yollarına nəzarət gücləndirilib

Vətəndaşlar “Açıq qapı” günü aksiyalarında pulsuz hüquqi yardımdan yararlanıblar

FHN Qaz Emalı Zavodunda yanğın-taktiki təlim keçirib

Bu saata olan əsas xəbərlər

Vətən müharibəsinin xronikası: 3 oktyabr

Qrız, Xınalıq, Qusar və Şahdağda qar yağır - Faktiki hava

“Ordunun Səsi Radiosu” - bir il sizinlə...

Azərbaycanın batut gimnastları beynəlxalq turnirdə 6 medal qazanıblar

“Turan Tovuz” və “Fənərbağça” bu gün 32 ildən sonra yenidən üz-üzə gələcək

Türkiyə XİN: Türk Əsrini birlik içində qururuq

DİN: Dələduzluğa görə axtarışda olan 3 nəfər saxlanılıb