Xarici ölkələrin Azərbaycandakı hərbi attaşelərinin hərbi hissəyə tanışlıq səfəri təşkil olunub
Bakı, 22 noyabr, AZƏRTAC
Müdafiə naziri, general-polkovnik Zakir Həsənovun təsdiq etdiyi fəaliyyət planına əsasən, ölkəmizdə akkreditə olunmuş xarici dövlətlərin hərbi attaşelərinin hərbi hissəyə və Səngəçal terminalına tanışlıq səfəri təşkil edilib.
Müdafiə Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, 17 dövləti təmsil edən hərbi attaşelik aparatının 20 nümayəndəsinə hərbi hissə və terminal barədə məlumat verilib.
Sonra attaşelər hərbi hissənin və terminalın ərazi ilə tanış olublar.