Azərbaycan Dövlət İnformasiya Agentliyi

Xarici siyasət: Azərbaycan yeni mərhələdə

Xarici siyasət: Azərbaycan yeni mərhələdə

İndi ekspertlər müxtəlif fəaliyyət sahələrində ölkələrin əldə etdiyi nəticələri geniş təhlil edirlər. Onların sırasında xarici siyasət xüsusi yer tutur. Çünki hazırda dünya miqyasında ziddiyyətli, mürəkkəb və risklərlə dolu proseslər özünü göstərir. Mahiyyət etibarilə, yeni şərtlər daxilində istənilən müstəqil dövlətin suverenliyi çox böyük əhəmiyyət kəsb edir. Bu prizmadan Azərbaycanın xarici siyasət kursunun 2019-cu ildə ümumi dinamikası və əldə olunan konkret nəticələr maraq doğurur. Faktların təhlili göstərir ki, rəsmi Bakı bu istiqamətdə kifayət qədər ciddi nailiyyətlər əldə edib. Xarici siyasət kursu səmərəliliyini daha da artırıb. Faktiki olaraq, Azərbaycan bu istiqamətdə yeni səviyyəyə yüksəlib. Prezident İlham Əliyevin titanik səyləri sayəsində xarici siyasətin dayanıqlığı, məqsədyönlülüyü və sistemliliyi növbəti mərhələyə qədəm qoyub. Bunun konkret əlamətləri mövcuddur. Həmin bağlılıqda Azərbaycanın xarici siyasətinin bir sıra məqamları üzərində geniş dayanmağa ehtiyac gördük.

Məzmun və forma: xarici siyasətdə yeni vəhdət

Ekspertlər Azərbaycanın xarici siyasətinin ötənilki ümumi mənzərəsini analiz edirlər. Cənubi Qafqazın lider dövlətinin 2019-cu ildə daha fəal olduğu istiqamətlər və əldə etdiyi nəticələr bütövlükdə regionun geosiyasi mənzərəsində ciddi yer tutur. Azərbaycan diplomatiyasının fəaliyyətinin müxtəlif aspektləri də maraq doğurur. Çünki sürətlə dəyişən geosiyasi şəraitdə diplomatik çeviklik və səmərəli metodologiya olmadan davamlı uğur əldə etmək imkansızdır. Azərbaycan isə 2019-cu ildə xarici siyasətdə böyük uğurlar qazanıb və bunun regionun geosiyasi və təhlükəsizlik mənzərəsinə əhəmiyyətli təsiri olub. Bu səbəbdən ölkənin xarici siyasət kursunun müxtəlif aspektlərdən təhlili aktuallıq kəsb etməkdədir.

Təbii ki, hər şeydən öncə, milli diplomatiya Prezident İlham Əliyevin rəhbərliyi altında yeni nailiyyətlərə imza atıb. Bu, prinsipial məqamdır. Dövlət başçısının həyata keçirdiyi siyasət dünya tərəfindən çox müsbət qarşılanır. Xarici siyasət sahəsində göstərilən fəaliyyətin arxitektoru da ölkə rəhbəridir. Təsadüfi deyil ki, mütəxəssislər bu istiqamətdə qazanılan uğurları birbaşa Prezident İlham Əliyevin adı ilə bağlayırlar.

Bu kontekstdə maraq doğuran məqamlardan biri 2019-cu ildə Azərbaycan rəhbərinin əməkdaşlıq formatları istiqamətində təşəbbüslərini davam etdirməsi olub.

Azərbaycan ikitərəfli əməkdaşlıq formatına 2019-cu ildə də ciddi əhəmiyyət verib. Müxtəlif dövlətlərlə ikitərəfli əlaqələrin inkişaf etdirilməsi suverenliyin təmini baxımından prinsipial əhəmiyyət kəsb edir. Bu proses, əlbəttə, daim diqqət mərkəzində olmalıdır. Bununla yanaşı, ölkə rəhbəri çoxtərəfli platformalarda Azərbaycanın fəal şəkildə iştirak etməsi aspektində də böyük irəliləyişə nail olub. Məsələnin bu tərəfinin özündə bir neçə özəllik ehtiva olunub. Burada, məsələn, xarici ölkə və beynəlxalq təşkilatlarla əməkdaşlıq və tərəfdaşlıq münasibətlərinin genişləndirilməsi ayrıca yer tutur. Eyni zamanda, Azərbaycan haqqında həqiqətlərin dünya ictimaiyyətinin diqqətinə çatdırılması əhəmiyyət kəsb edir. Bu kontekstdə yüksək səviyyəli beynəlxalq tədbirlərin Azərbaycanda keçirilməsi və mühüm beynəlxalq təşəbbüslərdə ölkəmizin iştirakı vacib məqamı təşkil edir. Rəsmi Bakının bu istiqamətlərdəki töhfələri dünya tərəfindən etiraf olunur.

Bunlar 2019-cu ildə Azərbaycanın xarici siyasət kursunda özünü göstərmiş mühüm bir məqamı müəyyən etməyə imkan verir: konkret desək, Azərbaycan diplomatiyası ikitərəfli əməkdaşlıq formatları ilə çoxtərəfli platforma fəaliyyətini üzvi surətdə əlaqələndirə bilib. Bu isə, faktiki surətdə, xarici siyasətdə yeni keyfiyyət üstünlüyünün əldə edilməsi deməkdir. Onun izahı müasir mərhələnin özəllikləri ilə əlaqəlidir. Məsələ onunla bağlıdır ki, indiki mərhələdə müstəqil dövlət suverenliyini təmin etmək üçün ayrı-ayrı dövlətlərlə əlaqələrini dövlətlər qrupu və müxtəlif təşkilatlardakı fəaliyyətləri ilə əlaqələndirməyi bacarmalıdır. Buna bir sıra hallarda "şəbəkə diplomatiyası" da deyirlər. "Şəbəkə diplomatiyası" ölkənin yalnız müxtəlif təşkilatlar və ölkələrlə paralel şəkildə əlaqələrinin qurulmasını ifadə etmir. Daha geniş anlamda bu, ümumən xarici siyasətin konkret ölkə, ölkələr qrupu, regional və qlobal təşkilatlar çoxluğu ilə koordinasiyalı, sistemli fəaliyyətini təmin etməyi nəzərdə tutur. Bunun təsdiqi isə əldə edilən konkret nəticələrin olması ilə bağlıdır.

Bu baxımdan Azərbaycanın 2019-cu ildə xarici siyasət sahəsində əldə etdiyi nəticələr maraqlı və diqqətçəkən bir mənzərə yaradır. Öncə vurğulayaq ki, ölkəmiz ötən il iki nüfuzlu beynəlxalq təşkilatın zirvə görüşünə ev sahibliyi edib. Onlardan biri Türk Şurası, digəri isə Qoşulmama Hərəkatıdır. Hər iki tədbirdə Azərbaycan üçün əhəmiyyəti olan qərarlar qəbul olunub. O cümlədən bu təşkilatlar Azərbaycanın ərazi bütövlüyünü yekdilliklə dəstəkləyib və təcavüzkar Ermənistanın işğal etdiyi ərazilərdən hərbi qüvvələrini çıxarmasını tələb ediblər. Onu deyək ki, Qoşulmama Hərəkatında 120 dövlət təmsil olunur və onların siyasi mövqeləri bir sıra hallarda bir-biri ilə ziddiyyət təşkil edir. Azərbaycan məsələsində isə bütün üzv ölkələr həmrəylik nümayiş etdiriblər. Bu nümunə konkret olaraq milli diplomatiyanın uğurudur.

Regional və qlobal miqyas: daha sıx bağlılığa doğru

2020-ci ildə Azərbaycan hər iki təşkilatda sədrlik edəcək. Deməli, rəsmi Bakının 2019-cu ildə əldə olunanları inkişaf etdirmək üçün geniş imkanları vardır. Lakin Azərbaycanın beynəlxalq təşkilatlarda fəaliyyəti məsələsi bu iki qurumla məhdudlaşmır. 2020-ci ildə ölkəmiz GUAM və TRACECA-ya sədrliyi həyata keçirəcəkdir. Bütün bunlara əlavə olaraq, mütləq 2019-cu ildə Azərbaycanın beynəlxalq və regional təşkilatlarda təmsilçiliyinin coğrafiyasını daha da genişləndirdiyini vurğulamaq lazımdır. Konkret desək, ölkəmiz ötən il dünyanın 135 dövlətini öz sıralarında birləşdirən Qrup 77-yə (G-77) üzv olub. Həm də Sakit okean Alyansı təşkilatında müşahidəçi statusu alıb. Şanxay Əməkdaşlıq Təşkilatında Azərbaycanın müşahidəçi statusuna bu il baxılmalıdır.

Bütün bunlara Azərbaycanın BMT, AŞ və AŞPA-dakı fəaliyyətini əlavə etmək gərəkdir. Yekun olaraq zəngin bir mənzərə alınır. Belə görünür ki, Azərbaycan çoxşaxəli xarici siyasəti ilə hazırda dünya siyasətində ciddi rol oynayan bütün qurumlarla koordinasiyalı fəaliyyətə nail olub. Bu proses hər il daha da inkişaf edir və 2019-cu ildə yeni mərhələyə qədəm qoyub. Bu mərhələnin başlıca xüsusiyyəti Azərbaycanın bütün regional və beynəlxalq təşkilatlarda fəaliyyətini daha sıx bağlılıq halına gətirə bilməsindən ibarətdir.

Onu reallaşdırmaq üçün rəsmi Bakı iqtisadiyyat, energetika, nəqliyyat-logistika, mədəni, humanitar, təhlükəsizlik və digər sferalarda real nəticəsi olan proqramlarda iştirak edib və bir çoxunun təşəbbüskarı olub. Məsələn, Bakı “Bir kəmər, bir yol” layihəsinin əsas iştirakçılarından biridir. Eyni zamanda, 2019-cu ildə açılışı olan TANAP-ın təşəbbüskarı və bütövlükdə Cənub Qaz Dəhlizinin əsas iştirakçılarından biridir. Azərbaycan nəqliyyat sferasında Bakı-Tbilisi-Qars dəmiryolu xəttini reallaşdırmaqla özünün müxtəlif beynəlxalq proyektlərdə aktiv iştirakına nail olub.

Ölkəmiz Şərq-Qərb, Şimal-Cənub nəqliyyat dəhlizlərinin reallaşmasında fəal iştirakını davam etdirir. Hər iki istiqamətdə 2019-cu ildə konkret addımlar atılıb. Artıq “Bir kəmər, bir yol” təşəbbüsü çərçivəsində bu istiqamətlərdə konkret nəticələr vardır. Şübhəsiz ki, Azərbaycan bu prosesi daha da inkişaf etdirəcək.

Bunlar təsdiq edir ki, yuxarıda xarici siyasətdə müşahidə edilən dəyişiklikdən bəhs edərkən, biz konkret və ciddi faktlara əsaslanırıq. Azərbaycan diplomatiyasının real fəaliyyət sahəsində uğur qazanması üçün vurğulanan layihələrin həyata keçməsi zəruri şərtdir. Cənubi Qafqazın digər iki ölkəsi məhz buna nail olmadıqlarından, Azərbaycan səviyyəsində regional və qlobal geosiyasətdə oyunçu ola bilməyiblər. Bu məqamın xarici siyasət kursunun səmərəliliyi kontekstində prinsipial əhəmiyyəti olduğunu düşünürük.

Beləliklə, 2019-cu ildə Azərbaycan milli maraqlara söykənən xarici siyasət kursunu inamla davam etdirib. Prezident İlham Əliyev bu prinsipi lakonik şəkildə belə ifadə edib: “Biz xarici siyasətimizlə öz milli maraqlarımızı qoruyuruq və mümkün olan riskləri azaldırıq. Bizim xarici siyasətimiz məhz milli maraqlar üzərində qurulub. Milli maraqlar nəyi diktə edirsə, biz xarici siyasətdə onu da etməliyik və edirik”.

Daha əhəmiyyətlisi odur ki, ölkə rəhbərliyi ötən il xarici siyasət kursunu inkişaf etdirərək, sürətlə dəyişən mürəkkəb bir geosiyasi dinamikada onun səmərəliliyini və çevikliyini yüksəldə bilib. Bunun sayəsində Azərbaycan regionda və dünyada cərəyan edən ziddiyyətli geosiyasi, iqtisadi, energetik, humanitar proseslərdən zərər görməyib. Hətta inkişaf etmiş ölkələrin fonunda belə Azərbaycanın inkişafı təsirlidir.

Bununla Azərbaycan Cənubi Qafqazda xarici siyasət sahəsində digər ölkələrə nisbətən, faktiki olaraq, keyfiyyətcə yeni mərhələyə yüksəlib. Bu, ölkənin qlobal geosiyasətdə rolunu daha da artırıb. Həmin aspektdə 2020-ci ilin mühüm bir mərhələ olduğu qənaətinə gəlmək olar. Şübhə yoxdur ki, bu il də rəsmi Bakı xarici siyasətdə uğurlarını davam etdirəcək və dövrün tələbləri səviyyəsində fəaliyyətini dərinləşdirəcək. Azərbaycan hər il xarici siyasət istiqamətində önəmli addımlar atır. Bu prosesin davamlı olmasının isə əhəmiyyəti danılmazdır.

Newtimes.az

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Nyu-York ştatında qızılca hallarının artması ilə əlaqədar fövqəladə vəziyyət elan edilib

İsrail Qolan təpələrində yeni müdafiə xətti qurur

Husilər Səudiyyə Ərəbistanında hava limanlarına və “Aramco” obyektinə hücum ediblər

Fridrix Merts: Baltikyanı ölkələrin təhlükəsizliyi Almaniyanın təhlükəsizliyidir

UEFA Millətlər Liqası: Fransa Belçikanı məğlub edib

Hörmüz boğazında tanker naməlum mənşəli mərmi ilə vurulub

ABŞ Litvada hərbi baza yaradılması təklifini nəzərdən keçirəcək

Fransada liseylərdə etirazlar gərginləşir: 1000-ə yaxın şəxs saxlanılıb

Britaniya hökuməti “RAF Fairford” bazasının təhlükəsiz olduğunu bildirib

Türkiyə, Səudiyyə Ərəbistanı və Pakistan kollektiv çəkindirmə mexanizmini aktivləşdirmək barədə razılığa gəliblər

Dosent: Əlyazma irsimizin gənc nəslə çatdırılmasında müəllimin rolu mühümdür

Türkiyədə təyyarədə bomba olması barədə həyəcan siqnalı daxil olub

Nərimanovda çoxmərtəbəli yaşayış binasında yanğın baş verib

Lənkəranda idarəetmədən çıxan avtomobil kanala aşıb

Şimal-qərb bölgəsinin bir qrup təhsil işçisi təltif olunub

Ərdəbil Moqan Honar Teatrı V Şəki Beynəlxalq Teatr Festivalında çıxış edib

Tovuzda ata oğlunu bıçaqlayıb

Prezident İlham Əliyevin müdrik siyasəti illərlə blokadada qalmış Naxçıvanı nəqliyyat qovşağına çevirir - EKSKLÜZİV MÜSAHİBƏ VİDEO

Prezident İlham Əliyevin müdrik siyasəti illərlə blokadada qalmış Naxçıvanı nəqliyyat qovşağına çevirir - EKSKLÜZİV MÜSAHİBƏ VİDEO

Almaniya Şimal dənizi sahilində ikinci hərbi-dəniz bazasının yaradılmasını planlaşdırır

Ceyhun Bayramov: Afrika ölkələri ilə əlaqələrin inkişafı Azərbaycanın xarici siyasətinin prioritetlərindəndir

Şəhid xanımlarının təhsilinə dəstək məqsədilə yeni imkanlar yaradılır

Ceyhun Cəlilov: Naxçıvan şəhərinin 2044-cü ilədək inkişafına dair Baş planda əlçatanlıq və müasir şəhərsalma əsas götürülüb VİDEO

Ceyhun Cəlilov: Naxçıvan şəhərinin 2044-cü ilədək inkişafına dair Baş planda əlçatanlıq və müasir şəhərsalma əsas götürülüb VİDEO

Səlahiyyətli nümayəndə: Naxçıvanın enerji şəbəkəsi ölkənin vahid sisteminə və ixrac magistrallarına qoşulacaq VİDEO

Səlahiyyətli nümayəndə: Naxçıvanın enerji şəbəkəsi ölkənin vahid sisteminə və ixrac magistrallarına qoşulacaq VİDEO

Naxçıvanda 400-dən çox imtiyazlı şəxsə mənzil, 635 nəfərə isə avtomobil verilib VİDEO

Naxçıvanda 400-dən çox imtiyazlı şəxsə mənzil, 635 nəfərə isə avtomobil verilib VİDEO

Ceyhun Cəlilov: Naxçıvanın zəngin mineral resursları dağ-mədən sənayesinin inkişafına təkan verəcək VİDEO

Ceyhun Cəlilov: Naxçıvanın zəngin mineral resursları dağ-mədən sənayesinin inkişafına təkan verəcək VİDEO

Türkiyə rəsmiləri Ər-Riyadda keçirilən müzakirələrdə iştirak ediblər VİDEO

Türkiyə rəsmiləri Ər-Riyadda keçirilən müzakirələrdə iştirak ediblər VİDEO

Hədəf 2028-ci ilədək Naxçıvanı heyvan xəstəliklərindən azad zonaya çevirməkdir VİDEO

Hədəf 2028-ci ilədək Naxçıvanı heyvan xəstəliklərindən azad zonaya çevirməkdir VİDEO

Ceyhun Cəlilov: Yeni reallıq Naxçıvanı beynəlxalq nəqliyyat qovşağına çevirir VİDEO

Ceyhun Cəlilov: Yeni reallıq Naxçıvanı beynəlxalq nəqliyyat qovşağına çevirir VİDEO

Prezident İlham Əliyevin sosial media hesabında cüdo üzrə dünya çempionatının açılış mərasimi ilə bağlı videoçarx paylaşılıb VİDEO

Səlahiyyətli nümayəndə: Naxçıvan şəhərinin ictimai nəqliyyatı tamamilə elektrobuslarla təmin olunub VİDEO

Səlahiyyətli nümayəndə: Naxçıvan şəhərinin ictimai nəqliyyatı tamamilə elektrobuslarla təmin olunub VİDEO

Yəmən hökumət qüvvələri Moha şəhərinə nəzarəti bərpa edib

Tramp: Benzinin qiymətini artıq Hörmüz boğazı qaldırmır

Yeni dərman zavodundan REPORTAJ VİDEO

Yeni dərman zavodundan REPORTAJ VİDEO

Azərbaycanın xarici işlər naziri ilə ABŞ-nin Dövlət katibi arasında telefon danışığı olub

Xüsusi təyinatlı təhsil müəssisələrində Beynəlxalq Müəllimlər Günü qeyd edilib

Efiopiyada hava zərbələri nəticəsində 17 nəfər həlak olub

Prezidentin sosial media hesablarında dərman istehsalı müəssisəsinin açılışı ilə bağlı videoçarx paylaşılıb VİDEO

Vyetnamda keçirilən festivalda Azərbaycan mədəniyyəti təqdim olunub

Bu saata olan əsas xəbərlər

“Qobustanda arxeoloji sirlərin geofiziki üsullarla aşkarlanması” – BDU-da beynəlxalq fənlərarası seminar

TÜRKPA-nın 15-ci Plenar İclasına hazırlıq məsələləri nəzərdən keçirilib

Yarımçıq qalan dərs davam edir - Kəlbəcərli müəllimin illər sonra gerçəkləşən arzusu VİDEO

Yarımçıq qalan dərs davam edir - Kəlbəcərli müəllimin illər sonra gerçəkləşən arzusu VİDEO

BDU və Qobustan Milli Tarix-Bədii Qoruğu arasında anlaşma memorandumu imzalanıb

Fransa hökuməti 2027-ci il büdcəsini qəbul etdirmək üçün bütün variantları nəzərdən keçirir

Böyük Qafqazın cənub yamaclarının ekocoğrafi xüsusiyyətləri öyrənilir

Fransalı musiqiçilər: “Baku Jazz Festival-2026”da çıxış etməkdən çox məmnunuq

İçərişəhərdə Azərbaycanın ilk “Çaydan Xəzinəsi Muzeyi” açılıb

Professor: Müəllim gənc nəslin informasiya və ideoloji dayanıqlığının formalaşmasında mühüm rol oynayır

NDU-da Beynəlxalq Müəllimlər Günü qeyd olunub VİDEO

NDU-da Beynəlxalq Müəllimlər Günü qeyd olunub VİDEO

Nazirlik: Yeni Fərman övladlığagötürmə prosesinin daha çevik və əlçatan olmasına imkan yaradır

“Gen Pharma Caucasus Manufacturing Operations”: Dərmanların qiyməti münasib olacaq

Azərbaycan Cənubi Koreyada musiqi festivalında təmsil olunub

AZSTAND-ın nümayəndə heyəti Parisdə ISO-nun illik toplantısında iştirak edib

Azərbaycan və Gürcüstan Müdafiə nazirliklərinin nümayəndələri arasında görüş olub

Vətən müharibəsində döyüş yoldaşlarına su gətirərkən şəhid olub... VİDEO

Vətən müharibəsində döyüş yoldaşlarına su gətirərkən şəhid olub... VİDEO

Avropa İttifaqı Moldovaya 157 milyon avro vəsait ayırıb

Rəqəmsal Əməkdaşlıq Təşkilatı ilə əməkdaşlıq genişləndirilir

Nazir: Azad edilmiş torpaqlarda aqrar iqtisadiyyatın böyük nəticələrini 2030-cu ilədək görəcəyik - EKSKLÜZİV VİDEO

Nazir: Azad edilmiş torpaqlarda aqrar iqtisadiyyatın böyük nəticələrini 2030-cu ilədək görəcəyik - EKSKLÜZİV VİDEO

“Yaradıcı Filmaton” layihəsi başa çatıb

Prezident İlham Əliyev cüdo üzrə dünya çempionatının açılış mərasimində iştirak edib YENİLƏNİB VİDEO

Hacettepe Universitetinin akademik heyəti TAU-da müntəzəm mühazirələr oxuyacaq

Elçin Əliyev: "Çaydan Xəzinəsi Muzeyi"ndə müxtəlif ölkələrə və dövrlərə aid 219 çaydan nümayiş etdirilir

Sabahdan kirayə mənzil mexanizmi üzrə müraciətlərin qəbulu müvəqqəti dayandırılır

Ağdamın aqrar potensialı ilə tanışlıq: Rayona mediatur təşkil olunub VİDEO

Ağdamın aqrar potensialı ilə tanışlıq: Rayona mediatur təşkil olunub VİDEO

Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin iclasında 7 məsələ müzakirəyə çıxarılıb

Arda Gülər transfer dəyəri 100 milyon avroya çatan ilk türk futbolçu olub

Pakistan hökuməti əhalinin yanacaq xərclərini azaltmaq üçün yardım proqramı başladıb

UNEC-də Aptis Mərkəzi fəaliyyətə başlayıb

İçərişəhərdə “İrs üçün yarat” memarlıq müsabiqəsi elan olunub

Rəsədxanada “Sual şagirddən – cavab alimdən” layihəsinə başlanılıb

ETİHİ Respublika Komitəsinin əməkdaşları azad edilmiş torpaqlarda çalışan müəllimlərlə görüşüblər

Agentlik: 277 ahıl müəllimə evlərində sosial-məişət xidməti göstərilir

Arxeoloq: Şahbulaq ətrafındakı alban abidələri tədqiq edilir

Azərbaycan rəqəmsal transformasiya və innovasiya sahəsində beynəlxalq əməkdaşlığı genişləndirir

Zelenski: Zərbə nəticəsində göyərtəsində Azərbaycan vətəndaşlarının olduğu gəmilər zədələnib

Quruluşçu rejissor: Tamaşaçı səhnədə hər birimizin həyat boyu gözlədiyi “Qodo”ları görəcək

Özbəkistan və Azərbaycan: 30 illik etimad, dostluq və yeni imkanlar

Tailandda daşqınlar 31 nəfərin həyatına son qoyub

Almaniyada yeni avtomobillərin üçdəbirindən çoxu elektriklidir

Azərbaycan hərbçiləri Pakistanda keçirilən təlimlərdə iştirak ediblər

Nazir müavini Firudin Qurbanov Tərtərdə vətəndaşların müraciətlərini dinləyəcək

Ərdoğan: Türkiyədə hazırlanan kosmik aparatın istehsal, montaj və inteqrasiya işləri tamamlanıb

Yeni dərman istehsalı müəssisəsi yerli əczaçılıq sənayesinin inkişafına yeni imkanlar açır – ŞƏRH

İngiltərə millisi Çexiya ilə matça ciddi itkilərlə çıxacaq

Bakıda Ermənistan ərazisindəki ekoloji fəaliyyətlərin regiona təsirlərinə dair brifinq keçirilib VİDEO

Bakıda Ermənistan ərazisindəki ekoloji fəaliyyətlərin regiona təsirlərinə dair brifinq keçirilib VİDEO

Naxçıvanda DOST Qəbul şöbələri yaradılır

III Tələbə Mentorluq Proqramında 83 nəfər iştirak edib

Çində küləyin sürətini ölçmək üçün nəzərdə tutulmuş dünyanın ən hündür qülləsinin tikintisi başa çatdırılıb

Qazaxıstan hərbçilərinin Xəzər dənizinə düşməsi ilə bağlı 5 vəzifəli şəxs həbs olunub

“Rosatom”: Zaporojye AES hücuma məruz qalıb və zədələnib

Gəncədə irigövdəli ağacın budağı hərəkətdə olan avtomobilin üstünə düşüb VİDEO

Gəncədə irigövdəli ağacın budağı hərəkətdə olan avtomobilin üstünə düşüb VİDEO

“Təhsildə yeni çağırışlar” VII Beynəlxalq Forumu

Azərbaycan və Ukrayna ombudsmanları insan hüquqlarının müdafiəsində əməkdaşlığı gücləndirirlər

Böyük Qayıdış regional inkişafın yeni mərhələsini formalaşdırır - ŞƏRH

Növbəti iki gündə hava yağıntılı olacaq – XƏBƏRDARLIQ

Nanodərmanlar XXI əsrin möcüzəsi olacaq

Bakıda cüdo üzrə dünya çempionatının təntənəli açılış mərasimi keçirilib - YENİLƏNİB VİDEO

Bakıda cüdo üzrə dünya çempionatının təntənəli açılış mərasimi keçirilib - YENİLƏNİB VİDEO

“Naxçıvan 2050: Süni intellektlə yaradılan memarlıq nümunələri” müsabiqəsi başlayıb

Türkiyə və Azərbaycanın elm tarixinin səhifəsi: akademik Bəhram Əsgərovun parlaq yolu

Türkmən baxşı sənəti Türk dünyasının şifahi mədəni yaddaşında mühüm həlqədir