Xəlilur Rəhman Qoşulmama Hərəkatı Parlament Şəbəkəsinin fəaliyyəti barədə məlumatlandırılıb
Bakı, 9 sentyabr, AZƏRTAC
Milli Məclisin sədri Sahibə Qafarova Nyu-Yorkda BMT Baş Assambleyasının 81-ci sessiyasının prezidenti Xəlilur Rəhmanla görüşüb.
Bu barədə AZƏRTAC-a Parlamentin Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsindən məlumat verilib.
Görüşdə Azərbaycan-BMT münasibətlərinə nəzər salınıb, Azərbaycanın BMT-nin işinə verdiyi töhfələr, gördüyü işlər barədə danışılıb, bu sahədə Azərbaycan parlamentinin və onun həyata keçirdiyi parlament diplomatiyasının çoxtərəfliliyin inkişafındakı rolu vurğulanıb.
Sahibə Qafarova Qoşulmama Hərəkatı Parlament Şəbəkəsinin fəaliyyəti barədə BMT Baş Assambleyasının 81-ci sessiyasının prezidentinə məlumat verib.
Görüşdə digər məsələlər barədə də fikir mübadiləsi aparılıb.