Xətai Sənət Mərkəzindən sülhə, humanizmə və xeyirxahlığa çağırış
Bakı, 17 noyabr, AZƏRTAC
Bakı Xətai Sənət Mərkəzi V Beynəlxalq “Sülh İstəyirik” Festivalı çərçivəsində növbəti rəsm müsabiqəsini elan edib. Müsabiqə Mədəniyyət və Turizm Nazirliyi, Dövlət Rəsm Qalereyası, “Uluslararası Yalnızca Barışa Tarafız” Birliyi və Xətai Sənət Mərkəzinin birgə təşkilatçılığı ilə keçirilir.
Bu barədə AZƏRTAC-a müsabiqənin əlaqələndiricisi Pərviz Əsədov məlumat verib.
Onun sözlərinə görə, müsabiqəyə, əsasən, sülhü, barışı, humanizmi, xeyirxahlığı ehtiva edən əsərlər təqdim olunmalıdır. Seçim 12-17 və 17 yaşdan yuxarı olmaqla iki kateqoriya üzrə aparılacaq. Kuratoru Vedat Çalık olan müsabiqədə iştirak etmək istəyənlər əsərlərini dekabrın 15-dək [email protected] elektron ünvanına göndərə bilərlər. Müsabiqənin yekunu olaraq seçilmiş əsərlərdən ibarət sərginin açılacağı da nəzərdə tutular.
Qeyd edək ki, sözügedən festival çərçivəsində üç ildir ki, eyniadlı sərgi təşkil olunur.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 30.03.2023 [12:26]
Rəngkarlıq Muzeyində ustad dərsi - “Özünü kəşf et”
- 30.03.2023 [10:40]
“Artım”da sərgi – “Dərman aradım dərdimə”
- 29.03.2023 [15:30]
“Azərbaycanım” adlı uşaq rəsm müsabiqəsi elan olunub
- 17.03.2023 [20:07]
Rəssamlar İttifaqında Tural Anaroğlunun ilk fərdi sərgisi açılıb
- 17.03.2023 [18:51]
Tural Anaroğlu: Sərgidə 43 rəsm əsərim nümayiş olunur
- 11.03.2023 [10:25]
“Baharın rəngləri” adlı rəsm müsabiqəsinin yekun sərgiləri açılacaq
- 10.03.2023 [14:44]
Həvəskar rəssamların təsviri sənət sərgisi açılıb
- 03.03.2023 [14:39]
Bakıda “Harmoniya” adlı qrup sərgisi açılacaq
- 03.03.2023 [13:38]