XƏZƏR DƏNİZ NEFT DONANMASI BALANSINDAKI GƏMİLƏRİN TƏMİRİ ÜÇÜN AÇIQ MÜSABİQƏ ELAN ETMİŞDİR
AZƏRTAC xəbər verir ki, Xəzər Dəniz Neft Donanması balansındakı gəmilərin təmiri üçün tələb olunan ehtiyat hissələrinin alınması məqsədi ilə açıq müsabiqə elan etmişdir.
İddiaçı kimi iştirak etmək istəyənlər donanmanın Marketinq şöbəsinə (tel/faks: 490-20-26) müraciət edib iştirak haqqını (236 ABŞ dolları və ya ödəniş gününə manatla məzənnəsi) ödədikdən sonra müvafiq sənədləri ala bilərlər.
Avadanlıq və ehtiyat hissələri yükalanın ünvanına müqavilə imzalandığı tarixdən etibarən 3 aydan gec olmamaq şərti ilə çatdırılmalıdır. Malın dəyəri göndərildikdən sonra 1 il ərzində hissə-hissə ödəniləcəkdir. Sənədlər, imzalanmış və möhürlənmiş müsabiqə təklifi Xəzər Dəniz Neft Donanmasına 2008-ci il oktyabrın 13-ü saat 11.00-dək təqdim olunmalıdır.
Müsabiqə təklifləri donanmanın inzibati binasında (Xocalı prospekti, 13) oktyabrın 14-də saat 11.00-da açılacaqdır. İddiaçılar və onların səlahiyyətli nümayəndələri zərflərin açılış prosedurunda iştirak edə bilərlər.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 29.08.2023 [10:10]
Azərbaycan neftinin qiyməti dəyişməyib
- 29.08.2023 [10:09]
Dünya birjalarında neft ucuzlaşıb
- 28.08.2023 [16:31]
“Şahdəniz” yatağından ümumilikdə 200 milyard kubmetr qaz hasil olunub
- 28.08.2023 [10:06]
Dünya birjalarında neft bahalaşıb
- 26.08.2023 [12:09]
Qaz xətlərinin yerin altı ilə aparılması qəti qadağandır – Xəbərdarlıq
- 26.08.2023 [10:19]
Azərbaycan neftinin qiyməti 88 dolları ötüb
- 26.08.2023 [10:15]
Dünya birjalarında neft bahalaşıb
- 25.08.2023 [10:22]