Xəzər rayonunda mini futbol turniri keçirilib
Bakı, 31 dekabr, AZƏRTAC
Xəzər Rayon Gənclər və İdman İdarəsinin təşkilatçılığı ilə rayon komandaları arasında mini futbol turniri keçirilib.
AZƏRTAC xəbər verir ki, turnir 31 Dekabr - Dünya Azərbaycanlılarının Həmrəyliyi Gününə həsr olunub.
Yekun nəticələrə görə, Binə bələdiyyəsinin komandası qalib adına layiq görülüb. Buzovna və Zirə bələdiyyələrinin komandaları ikinci və üçüncü yerləri tutublar.
Qaliblər Xəzər Rayon Gənclər və İdman İdarəsi tərəfindən diplom və medallarla təltif olunublar.
Turnirin təşkilində əsas məqsəd gənclər arasında futbolun inkişafına dəstək olmaq, onların asudə vaxtının səmərəli təşkilidir.