Xəzər rayonunda sakinlərin qaz təchizatı ilə bağlı müraciətləri dinlənilib
Bakı, 14 iyul, AZƏRTAC
Xəzər rayonu, Mərdəkan qəsəbəsində qurulan “Açıq mikrofon” aksiyasında Birliyin Şikayətlərin araşdırılması şöbəsinin rəisi İbrahim Kərbalayev qeyd edib ki, hər bir sakinin müraciəti qeydə alınaraq “Azəriqaz” İstehsalat Birliyinin baş direktoruna çatdırılacaq.
İB-dən AZƏRTAC-a bildirilib ki, görüşdə Mərdəkan və Şüvəlan qəsəbələrindən olan sakinlər öz təklif və problemlərini dilə gətiriblər. Müraciətlər qaz sayğacının quraşdırılması, bəzi hallarda qazın təzyiqinin aşağı olması və fərdi qazlaşma ilə bağlı olub. Sonda səmərəli tədbirə görə Birliyin rəhbərliyinə minnətdarlıqlarını bildirən vətəndaşlar belə aksiyaların davamlı olacağına ümid etdiklərini söyləyiblər.