Azərbaycan Dövlət İnformasiya Agentliyi

Xəzər sahilində turizm kompleksi

Bakı, 28 yanvar (AZƏRTAC). Son zamanlar dünyada Azərbaycanın turizm potensialına maraq artmışdır. Dövlət başçısı İlham Əliyev dünyada Azərbaycana marağın get-gedə artmasını, habelə bir neçə iri infrastruktur layihəsinin tamamlanmasını nəzərə alaraq 2011-ci ili ölkəmizdə “Turizm ili” elan etmişdir. Həqiqətən nadir təbii gözəlliklərə malik olan, bütün çoğrafi zonaların təmsil edildiyi Azərbaycan artıq çoxdan bəri həm dünyada turizm sənayesinin “qanunvericiləri”, həm də səyahət etməyi xoşlayan sıravi turistlər üçün cəlbedici olmuşdur.

Respublikada son illərdə turizm sahəsində həyata keçirilən uğurlu dövlət siyasəti ölkənin turizm potensialının beynəlxalq məkanda populyarlaşmasına, turistlərin Azərbaycana çoxsaylı səfərlərini təşkil etməyə imkan vermişdir. Turizmin müxtəlif növləri inkişaf etdirilmiş, bu sahədə normativ-hüquqi aktlar qəbul edilmiş, turizm sahəsində orta və kiçik sahibkarlıq inkişaf etdirilmiş, müasir turizm infrastrukturu yaradılmışdır. Ötən illər ərazində ölkəmizdə turizm sahəsində çoxsaylı beynəlxalq tədbirlər keçirilmiş, beynəlxalq turizm marşrutları işlənib hazırlanmışdır.

Qəbul edilmiş dövlət proqramlarının tələblərinə uyğun olaraq turizm sahəsində beynəlxalq standartlara cavab verən mehmanxanalar tikilmiş, aparıcı beynəlxalq investisiya şirkətləri ölkəyə cəlb edilmiş, respublikamıza gələn turistlərin sayı artmışdır. Bununla bərabər sahibkarlığın inkişaf etdirilməsi üçün müvafiq kreditlərin verilməsi, turizm obyektləri tikintisinin dəstəklənməsi, bir sıra hüquqi sənədlərin hazırlanması üzrə iş aparılmışdır.

Qeyd etmək lazımdır ki, bu dövr ərzində bəzi tarix-mədəniyyət abidələri bərpa edilmiş, onlardan turizm resursu kimi istifadə edilməsi məqsədəuyğun sayılmışdır.

Dünyanın başqa ölkələrində olduğu kimi, Azərbaycanda da sentyabrın 27-si “Dünya turizm günü” kimi qeyd edilir. Həmin gün müxtəlif mövzularda daxili turizm üzrə ümumrespublika konfransı keçirilir, turizm sahəsində mövcud problemlər müəyyən edilir, onların həlli yolları seçilir, turizm sahəsində xidmət səviyyəsinin yüksəldilməsi, turizm infrastrukturu yaradılması ilə əlaqədar məsələlər qarşıya qoyulur. Yeri gəlmişkən bu dövr ərzində turizm şirkətlərinin, turistlərə xidmət obyektlərinin iştirakı ilə daxili turizm sərgisi keçirilmişdir.

Tarixi İpək yolu üzərində yerləşən Azərbaycan özünün əlverişli coğrafi mövqeyinə görə qərbdən şərqə, şimaldan cənuba doğru keçən turizm marşrutlarında iştirak edir. Qeyd etmək lazımdır ki, ötən illər ərzində Azərbaycan ərazisində İstanbuldan başlanan və Pekində başa çatan “İpək yolu boyunca velosiped turu” layihəsinin, eləcə də Rusiyadan Hindistana qədər “XV əsr. Səyyah Afanasi Nikitinin izi ilə” adlı turizm marşrutu layihəsinin həyata keçirilməsi ölkənin turizm potensialını beynəlxalq məkanda təbliğ etmək baxımında çox səmərəli tədbirlər olmuşdur.

Azərbaycan dünyanın 28 ölkəsi ilə turizm sahəsində əməkdaşlıq etmək niyyətindədir. Artıq bu sahədə Rusiya, Avstriya, Böyük Britaniya, İsveçrə, İsveç, Macarıstan, Makedoniya, San-Marino, Malta, Xorvatiya, Argentina, Meksika, Kuba, İsrail, Yaponiya, Birləşmiş Ərəb Əmirlikləri, Səudiyyə Ərəbistanı, İran, İraq, Bəhreyn, Oman, Koreya, Bruney, İndoneziya, Malayziya, Filippin, Tunis və Çin ilə əməkdaşlıq haqqında saziş layihələri hazırlanmışdır. Bundan əlavə, 2010-cu ildə turizm sahəsində əməkdaşlıq haqqında hökumətlərarası sazişlər çərçivəsində müəyyən işlər görülmüşdür. Son 5 ildə bu sahədə Yunanıstan, Qazaxıstan, İordaniya, Fransa, Tacikistan, Misir, Litva, Mərakeş, Suriya və Latviya ilə əməkdaşlıq haqqında sazişlər imzalanmışdır. Azərbaycanın turizm imkanlarını İran körfəzi ölkələrində və Küveytdə təqdim etmək məqsədilə “Dnata” turizm şirkəti ilə Mədəniyyət və Turizm Nazirliyi arasında anlaşma memorandumunun imzalanması üzrə iş aparılır.

Azərbaycanda turizm şirkətlərinin sayını da artırmaq nəzərdə tutulur. 2001-ci ildə respublikada cəmi 30 turizm şirkəti olduğu halda, indi onların sayı 260-a çatmışdır. Bu sayda turizm firması ölkəmizin turizm xidmətləri bazarı üçün tam kifayətdir.

Azərbaycan Xəzər sahilində də turizm kompleksi inşa etmək niyyətindədir.

Ölkəmizdə turizmin inkişafı barədə planlara uyğun olaraq Azərbaycanın Şəki rayonundakı qədim məskən aparıcı turizm mərkəzlərindən birinə çevrilə bilər. Şəki rayonunun Fəzli kəndində yerləşən, “Təpəbaşı məzarlığı” adlanan bu məskən üçün turizmin inkişaf planı hazırlanır. Layihə çərçivəsində turizm-informasiya mərkəzi yaradılması, hotellər tikilməsi, mədəni turizmin təşkil edilməsi planlaşdırılır. Layihənin ümumi dəyəri 9,611 milyon dollardır. Bu məbləğin 8,1 milyon dolları kredit götürülmüş, qalan hissəsi isə sərmayədarlar tərəfindən ayrılmışdır. Bu planı 5 il müddətində həyata keçirmək nəzərdə tutulur.

Azərbaycanın Xızı rayonundakı Giləzi qəsəbəsində isə turizm şəhərciyi tikintisi planlaşdırılır. Layihənin əsas məqsədi Xızıda sahil kurort zonası yaratmaqdır. Bu layihə çərçivəsində kurort və turizm mərkəzləri tikintisi, rekreasiya zonası yaradılması nəzərdə tutulur. Şəhərciyin dəyəri 200 milyon dollara bərabərdir. Layihə Xəzər dənizi sahilində turizmin və rekreasiya zonalarının inkişaf etdirilməsi çərçivəsində planlaşdırılır.

Turistlərin rahatlığı üçün Azərbaycanda telefon informasiya sistemi yaradılmışdır. Azərbaycana gələn turist 147 nömrəsini yığaraq turizm obyektinə getmək üçün ən qısa yol barədə suallara cavab, həmin marşrutda ayrı-ayrı rayonlarda və ya istirahət yerlərində görməli obyektlərin siyahısını əldə edə bilər. Zəng vuran şəxsin seçimindən asılı olaraq ona 3 dildə - Azərbaycan, rus və ingilis dillərində məlumat verilir.

Daha bir xəbər: Azərbaycan Mədəniyyət və Turizm Nazirliyi ölkənin Qusar rayonundakı “Şahdağ” qış-yay turizm kompleksi yaradılması layihəsini 50 faiz həyata keçirmişdir. Artıq gündə 10 min turistə xidmət edə bilən infrastruktur yaradılmış, yollar salınmış, elektrik, qaz və su xətləri çəkilmişdir. Layihəni Avstriya, İsveç, Türkiyə, ABŞ, İtaliya və Birləşmiş Ərəb Əmirliklərindən olan aparıcı şirkətlər həyata keçirirlər. Ötən ilin mart ayında dağ xizəyi sürmək üçün pilot trasında sınaq yoxlamaları aparılmışdır. 2012-ci ilə qədər daha 4 xizək trasının istifadəyə verilməsi nəzərdə tutulur.

Beləliklə, yaxın gələcəkdə Azərbaycan aparıcı turizm ölkəsinə çevriləcəkdir.

Nigar Hüseynova

AZƏRTAC-ın müxbiri

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

FIFA İnfantino ilə bağlı iddialara cavab verib

İraqda qonşu ölkəyə hücum planlaşdıran qrup üzvləri həbs edilib

Ekspert: Vaşinqton görüşü Cənubi Qafqazda münasibətlərin normallaşması yolunda tarixi dönüş nöqtəsidir

Marko Rubio: ABŞ Azərbaycan və Ermənistanla işləməyə tam sadiqdir

Zelenski: Ukrayna ordusu Donbasdan geri çəkilməyəcək

Leypsiq-Halle aeroportunda dron hadisəsindən sonra təhlükəsizlik tədbirləri gücləndirilib

Hakan Fidan: Türkiyə Azərbaycan və Ermənistan arasında davamlı sülhün əldə edilməsi səylərini dəstəkləyir

Bakıdan Limaya uzanan yeni körpü: Azərbaycanın Perudakı strateji sərmayəsi

MDU ilə Azərbaycan Texniki Universiteti birgə kadr hazırlığına başlayır

Paytaxtın Yasamal rayonunda keçirilən ödənişsiz skrinninq aksiyasında 400-ə yaxın qadın müayinə olunub

Xocavənddə buldozerin minaya düşməsi ilə bağlı araşdırma aparılır

Prezident İlham Əliyev Vaşinqton Zirvə Görüşünün ildönümü münasibətilə ABŞ Prezidentinə məktub ünvanlayıb

Amerika Birləşmiş Ştatlarının Prezidenti Zati-aliləri cənab Donald Trampa

Vaşinqton Bəyannaməsi – qlobal xaos fonunda işləyən sülh modeli ŞƏRH

Türk ekspert: Vaşinqton görüşü Prezident İlham Əliyevin diplomatiyasının növbəti uğurudur

Bu saata olan əsas xəbərlər

Nika Çitadze: Azərbaycan ilə Ermənistan arasında əldə olunan razılaşma sülh prosesinin yekunlaşması üçün zəmin yaradıb

Prezidentin Mətbuat Xidmətinin məlumatı VİDEO

Milli Kitabxanada yazıçı Əlisa Nicatın 90 illik yubileyinə həsr edilmiş kitab sərgisi təqdim olunub

Vaşinqton görüşü regionun gələcəyini müəyyən edən siyasi mərhələnin başlanğıcı kimi qiymətləndirilməlidir ŞƏRH

Mingəçevirdəki “Kürü keçək?! 5” yarışına rekord sayda iştirakçı qatılıb YENİLƏNİB VİDEO

Mingəçevirdəki “Kürü keçək?! 5” yarışına rekord sayda iştirakçı qatılıb YENİLƏNİB VİDEO

Stiv Uitkoff: Cənubi Qafqaz ölkələrinin gələcəyi parlaqdır

Azərbaycanın strateji baxışı Cənubi Qafqazın yeni inkişaf mərhələsini formalaşdırır ŞƏRH

Göz sağlamlığını qorumaq üçün hər fəslə uyğun qidalanmaya və sağlam həyat tərzinə diqqət yetirmək lazımdır

Luvr İslam incəsənətinə həsr olunmuş müvəqqəti sərgi ilə diqqət mərkəzindədir

Deputat: Ötən 1 ildə Azərbaycan və Ermənistan arasında sülh yolunda praktik addımlar atılıb VİDEO

Deputat: Ötən 1 ildə Azərbaycan və Ermənistan arasında sülh yolunda praktik addımlar atılıb VİDEO

Siyasi şərhçi: Azərbaycanla Ermənistan iqtisadi, siyasi və humanitar müstəvidə əməli addımlar atır VİDEO

Siyasi şərhçi: Azərbaycanla Ermənistan iqtisadi, siyasi və humanitar müstəvidə əməli addımlar atır VİDEO

Vaşinqton razılaşmalarından bir il sonra: Cənubi Qafqazda sülh gündəliyi ŞƏRH

Qazaxda 11,7 min hektar taxıl sahəsindən 39 min tondan çox məhsul götürülüb

Aİ “Meta” və “TikTok”u dezinformasiyaya qarşı daha qətiyyətli tədbirlər görməyə çağırıb

Azərbaycan–ABŞ əməkdaşlığının yeni mərhələsi - Strateji Tərəfdaşlıq Xartiyası

Alparslan Bayraktar: Türkiyə Azərbaycanda müxtəlif layihələrin həyata keçirilməsinə hazırdır

Cevdet Yılmaz: Türkiyənin təhlükəsizliyi onun sərhədlərindən başlamır

Çimərliyə gedənlərə XƏBƏRDARLIQ

Sıfır Tullantı Vəqfi Türkiyənin plastik tullantı problemini yerində araşdıracaq

Tarixi Vaşinqton Zirvə Görüşü xronoloji ardıcıllıqla

“Vilyarreal” klubunun nümayəndələri “Sabahın Ulduzları”nda

Vaşinqton görüşü Azərbaycanın regional məsələlərin həllində fəal rol oynadığını təsdiqləyib ŞƏRH

Sabah havanın temperaturu 40 dərəcəyədək yüksələcək

Rusiya və Pakistan ilk yük dəmir yolu marşrutunun istifadəyə verilməsinə hazırlaşır

Azərbaycanın xarici ölkələrdəki hərbi attaşelərinin və nümayəndələrinin illik iclası keçirilib

Azərbaycanın sülh siyasəti Cənubi Qafqazda yeni reallıq formalaşdırır ŞƏRH

Gürcü iqtisadçı: Qlobal böhranlar fonunda Cənubi Qafqaz özünü regional əməkdaşlıq üçün əlverişli məkan kimi təqdim edir

Tarixi Vaşinqton görüşü nələri dəyişdi? VİDEO

Tarixi Vaşinqton görüşü nələri dəyişdi? VİDEO

Rusiya regionlarına PUA hücumları nəticəsində yeddi nəfər xəsarət alıb

Vaşinqton razılaşmaları: Sülh və strateji tərəfdaşlıq oyun qaydalarını dəyişir – TƏHLİL

Valeri Çeçelaşvili: Vaşinqton Sammiti Cənubi Qafqazda sülh üçün möhkəm təməl yaratdı

Prezidentin Mətbuat Xidmətinin məlumatı VİDEO

Deputat: Vaşinqton razılaşmaları Cənubi Qafqazın dinc gələcəyi üçün mühüm platforma rolunu oynayır

Ağdaşda baş vermiş hadisə ilə bağlı polis araşdırma aparır

FHN: Sumqayıtda sexdə baş verən yanğın söndürülüb VİDEO

FHN: Sumqayıtda sexdə baş verən yanğın söndürülüb VİDEO

Naxçıvanda avqust ayının pensiyaları ödənilib

Prezident İlham Əliyevin sülh təşəbbüslərinin nəticəsi: Azərbaycan və Ermənistan bir-birini potensial tərəfdaş kimi qəbul edir

DİN: Dünən əvvəlki dövrlərdən bağlı qalan 17 cinayətin açılması təmin olunub

Azərbaycandan tranzit keçməklə Rusiyadan Ermənistana növbəti dəfə buğda və daş kömür tədarük edilib VİDEO

Azərbaycandan tranzit keçməklə Rusiyadan Ermənistana növbəti dəfə buğda və daş kömür tədarük edilib VİDEO

Yeni geosiyasi mərhələ: Vaşinqton razılaşmaları və regional əməkdaşlıq - RƏYLƏR

Qobustanda avtomobil dirəyə çırpıldı: sürücü həyatını itirdi

Amerikalı ekspert: Azərbaycan regionda getdikcə daha böyük rol oynayır

Qlen Hovard: Son bir ildə ABŞ-Azərbaycan münasibətlərinin inkişaf trayektoriyası diqqətəlayiq olub

Göz sağlamlığının qorunmasında Azərbaycan modeli: müasir texnologiyalar və Səyyar Klinika

Cənubi Qafqazda tarixi ədaləti və sülhü bərqərar edən Vaşinqton zirvəsi

Kolumbiya ABŞ-nin “Amerika Qalxanı” alyansına qoşulur

Böyük Britaniyada enerji borcları rekord həddə çatıb

Dünyada 2,2 milyard insanın görmə problemi var

Alimlər Sibirdə metan emissiyalarının artdığını bildiriblər

Rusiya Kiyevi ballistik raketlər və dronlarla hədəfə alıb: 3 nəfər həlak olub YENİLƏNİB VİDEO

Rusiya Kiyevi ballistik raketlər və dronlarla hədəfə alıb: 3 nəfər həlak olub YENİLƏNİB VİDEO

ABŞ-nin “Qızıl Günbəz” raketdən müdafiə sistemi sınaq mərhələsinə qədəm qoyur

ABŞ mədən sənayesinə 3 milyard dollar sərmayə qoyacaq

İspaniyadan yeni qərar: sərhədlərdə şəxsiyyət sənədləri yoxlanılacaq

İmişlidə “Mercedes” işıq dirəyinə çırpılıb: 3 nəfər xəsarət alıb

“Azərkosmos”un KOSMİK Akademiyası IAF-ın nüfuzlu mükafatına layiq görülüb

Türkiyə klubu Nəriman Axundzadənin transferini açıqlayıb

Pentaqon dronlara qarşı 400 milyon dollarlıq lazer sistemləri alır

Uşaqlıqda az şəkər qəbulu gələcəkdə Altsheymer və depressiya riskini azaldır – ARAŞDIRMA

ABŞ İrana kömək edən iki kriptovalyuta birjasını sanksiyaya məruz qoyub

Almaniyada hərbi obyekt üzərində naməlum PUA-lar qeydə alınıb

Kəpənəklər bütün dünyada yaşayış areallarını dəyişməyə başlayıb

Şəki-Zaqatala bölgəsində yeni tədris ilinə hazırlıq: məktəb və bağçalar yenilənir

Tovuzda iki avtomobil toqquşub, xəsarət alan var

Laçında yaşayış evlərinin yaxınlığında yanğın baş verib VİDEO

Laçında yaşayış evlərinin yaxınlığında yanğın baş verib VİDEO

Antarktida buzlaqları civə mənbəyinə çevrilir

İsmayıllıda yol qəzası olub, 5 nəfər xəsarət alıb

Cəbrayılda açıq sahədə baş verən yanğın söndürülüb VİDEO

Cəbrayılda açıq sahədə baş verən yanğın söndürülüb VİDEO

Türkiyə XİN: Yunanıstanın qərarı bizim üçün heç bir hüquqi nəticə doğurmur

Bu saata olan əsas xəbərlər

Rəcəb Tayyib Ərdoğan: Müdafiə sahəsində Ər-Riyad və İslamabadla imzalanan saziş digər ölkələrə qarşı yönəlməyib

Azərbaycan dilinin qorunması milli-mənəvi dəyərlərin yaşadılmasına xidmət edir - Uşaq Səfirlər Məclisi VİDEO

Azərbaycan dilinin qorunması milli-mənəvi dəyərlərin yaşadılmasına xidmət edir - Uşaq Səfirlər Məclisi VİDEO

Uşaq Səfirlər Məclisinin üzvü: Azərbaycan dilini qorumaq milli kimliyimizi qorumaq deməkdir VİDEO

Uşaq Səfirlər Məclisinin üzvü: Azərbaycan dilini qorumaq milli kimliyimizi qorumaq deməkdir VİDEO

Azərbaycan dilinin saflığının qorunması və aktual çağırışlar – KONFRANS VİDEO

Azərbaycan dilinin saflığının qorunması və aktual çağırışlar – KONFRANS VİDEO

İranın idman və gənclər naziri Bakı Su İdman Sarayında olub

"Xocalı Ensiklopediyası"nın təqdimatı olub VİDEO

"Xocalı Ensiklopediyası"nın təqdimatı olub VİDEO

Parisdən xəbərdarlıq: Fransa seçki prosesinə xarici müdaxilələrə dözməyəcək

Emil Əliyev yenidən Rusiya Minifutbol Assosiasiyasının prezidenti vəzifəsinə seçilib

On yeddi yaşlı qıza nişan mərasimi keçirildi, valideynləri polisə dəvət olundular

Naxçıvanda velosiped və elektrik skuterləri üçün yeni infrastruktur yaradılıb

Rəssamlıq Akademiyasında rəqəmsal incəsənət və animasiya üzrə yeni tədris imkanları yaradılır

Tatyana Poloskova: Azərbaycanın xarici siyasətinin əsasında milli maraqların qorunması dayanır

İctimai Birliyin sədri: Rəqəmsal informasiya dövründə ana dilinin saflığının qorunması daha da aktuallaşır VİDEO

İctimai Birliyin sədri: Rəqəmsal informasiya dövründə ana dilinin saflığının qorunması daha da aktuallaşır VİDEO

Malayziyadan idxal olunan bəzi bioloji aktiv qida məhsullarında uyğunsuzluq aşkarlanıb

Sosial Xidmətlər Agentliyi 37 şəhid ailəsinə evlərində sosial-məişət xidməti göstərir