XƏZƏRDƏ HƏRBİ FƏALİYYƏT MƏSƏLƏSİ KOMPLEKS ŞƏKİLDƏ HƏLL OLUNMALIDIR
O demişdir: “Sahilyanı dövlətlər Xəzərin hüquqi statusu haqqında konvensiya layihəsinə dair tezliklə ortaq rəyə gəlməyə və sahilyanı ölkələr arasında əməkdaşlığı genişləndirməyə, qarşılıqlı etimad ruhunu gücləndirməyə çalışırlar. Bir məsələdə hamı həmrəydir ki, Xəzər dənizi sülh, sabitlik və əməkdaşlıq zonasına çevrilməlidir”.
X.Xələfov Rusiyanın Xəzərdə xarici hərbi qüvvələrin olmasının yolverilməzliyi barədə RF XİN-in başçısı S.Lavrov tərəfindən irəli sürülən təklifi şərh edərək demişdir ki, bu məsələ konvensiya layihəsi çərçivəsində müzakirə olunan Xəzərdə təhlükəsizlik probleminin mühüm tərkib hissəsidir. Bunlar təhlükəsizliklə bağlı kompleks məsələlərdir və digər problemlərdən ayrı nəzərdən keçirilə bilməz. Xəzərin hərbisizləşdirilməsi, Xəzərdə silahlanmanın tarazlaşdırılması, habelə yenidən işlənməsi tələb olunan bir sıra digər məsələlərlə bağlı təkliflər də var. Odur ki, bu məsələlərin son nəticədə necə razılaşdırılacağını demək tezdir. Təkcə onu deyə bilərəm ki, əgər söhbət sahilyanı ölkələrin suveren hüquqlarından gedirsə, bu məsələlərin bir hissəsi, o cümlədən suverenlik və suveren hüquqlarla əlaqədar məsələlər həmin dövlətlərin səlahiyyətinə daxildir. Buna görə də məsələ üzərində iş gedir və biz onu təhlükəsizlik məsələləri və onların kompleks həlli baxımından qəbul edəcəyik”.