XIZI RAYON POLİS ŞÖBƏSİNİN YENİ BİNASI İSTİFADƏYƏ VERİLMİŞDİR
AZƏRTAC xəbər verir ki, Xızı Rayon Polis Şöbəsinin yeni binası istifadəyə verilmişdir. Müasir standartlara cavab verən binada hüquq mühafizəçilərinin fəaliyyəti üçün hər cür şərait yaradılmışdır.
Bu münasibətlə keçirilən mərasimdə daxili işlər nazirinin müavini, polis general-leytenantı Vilayət Eyvazov, rayon icra hakimiyyətinin başçısı Vaqif Abdullayev və başqaları Xızı rayonunun sosial-iqtisadi inkişafı sahəsində görülən işlərdən danışmışlar. Bildirilmişdir ki, Azərbaycan iqtisadi inkişafına görə dünyada lider dövlətlərdəndir. Ölkəmizdə kriminogen durum tam nəzarət altındadır. Ümumi sahəsi 1450 kvadratmetr olan yeni binada yaradılan şəraitin iş prosesinə müsbət təsir göstərəcəyi vurğulanmışdır.
Binanın ətrafı abadlaşdırılmış, yaşıllaşdırılmış, foyedə ümummilli lider Heydər Əliyevin həyat və fəaliyyətini əks etdirən guşə yaradılmışdır.