Xızıda 20 Yanvar faciəsi ilə bağlı silsilə tədbirlər keçirilir
Xızı, 17 yanvar (AZƏRTAC). Xızı Rayon Mədəniyyət və Turizm Şöbəsinin tədbirlər planına uyğun olaraq 20 Yanvar faciəsinin 23-cü ildönümü ilə əlaqədar kitabxanalarda, muzeylərdə, kənd və qəsəbə mədəniyyət evlərində silsilə tədbirlərin keçirilir.
AZƏRTAC xəbər verir ki, mərkəzi kitabxanada 1990-cı ilin ilk ayında baş vermiş bu dəhşətli faciəni əks etdirən kitablardan ibarət sərgi açılmış, kitabxanaçıların və məktəblilərin birgə hazırladıqları “Bu torpaq altında şəhidlər yatır” adlı kompozisiya nümayiş etdirilmişdir.
Daha sonra rayondakı Heydər Əliyev Mərkəzində tariximizin qanlı və şanlı səhifələrindən olan 20 Yanvar faciəsinin qurbanlarına və Azərbaycanın azadlığı uğrunda şəhid olanlara həsr edilmiş “Tariximizi unutmayaq!” və “Qan yaddaşımız” adlı film və fotoslaydlar təqdim olunmuşdur.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 21.01.2026 [14:31]
Peru mətbuatı 20 Yanvar faciəsini işıqlandırıb
- 20.01.2026 [18:35]
Hər il bu gün hava "qan ağlayır" – REPORTAJ VİDEO
- 20.01.2026 [18:00]
Qanlı gecədən başlanan və müstəqilliyə gətirib çıxaran yol
Bu saata olan əsas xəbərlər
- [12:00]
Dünyanın ən təhlükəli 7 vulkanı
- [05:44]
Əlilliyi olan şəxslərə hüquqlarının müdafiəsi ilə əlaqədar məlumat verilib
- 12.06.2026 [23:55]
Minlərlə metallurgiya işçisi Almaniyada etiraz aksiyalarına çıxıb
- 12.06.2026 [23:40]
BDU-nun Qazax filialında Milli Qurtuluş Gününə həsr olunmuş tədbir
- 12.06.2026 [23:32]
“Sabah” braziliyalı müdafiəçini transfer edib
- 12.06.2026 [23:25]