Xızıda polis əməkdaşları şəhid ailələrini ziyarət ediblər
Xızı, 31 dekabr, Elxan Yusifli, AZƏRTAC
Xızı Rayon Polis Şöbəsinin əməkdaşları Vətən müharibəsi şəhidlərinin ailələrini ziyarət ediblər.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, şöbə əməkdaşları torpaqlarımızın azadlığı uğrunda döyüşərək şəhidlik zirvəsinə ucalan oğullarımızın ailələrinə baş çəkib, onların qayğıları ilə maraqlanıblar.
Görüşlərdə dövlətimiz tərəfindən şəhid ailələrinə göstərilən diqqət və qayğıdan, qəhrəman oğullarımızın igidlik salnamələrindən danışılıb, ailələrə sovqatlar təqdim edilib.
Şəhidlərin ailə üzvləri diqqətə görə ölkə rəhbərliyinə və polis əməkdaşlarına təşəkkürlərini bildiriblər.