“Xocalı - bu olub” tamaşası 20 Yanvar faciəsi qurbanlarının xatirəsinə ithaf olunacaq
Bakı, 8 yanvar AZƏRTAC
Azərbaycan Dövlət Pantomima Teatrında “Xocalı - bu olub” tamaşası 20 Yanvar faciəsi qurbanlarının xatirəsinə ithaf ediləcək.
Teatrdan AZƏRTAC-a bildirilib ki, yanvarın 19-da təqdim olunacaq tamaşanın müəllifi və quruluşçu rejissoru Xalq artisti Bəxtiyar Xanızadə, quruluşçu rəssamı Sənubər Səmədova, musiqi tərtibatçısı Əməkdar artist Elman Rəfiyevdir. Rolları Elman Rəfiyev, Nargilə Qəribova, Bəhruz Əhmədli, Səbinə Hacıyeva, Nurlan Rüstəmov, Solmaz Bədəlova, Leyla Atayeva, Nuridə Musabəyli, Elxan Şahalıyev və Cavad Nuriyev ifa edəcək.
Qeyd edək ki, səhnə əsəri ilk dəfə olaraq ötən ilin fevral ayının 25-də Bolqarıstanın paytaxtı Sofiyada nümayiş olunub. Mədəniyyət Nazirliyi və ölkəmizin Bolqarıstandakı səfirliyinin təşəbbüsü ilə reallaşan nümayiş Xocalı soyqırımının tanıdılması məqsədi ilə hazırlanıb.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 21.01.2026 [14:31]
Peru mətbuatı 20 Yanvar faciəsini işıqlandırıb
- 20.01.2026 [18:35]
Hər il bu gün hava "qan ağlayır" – REPORTAJ VİDEO
- 20.01.2026 [18:00]