Xocalı faciəsinə həsr edilmiş rəsm sərgisi
Ağsu, 26 fevral (AZƏRTAC). Ağsu Rayon Mərkəzi Kitabxanasının uşaq şöbəsi Xocalı soyqırımının 21-ci ildönümü ilə əlaqədar şəhər 2 nömrəli orta məktəbdə “Xocalı-şəhid şəhər” mövzusunda rəsm sərgisi açılmışdır.
AZƏRTAC xəbər verir ki, sərgidə Ağsu şəhərində fəaliyyət göstərən 5 tam orta məktəbin şagirdlərinin Xocalı faciəsi mövzusundakı 20 ən yaxşı əl işi nümayiş etdirilir.
Yaradılmış komissiya yağlı boya ilə çəkilmiş 20 rəsmdən üç ən yaxşı əl işini müəyyənləşdirmiş, bunların müəllifləri olan həvəskar məktəbli rəssamlar kitab və digər qiymətli hədiyyələrlə mükafatlandırılmışlar.
Ayrı-ayrı rəsmlərdə Xocalı qətliamının dəhşətlərini fırçanın gücü ilə açmağa çalışan uşaq və yeniyetmələr bu faciəyə biganə olmadıqlarını, əksinə, hadisələri bütün dəhşətləri ilə anladıqlarını nümayiş etdirmişlər.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 28.02.2026 [11:54]
Ankarada Xocalı soyqırımı mövzusunda panel müzakirələri aparılıb
- 28.02.2026 [10:08]
Varşavada “Nabat” filmi nümayiş olunub
- 27.02.2026 [14:30]
Gürcü portalı Xocalı soyqırımından yazıb
- 27.02.2026 [14:19]
Eskişehirdə “Şeir və ağılarda Xocalı” mövzusunda anım proqramı
- 27.02.2026 [13:20]
Lüksemburqda Xocalı həftəsi
- 27.02.2026 [13:10]
Estoniyada Xocalı soyqırımı qurbanları anılıb
- 27.02.2026 [12:28]
Ukraynanın Krivoy Roq şəhərində Xocalı soyqırımı qurbanları anılıb
- 27.02.2026 [11:07]
Moskvada Xocalı soyqırımı qurbanlarının xatirəsi anılıb VİDEO
- 27.02.2026 [10:59]