Xocalı sakini: Kədər və ümidsizliklə çıxdığımız doğma yurda indi sevinc və qürurla qayıdırıq
Ağdam, 31 yanvar, Tahir Ağaməmmədov, AZƏRTAC
Otuz ildən çox Qarabağımızdan ayrı qaldıq, bu torpaqlara qayıtmaq arzusu, ümidi ilə yaşadıq. Xoşbəxtəm ki, bu gün doğma yurduma qayıdıram.
Bu sözləri Ağdamda AZƏRTAC-ın bölgə müxbirinə açıqlamasında Xocalının Ballıca kəndinə köç edən keçmiş məcburi köçkün Hamlet Nəsibov deyib.
“İnsan taleyi təzadlarla doludur. Bir zamanlar yurdumuzu tərk edərkən bu yolları böyük kədər və ümidsizliklə getmişdik. İndi isə sevinc və qürurla qayıdırıq. Bu gözəl hissləri bizə yaşadan, bizi yurdumuza qovuşduran Ordumuza, Prezidentimizə minnətdarlığımı bildirirəm”, - deyə o əlavə edib.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 11.06.2026 [12:27]
Naxçıvanda əsas kapitala 65 milyon manata yaxın investisiya yönəldilib
- 11.06.2026 [12:20]
Keçmişin izi ilə: Şəmkirin “balaca Almaniya”sına səyahət VİDEO
- 11.06.2026 [12:16]
Naxçıvanda ÜDM istehsalı 2,2 faiz artıb
- 11.06.2026 [08:46]