Xocalı soyqırımı qurbanlarının xatirəsi Xarkovda anılmışdır
Bakı, 25 fevral (AZƏRTAC). Xocalı soyqırımının 21-ci ildönümü ilə əlaqədar Xarkovda təhsil alan azərbaycanlı tələbələr və “Dostluq” mərkəzinin üzvlərinin iştirakı ilə anım mərasimi keçirilmişdir.
Diasporla İş üzrə Dövlət Komitəsindən AZƏRTAC-a bildirmişlər ki, faciə qurbanlarının xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsindən sonra tədbiri açan Xarkov Dostluq Cəmiyyətinin sədri Murad Ömərov gəncləri Azərbaycan xalqının başına gətirilən faciələri heç vaxt unutmamağa çağırmışdır.
Tədbirdə çıxış edənlər Xocalı faciəsini XX əsrin misli görünməmiş dəhşətli soyqırımı, ermənilərin azərbaycanlılara qarşı apardığı etnik təmizləmə siyasətinin təzahürü adlandırmışlar. Natiqlər Xocalı soyqırımına dünya ictimaiyyətinin siyasi və hüquqi qiymət verməsinin zəruriliyini vurğulamışlar.
Sonra Heydər Əliyev Fondu tərəfindən hazırlanan “Xocalı soyqırımı” sənədli filmi nümayiş etdirilmişdir.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 28.02.2026 [11:54]
Ankarada Xocalı soyqırımı mövzusunda panel müzakirələri aparılıb
- 28.02.2026 [10:08]
Varşavada “Nabat” filmi nümayiş olunub
- 27.02.2026 [14:30]
Gürcü portalı Xocalı soyqırımından yazıb
- 27.02.2026 [14:19]
Eskişehirdə “Şeir və ağılarda Xocalı” mövzusunda anım proqramı
- 27.02.2026 [13:20]
Lüksemburqda Xocalı həftəsi
- 27.02.2026 [13:10]
Estoniyada Xocalı soyqırımı qurbanları anılıb
- 27.02.2026 [12:28]
Ukraynanın Krivoy Roq şəhərində Xocalı soyqırımı qurbanları anılıb
- 27.02.2026 [11:07]
Moskvada Xocalı soyqırımı qurbanlarının xatirəsi anılıb VİDEO
- 27.02.2026 [10:59]