İDMAN
Xüsusi olimpiyaçılar arasında badminton yarışları keçirilib
Bakı, 21 sentyabr, AZƏRTAC
Sentyabrın 21-də Azərbaycan Xüsusi Olimpiya Komitəsinin təşkilatçılığı ilə badminton turniri keçirilib.
AZƏRTAC xəbər verir ki, Şağan Olimpiya İdman Kompleksində açıq havada oğlanlar və qızlar arasında təşkil edilən yarışda ümumilikdə 80-dən çox badmintonçu iştirak edib. Xüsusi, yardımçı məktəb və internatların, eləcə də autizm təşkilatlarının təmsilçilərinin mübarizə apardığı turnirdə qaliblər müəyyənləşib. Sonda yekun nəticəyə görə fərqlənənlər mükafatlandırılıblar.
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyindəki Sosial Xidmətlər Agentliyinin dəstəyi ilə keçirilən turnir 2021-ci ilin beynəlxalq yarışlarına hazırlıq xarakteri daşıyır.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 28.06.2024 [12:57]
Azərbaycan gimnastları beynəlxalq turnirdə iştirak edəcəklər
- 28.06.2024 [12:17]
“Neftçi” daha bir futbolçu ilə vidalaşıb
- 28.06.2024 [12:06]
“Sumqayıt” klubu sabiq futbolçusunu geri qaytarıb
- 28.06.2024 [11:58]
NBA tarixində ilk: Ata və oğul eyni komandada oynayacaq
- 28.06.2024 [11:32]
“Neftçi” klubu qapıçısı ilə yollarını ayırıb
- 28.06.2024 [11:12]