Yabanı halda bitmiş çəkisi 1,7 tona yaxın çətənə kolu aşkarlanaraq məhv edilib
Bakı, 24 iyul, AZƏRTAC
Şəmkir Rayon Polis Şöbəsinin əməkdaşları Düyərli kəndi ərazisində 60 sot sahədə yabanı halda bitmiş 1,7 tona yaxın çəkisi olan 2604 çətənə kolu aşkarlayaraq məhv ediblər.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, Cəlilabad Rayon Polis Şöbəsi əməkdaşlarının daxil olmuş məlumat əsasında keçirdikləri əməliyyat tədbiri nəticəsində narkotiklərin qanunsuz dövriyyəsində şübhəli bilinən Yardımlı rayon sakini İ.Mirişov saxlanılıb.
Şəxsi axtarış zamanı ondan 5 qrama yaxın heroin, idarə etdiyi “VAZ-2121” markalı avtomobilə baxış zamanı isə əlavə 52 qramdan artıq heroin, metamfetamin və marixuana aşkarlanaraq götürülüb.
Faktlarla bağlı araşdırmalar aparılır.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 28.08.2023 [21:14]
Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimi intihar edib
- 27.08.2023 [19:00]
Fatmayı kəndində dənizdə batan şəxsin meyiti tapılıb - YENİLƏNİB
- 27.08.2023 [10:44]
FHN: Ötən sutka ərzində 40 yanğına çıxış olub, 13 nəfər xilas edilib VİDEO
- 25.08.2023 [21:05]
Oğuzda baş vermiş yol-nəqliyyat hadisəsi ilə bağlı cinayət işi başlanılıb
- 25.08.2023 [14:54]