Yanvar-fevral aylarında nağd xarici valyutanın alışı satışını 51 milyon dollar üstələyib
Bakı, 2 aprel, AZƏRTAC
Cari ilin ötən dövründə valyuta bazarında vəziyyət stabil olaraq qalıb. 2026-cı ilin yanvar-fevral aylarında mübadilə şöbələri tərəfindən nağd xarici valyutanın alışı satışını 51 milyon dollar üstələyib.
Azərbaycan Respublikası Mərkəzi Bankından (AMB) AZƏRTAC-a bildirilib ki, rezident fiziki şəxslərin əmanətlərinin dollarlaşma səviyyəsinin son 12 ayda 2,8 faiz bəndi azalaraq 2026-cı ilin fevralında 27,7 faizə enməsi məzənnə ilə bağlı gözləntilərin nikbin olduğunu göstərir.
Bu şəraitdə 2026-cı ilin I rübündə Mərkəzi Bankın valyuta ehtiyatları 1,2 faiz artaraq 11,7 milyard dollara çatıb.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 30.09.2026 [19:02]
Azərbaycan məhsulları Minskdə beynəlxalq sənaye sərgisində nümayiş olunur
- 30.09.2026 [18:11]
® "Prime Leasing" Cənub bölgəsində: Cəlilabadda yeni filial qapılarını açdı
- 30.09.2026 [18:04]
Qeyri-neft-qaz ixracında yeni mərhələ: Sahibkarlar üçün yeni imkanlar
- 30.09.2026 [17:46]