Yanvar-may aylarında SOCAR 355,4 min tondan artıq dizel yanacağı ixrac edib
Bakı, 2 iyun, AZƏRTAC
SOCAR-ın marketinq və iqtisadi əməliyyatlar idarəsi bu ilin mayında 73 min 475 ton dizel yanacağı, 23 min 960 ton təyyarə yanacağı, 2 min 121 ton soba mazutu, 7 min 519 ton yüksək təzyiqli polietilen, 1047 ton mütləqləşdirilmiş izopropil spirti, 6 min 687 ton maye piroliz qətranı, 5 min 453 ton propilen və 2 min 964 ton butilen butadien fraksiyası ixrac edib.
SOCAR-ın mətbuat xidmətindən AZƏRTAC-a bildirilib ki, yanvar-may aylarında 355 min 406 ton dizel yanacağı, 113 min 580 ton təyyarə yanacağı, 2 min 298 ton soba mazutu, 40 min 360 ton yüksək təzyiqli polietilen, 6 min 133 ton mütləqləşdirilmiş izopropil spirti, 28 min 342 ton maye piroliz qətranı, 21 min 146 ton propilen və 6 min 684 ton butilen butadien fraksiyası ixrac olunub.
Mayda dünya bazarında etilləşdirilmiş benzinin qiyməti (1 ton üçün) - 496,61 ABŞ dollar, təyyarə yanacağının - 428,80 dollar, dizel yanacağının - 411,66 dollar, 1 faiz kükürdlü mazutun qiyməti 215,38 dollar, yüksək təzyiqli polietilen 1182,50 dollar, butilen butadien fraksiyası 447,58 dollar, maye piroliz qətranının - 496,61 dollar, propilen 635 avro, mütləqləşdirilmiş izopropil spirti 748,75 avro təşkil edib.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 29.08.2023 [10:10]
Azərbaycan neftinin qiyməti dəyişməyib
- 29.08.2023 [10:09]
Dünya birjalarında neft ucuzlaşıb
- 28.08.2023 [16:31]
“Şahdəniz” yatağından ümumilikdə 200 milyard kubmetr qaz hasil olunub
- 28.08.2023 [10:06]
Dünya birjalarında neft bahalaşıb
- 26.08.2023 [12:09]
Qaz xətlərinin yerin altı ilə aparılması qəti qadağandır – Xəbərdarlıq
- 26.08.2023 [10:19]
Azərbaycan neftinin qiyməti 88 dolları ötüb
- 26.08.2023 [10:15]
Dünya birjalarında neft bahalaşıb
- 25.08.2023 [10:22]