İQTİSADİYYAT
Yanvar-noyabr aylarında informasiya və rabitə xidmətlərinin həcmi 4,4 faiz artıb
Bakı, 19 dekabr, AZƏRTAC
2016-cı ilin yanvar-noyabr aylarında informasiya və rabitə müəssisələri tərəfindən hüquqi və fiziki şəxslərə göstərilən 1448,0 milyon manatlıq xidmətlərin 72,5 faizi əhali sektoruna aid olub. 2015-ci ilin müvafiq dövrü ilə müqayisədə cari ilin yanvar-noyabr aylarında informasiya və rabitə xidmətlərinin həcmi 4,4 faiz artıb, bu sahədə əldə edilmiş gəlirin 80,6 faizi qeyri-dövlət sektorunun payına düşüb.
Dövlət Statistika Komitəsindən AZƏRTAC-a bildirilib ki, xidmətlərdən əldə edilən gəlirin 51,6 faizi və ya 747,7 milyon manatı mobil telefon rabitəsi sahəsində formalaşıb.