Yanvarın 15-də Azərbaycan ərazisində hava şəraiti haqqında məlumat
Bakıda və Abşeron yarımadasında
havanın dəyişkən buludlu, əsasən yağmursuz keçəcəyi gözlənilir. Axşam yarımadanın bəzi yerlərində duman olacaqdır.
Temperatur gecə 3-5° isti, gündüz 8-13° isti olacaqdır.
Bakıda gecə 3-5°, gündüz 10-12° isti təşkil edəcəkdir.
Atmosfer təzyiqi 760 millimetr civə sütunu təşkil edəcək, nisbi rütubət gecə 85-95 faiz, gündüz 60-70 faiz olacaqdır.
Naxçıvan Muxtar Respublikasında
hava əsasən yağmursuz keçəcəkdir. Gecə və səhər bəzi yerlədə duman olacaqdır.
Temperaturun gecə 2-7° şaxta, gündüz 8-13° isti olacağı gözlənilir.
Yuxarı Qarabağ: Xankəndi, Şuşa, Xocalı, Xocavənd, Qubadlı, Zəngilan, Laçın, Kəlbəcər, Daşkəsən, Gədəbəy rayonlarında
havanın əsasən yağmursuz, gecə və səhər bəzi yerlərdə duman olacağı gözlənilir.
Temperatur gecə 0-5° şaxta, gündüz 7-12° isti olacaqdır.
Qazax-Gəncə, Goranboy, Tərtər-Ağdam-Ağcabədi-Füzuli-Cəbrayıl rayonlarında
havanın əsasən yağmursuz keçəcəyi, gecə və səhər bəzi yerlərdə duman olacağı gözlənilir.
Temperaturun gecə 2° şaxtadan 3°-dək isti, gündüz 7-12° isti olacağı gözlənilir.
Balakən-Zaqatala-Qax-Şəki-Oğuz-Qəbələ, İsmayıllı-Şamaxı-Ağsu-Xızı, Siyəzən-Şabran, Quba-Qusar-Xaçmaz rayonlarında
hava əsasən yağmursuz keçəcəkdir. Bəzi yerlərdə duman olacaqdır.
Temperatur gecə 3° şaxtadan 2°-dək isti, gündüz 5-10° isti, dağlarda gecə 3-7° şaxta, gündüz 1-5° isti olacaqdır. Yüksək dağlıq ərazilərdə havanın minimal temperaturunun 13-18° şaxta olacağı gözlənilir.
Mərkəzi-Aran: Ağdaş, Mingəçevir, Yevlax, Kürdəmir, İmişli,Beyləqan, Sabirabad, Biləsuvar, Saatlı, Şirvan, Hacıqabul, Salyan, Neftçala rayonlarında
hava əsasən yağmursuz keçəcəkdir. Gecə və səhər bəzi yerlərdə duman olacaqdır.
Temperatur gecə 0-5°, gündüz 7-12° isti olacaqdır.
Masallı-Lənkəran-Astara-Lerik və Yardımlı rayonlarında
hava əsasən yağmursuz keçəcəkdir. Gecə və səhər bəzi yerlərdə duman olacaqdır.
Temperaturun gecə 3-6° isti, gündüz 7-12° isti, dağlarda gecə 0-5° şaxta, gündüz 5-7° isti olacağı gözlənilir.