YAP BALAKƏN RAYON TƏŞKİLATININ KONFRANSI KEÇİRİLMİŞDİR
Yeni Azərbaycan Partiyası Balakən rayon təşkilatının növbəti konfransı keçirilmişdir.
Rayon təşkilatından AZƏRTAC-ın müxbirinə bildirmişlər ki, konfransda qurumun ötən dövrdəki fəaliyyəti geniş təhlil edilmiş, qarşıda duran vəzifələrə toxunulmuşdur. Hesabat məruzəsində qeyd olunmuşdur ki, təşkilat əvvəlki konfransdan keçən müddət ərzində rayonun ictimai-siyasi həyatında, dövlət əhəmiyyətli tədbirlərin həyata keçirilməsində, habelə ötən bələdiyyə seçkilərində fəal iştirak etmiş, öz mütəşəkkilliyini bir daha nümayiş etdirmişdir. Rayon təşkilatının sıraları daha da genişlənmiş və mətinləşmişdir.
Konfransda YAP Siyasi Şurasının üzvləri, Milli Məclisin deputatları Yaqub Mahmudov və Eldar Qəhrəmanov çıxış edərək, partiyanın Azərbaycan dövlətçiliyi qarşısındakı xidmətlərindən danışmış, bu ilin payızında keçiriləcək növbəti parlament seçkilərinə hazırlıqla bağlı rayon təşkilatının üzvlərinə öz tövsiyələrini bildirmişlər.
Konfransın sonunda partiyanın növbəti, üçüncü qurultayına 13 nəfərdən ibarət nümayəndə heyəti seçilmişdir.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 07.10.2026 [10:06]
Prezident İlham Əliyev: İtkin düşmüş heç bir vətəndaşımız unudulmur
- 07.10.2026 [00:11]
XİN: Suriyadan 13 Azərbaycan vətəndaşı repatriasiya edilib
- 06.10.2026 [17:49]
Baş nazir Əli Əsədov Rəqəmsal Əməkdaşlıq Təşkilatının Baş katibi ilə görüşüb
Yəmən hökuməti əhalini husilərin sıralarına qoşulmamağa çağırıb
- 06.10.2026 [23:47]
“Sabah” basketbol klubu Çempionlar Liqasında ilk oyununu keçirib
- 06.10.2026 [22:46]
Türkiyədə qanunsuz miqrantlar saxlanılıblar
- 06.10.2026 [21:45]
Ədəbiyyat üzrə Nobel mükafatı: Favoritlər və ekspert rəyi
- 06.10.2026 [20:59]
QMİ-nin sədri Qazaxıstanın Vitse-prezidenti ilə görüşüb
- 06.10.2026 [20:37]