YAP Bərdə rayon təşkilatının fəalları şəhid ailələrinə baş çəkiblər
Bərdə, 6 sentyabr, AZƏRTAC
Yeni Azərbaycan Partiyası (YAP) Bərdə rayon təşkilatının kollektivi və fəalları Vətən müharibəsi şəhidləri Əlizadə Pərvin Vüqar oğlu və Abbasov Elvin Şəmil oğlunun ailələrinə baş çəkiblər.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, görüşlər zamanı YAP Bərdə rayon təşkilatının sədri Fəqət Şadlinskaya Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə rəşadətli Ordumuzun tarixi Zəfərindən, şəhidlərimizin igidliklərindən və Vətən sevgisindən, ölkəmizdə şəhid ailələrinə və qazilərə göstərilən dövlət qayğısından danışıb.
Şəhid ailələri onlara göstərilən yüksək diqqət və qayğıya görə Prezident İlham Əliyevə və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya minnətdarlıqlarını ifadə ediblər.
YAP Bərdə rayon təşkilatının fəalları şəhid ailələrinin və qazilərin problemləri, çətinlikləri ilə maraqlanıb, onlara dəstək olublar.