Azərbaycan Dövlət İnformasiya Agentliyi

YAP Mərkəzi Qərargahında müşavirə keçirilib

Bakı, 19 fevral, AZƏRTAC

Fevralın 19-da Yeni Azərbaycan Partiyasının Mərkəzi Qərargahında müşavirə keçirilib. YAP Sədrinin müavini - Mərkəzi Aparatın rəhbəri Tahir Budaqovun, Azərbaycan Respublikası Prezidenti Administrasiyasının Siyasi partiyalar və qanunvericilik hakimiyyəti ilə əlaqələr şöbəsinin müdiri Ədalət Vəliyevin, sözügedən şöbənin məsul əməkdaşlarının, habelə YAP Təftiş Komissiyasının, Veteranlar Şurasının, Gənclər Birliyinin, mətbu orqanlarının, Mərkəzi Aparatının rəhbər şəxslərinin və yerli təşkilat sədrlərinin iştirakı ilə keçirilmiş tədbirdə partiyada aparılmış islahatlardan sonra qarşıda duran strateji vəzifələr geniş müzakirə olunub.

Ölkə ictimaiyyəti Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin təşəbbüsü ilə bütün sahələrdə olduğu kimi, ictimai-siyasi sahədə də aparılan islahatların şahididir. Yeni siyasi konfiqurasiyanın formalaşdırılmasını hədəfləyən bu islahatlar ölkədə həmrəylik mühitinin bərqərar olunması və siyasi münasibətlərin subyektləri arasında sağlam dialoqun formalaşdırılmasına xidmət edir. Qeyd olunan müşavirə ölkədə aparılan islahatların effektivliyinin təmin olunmasında YAP-ın üzərinə düşən vəzifələrin təhlilinə həsr olunub.

YAP-ın mətbuat xidmətindən AZƏRTAC-a verilən məlumata görə, müşavirədə çıxış edən YAP Sədrinin müavini - Mərkəzi Aparatın rəhbəri Tahir Budaqov bildirib ki, Azərbaycan Prezidenti İlham Əliyevin müdrik siyasəti nəticəsində ölkəmiz sosial-iqtisadi sahədə böyük nailiyyətlər qazanmış, beynəlxalq müstəvidə nüfuzunu əhəmiyyətli dərəcədə artırmış, Cənubi Qafqaz regionunun lider dövlətinə çevrilmişdir. Onun sözlərinə görə, 44 günlük Vətən müharibəsi nəticəsində ölkəmiz yeni bir tarixi mərhələyə qədəm qoymuşdur. Vətən müharibəsində Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev böyük strateq, Müzəffər Ali Baş Komandan və parlaq diplomat kimi bütün keyfiyyətlərini bariz şəkildə nümayiş etdirmişdir. Şanlı Qələbəmizin qazanılmasında ölkəmizdə milli birliyin, vətəndaş həmrəylinin təmin olunması əsas amillərdən biridir. Bu səbəbdəndir ki, müharibə dövründə Azərbaycan xalqı, cəmiyyəti, o cümlədən siyasi partiyaların mütləq əksəriyyəti Prezidentin ətrafında sıx birləşərək şanlı Qələbəmizin qazanılmasına nail olmuşdur. Bütövlükdə, Azərbaycanda yeni siyasi konfiqurasiya yaradılıb ki, bu amil ictimai-siyasi mühitdə sağlam münasibətlərin formalaşması ilə özünü ifadə edir.

YAP Sədrinin müavini ötən ilin mart ayında keçirilən Yeni Azərbaycan Partiyasının VII Qurultayının ölkəmizin ictimai-siyasi həyatında mühüm hadisə olduğunu qeyd edərək diqqətə çatdırıb ki, qurultayda partiyamızın Sədri, Prezident İlham Əliyevin proqram xarakterli nitqi YAP üzvləri qarşısında yeni vəzifələr müəyyənləşdirir. Azərbaycanın Birinci vitse-prezidenti Mehriban xanım Əliyevanın YAP Sədrinin birinci müavini təyin olunması partiyamız və bütövlükdə cəmiyyət üçün mühüm əhəmiyyət kəsb etməklə yanaşı, partiyamızın və dövlətimizin daha da güclənməsinə xidmət edən mötəbər hadisədir.

Hazırda Azərbaycanın inkişafının yeni mərhələsinin başlandığını, qarşıda böyük vəzifələrin dayandığını deyən Tahir Budaqov söyləyibdir ki, Yeni Azərbaycan Partiyası bu vəzifələrin yerinə yetirilməsi üçün fəaliyyətini yeni, müasir tələblərə uyğun olaraq davam etdirməlidir. Yeni Azərbaycan Partiyası ölkənin ictimai-siyasi həyatında və siyasi münasibətlərinin demokratikləşməsi proseslərində aparıcı rolunu qorumalı və daha fəal mövqe tutmalıdır. Bu baxımdan, partiyamızın yeni Nizamnaməsi və Proqramından irəli gələn vəzifələrin yerinə yetirilməsi istiqamətində müvafiq tədbirlər həyata keçirilir.

Azərbaycan Respublikası Prezidenti Administrasiyasının Siyasi partiyalar və qanunvericilik hakimiyyəti ilə əlaqələr şöbəsinin müdiri Ədalət Vəliyev tədbir iştirakçılarını salamlayaraq öz giriş nitqini sahənin əsas strateji prioritetlərini müəyyən edən Prezident İlham Əliyevin sözləri ilə başlayıb: “Dövlət təşəbbüslərinin davamlılığı, çoxpartiyalı sistemin formalaşması, islahatçı kursa sadiqlik, ölkədə siyasi fəaliyyət üçün münbit şəraitin dəstəklənməsi, demokratik ənənələrin inkişafı və s. bu kimi strateji prioritetlərin icrası prosesində siyasi partiya və vətəndaş cəmiyyəti institutları fəal mövqe tutmalıdır”.

Prezident İlham Əliyevin sözlərini şərh edərək Prezident Administrasiyasının rəsmisi bildirib ki, Azərbaycan Prezidentinin bu fikirləri, əslində, siyasi partiyalara və vətəndaş cəmiyyəti institutlarına bir çağırışdır. Bu cür yanaşma, eyni zamanda, konstruktiv əməkdaşlığa dəvətdir. Siyasi proseslərin subyektləri arasında daha təkmil və daha universal münasibətlər məhz sağlam və konstruktiv əməkdaşlığın nəticəsində formalaşa bilər. Bu mənada, partiyanın yerli təşkilatlarının səmərəli fəaliyyəti sayəsində siyasi dialoqla bağlı olan bütün təşəbbüslər bölgələrdə öz inkişafını tapmalıdır.

Daha sonra hər bir ölkənin strateji resursu hesab olunan siyasi sabitliyin qorunması zərurətindən söhbət açan Ədalət Vəliyev dayanıqlı inkişafın təmin olunması prosesində ölkədə yaranmış həmrəylik mühitinin inkişafına xidmət edən Prezident İlham Əliyevin önəmli təşəbbüsləri və əldə olunmuş nəticələr haqqında məlumatları tədbir iştirakçılarının diqqətinə çatdırıb.

Ötən il martın 5-də keçirilmiş YAP-ın VII Qurultayını xatırladan Prezident Administrasiyanın şöbə müdiri bildirib ki, sözügedən Qurultay partiyanın inkişaf tarixinin mahiyyət etibarilə yeni mərhələsinin başlanğıcı kimi qiymətləndirilməlidir. Belə ki, Prezident İlham Əliyevin islahatlar kursuna uyğun olaraq Yeni Azərbaycan Partiyasının fəaliyyətinin müasir çağırışlara uyğunlaşdırılmasının vacibliyini vurğulayan Ədalət Vəliyev bildirmişdir ki, peşəkarlıq, çeviklik, sadəlik, vətənpərvərlik və milli dəyərlərə sadiqlik hər bir partiya üzvünü səciyyələndirən əsas keyfiyyətlər olmalıdır.

Xüsusi olaraq vurğulanıb ki, Azərbaycanın Birinci vitse-prezidenti Mehriban xanım Əliyevanın Yeni Azərbaycan Partiyasının Sədrinin birinci müavini kimi fəaliyyəti də ölkəmizin və partiyamızın daha da güclənməsinə xidmət edəcəkdir. Ümumiyyətlə, Birinci vitse-prezident Mehriban xanım Əliyeva Azərbaycanda savadlı, peşəkar və sağlam yeni nəslin formalaşmasına xidmət edən önəmli təşəbbüslərlə daim çıxış edir. Mehriban xanım Əliyeva mütəmadi olaraq cəmiyyətin həssas təbəqələrinin problemlərinin həll edilməsi, zəngin mədəniyyətimizin, multikulturalizm ənənələrimizin təbliğ olunması, müxtəlif istiqamətlərdə yeni layihələrin reallaşdırılması ilə bağlı önəmli addımlar atır. Prezident İlham Əliyevin ən yaxın silahdaşı olan Mehriban xanım Əliyeva bütün varlığı və əzmkar fəaliyyəti ilə dövlətçiliyimizin qorunması və qüdrətlənməsi naminə uğurla fəaliyyət göstərir.

YAP-ın ideoloji fəaliyyəti və bu fəaliyyətin strateji istiqamətlərindən söz açan Ədalət Vəliyev qeyd edib ki, gənc nəslin vətənpərvərlik ruhunda tərbiyələndirilməsi və milli həmrəyliyin qorunması istiqamətində aparılan təbliğat işlərinin mərkəzində 44 günlük Vətən müharibəsində əldə olunmuş şanlı Zəfər durmalıdır. “İkinci Qarabağ müharibəsinin nəticəsində Azərbaycan Ermənistanı məğlub etdi və işğala son qoydu. Əldə olunmuş Qələbənin nəticəsində Azərbaycan xalqı milli tarixinin ən möhtəşəm səhifəsini yaşayır” fikrini səsləndirən Administrasiyanın rəsmisi xüsusi olaraq vurğulayıb ki, Azərbaycan xalqının tarixinə yazılmış bu böyük Qələbə ilə bağlı qərəzli və məkrli informasiya manipulyasiyalarının qarşısı alınmalı, habelə xalqa qarşı olan bu cür xain hərəkətlər öz layiqli cavablarını almalıdır.

Eyni zamanda, vurğulanıb ki, partiyanın yerli təşkilatları tərəfindən qazi və şəhid ailələrinə xüsusi diqqət ayrılmalı və dövlətin mövcud istiqamətdə görülən işlərdə partiya üzvləri yaxından iştirak etməlidirlər. Qazi və şəhid ailələrinə göstərilən qayğı kontekstində Prezident İlham Əliyevin təşəbbüsü ilə yaradılmış “YAŞAT” Fondu və Qarabağ Dirçəliş Fondunun fəaliyyəti xüsusi olaraq qeyd edilib.

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin “Xalqın birinci xidmətçisi mənəm” sözlərini xatırladan Administrasiyanın şöbə müdiri bildirib ki, YAP-ın yerli təşkilatları cəmiyyətə açıq olmalı, onların rəhbərləri isə bölgələrdə öz ictimai-siyasi fəallığı ilə vətəndaşların rəğbətini qazanmalıdırlar. Bu mənada, təyin olunmuş yerli təşkilatların sədrləri müasir siyasi proseslərin bütün xüsusiyyətlərini nəzərə alaraq, öz açıq və demokratik yanaşmaları ilə yanaşı, mütləq olaraq fəaliyyətlərində ictimaiyyətlə əlaqələr məsələlərinə də xüsusi diqqət ayırmalıdırlar.

Müşavirədə qarşıda dayanan vəzifələrlə bağlı geniş fikir mübadiləsi aparılıb.

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Quba və Qusarın dağ kəndlərinə qar yağması davam edib - FOTOLAR

Almaniya Kansleri Kiyevə gözlənilməz səfər edib

Bakıda cüdo üzrə dünya çempionatı başlayır: İlk gündə Azərbaycanın 4 idmançısı mübarizə aparacaq

Gəncənin ilk mülki şəhidi Tunarın anasının yaddaşında qalan son gün

Bu gün Cəbrayıl Şəhəri Günüdür

Birjalarda qızılın və gümüşün qiyməti azalıb

Dünya birjalarında neft ucuzlaşıb

Ukraynanın gələn ilki büdcəsində nəzərdə tutulan hərbi xərcləri onun ümumi gəlirini üstələyir

Nensi Pelosinin xələfi İsrailə qarşı silah embarqosu qoyulmasına çağırır

Dmitri Medvedev: Biz İranla olan münasibətlərimizi başqa ölkəyə qurban verməyəcəyik

Yəmənin husilərin nəzarətində olan Səna şəhərinə bir neçə hava zərbələri endirilib

Media: İran Hörmüz boğazına tam nəzarət etdiyini nümayiş etdirməkdə qərarlıdır

İrakli Kobaxidze: Gürcüstan hər il müdafiə sisteminin gücləndirilməsinə yüz milyonlarla dollar xərcləyir

Fransada lisey şagirdi polis tərəfindən açılan atəşdən sonra bir gözünü itirib

Heqset: ABŞ İranın dəniz blokadasını lazım olduğu qədər davam etdirə bilər

İrakli Kobaxidze: TRIPP layihəsi Orta Dəhlizə rəqib deyil

Siyavuş Kərimi: Ümidvaram ki, "Cənnətin iqamətgahı” filmi beynəlxalq arenada da təqdim olunacaq

İsmayıl Kartal: Azərbaycan və Türkiyə iki dövlət, bir millətdir

Baş nazir: Keşikçidağ ərazisinin demarkasiyası və delimitasiyası üzərində dostcasına işləyirik

Kamran Qasımov: "Cənnətin iqamətgahı” Ordubadın zəngin tarixinin tanıdılmasında mühüm rol oynayacaq

Yoldaşlıq oyunu: "Fənərbağça" "Turan Tovuz"a qalib gəlib

Qazaxıstan teatr kollektivinin Şəkidəki çıxışı maraqla qarşılanıb

Azərbaycan üzgüçüsü: Dünya Kubokunda 7-ci pillədə olmaq pis göstərici deyil VİDEO

Azərbaycan üzgüçüsü: Dünya Kubokunda 7-ci pillədə olmaq pis göstərici deyil VİDEO

Dünya Kuboku: Bakı mərhələsinə yekun vurulub VİDEO

Dünya Kuboku: Bakı mərhələsinə yekun vurulub VİDEO

“BAKU JAZZ FESTIVAL-2026”: Caz bayramının 21 yaşı tamam olur

Türkiyə Prezidenti Şanlıurfadakı Azərbaycan bulvarında yeni yol qovşağının açılışını edib

Milli Aviasiya Akademiyası “ADEX 2026” – 6-cı Azərbaycan Beynəlxalq Müdafiə Sərgisində iştirak edib

Ordubadın tarix və mədəniyyətinə ekran səyahəti – “Cənnətin iqamətgahı”

Suverenlikdən sonrakı mərhələ: VIII Qurultay nitqinin strateji hədəfləri və Azərbaycanın yeni güc formulu - ŞƏRH

Milli Məclisin sədri Sahibə Qafarova Tanzaniyada işgüzar səfərdədir

Ölkəmizdə milli həmrəyliyi yarada biləcək ideologiya yalnız 1993-cü ildən sonra müəyyənləşdirildi – ŞƏRH

Bu saata olan əsas xəbərlər

Səadət Yusifova: Azərbaycanın mədəni irsinə dair yeni filmlər təqdim olunacaq

Yəməndə mülki şəxslər arasında itkilərin sayı 600-ü ötüb

Britaniyada enerji qiymətlərinin ağır qış böhranına səbəb ola biləcəyi barədə xəbərdarlıq edilib

Paytaxtda market və avtomobildən oğurluq edən şəxslər saxlanılıblar

Nəcəf hava limanından İrana gündəlik 40 uçuşa icazə verilib

Heydər Əliyev - Azərbaycanda inkişafın təməlini qoyan siyasi xadim - ŞƏRH

Britaniyada iki İran vətəndaşı terror planı ittihamı ilə məhkəmə qarşısına çıxarılıb

Qalib Qasımov: Qlobal təsirlərə qarşı ən güclü silahımız milli yaddaşımızdır

Sudanda 25-dən çox mülki şəxsin öldürüldüyü iddia edilir

Rəcəb Tayyib Ərdoğan: Ankaranın dostları nə qədər güclü olarsa, Türkiyə də bir o qədər qüdrətli olacaq

Qazaxda Motokros Çempionatının III mərhələsi keçirilib

Media: Efiopiya federal qüvvələri Mekele hava limanına nəzarəti geri qaytarıb

Xaricdə təhsil adı altında dələduzluq edən şəxs saxlanılıb

Bakıda keçiriləcək cüdo üzrə dünya çempionatının püşkü atılıb

Ulu Öndərin dövlət idarəçiliyi konsepsiyasında hüquqi dövlət quruculuğu mühüm yer tuturdu ŞƏRH

Gültəkin Mustafayeva: Azərbaycanı təbliğ etmək bizim üçün şərəfdir

Ölkə ərazisində yağıntılı hava şəraiti davam edir: Dağlıq ərazilərə qar yağıb - FAKTİKİ HAVA

Rusiya XİN xarici vətəndaşlara və diplomatlara Kiyevi yenidən tərk etməyi tövsiyə edib

Azərbaycanın zəngin mədəniyyəti Tbilisinin şəhər günündə nümayiş etdirilib VİDEO

Azərbaycanın zəngin mədəniyyəti Tbilisinin şəhər günündə nümayiş etdirilib VİDEO

“Fənərbağça” rəhbərliyi Ulu Öndər Heydər Əliyevin məzarını və Şəhidlər xiyabanını ziyarət edib

Elçin Məsiyev Millətlər Liqasının oyununa təyinat alıb

Geniş təfəkkürün ensiklopedik elmi baxışları

Nərimanov rayonunda oğurluq edənlər saxlanılıblar

Azərbaycanın uğurlarının əsasında Ulu Öndər Heydər Əliyevin siyasəti dayanır - ŞƏRH

UNEC THE Dünya Universitetləri Reytinqində dünya liderlərini geridə qoyub

Bakıda üzgüçülük üzrə Dünya Kubokunda Azərbaycan rekordları qeydə alınıb

Murad Hüseynov: İlyas Əfəndiyevin irsi həmişə müasir olaraq qalacaq

Professor Eva-Maria Aux: “Kitabi-Dədə Qorqud” Şərq və Qərb arasında möhkəm bir körpüdür VİDEO

Professor Eva-Maria Aux: “Kitabi-Dədə Qorqud” Şərq və Qərb arasında möhkəm bir körpüdür VİDEO

Polşa mətbuatı: Azərbaycan, Gürcüstan və Türkiyə Aralıq Dəhlizində yükdaşımaları sürətləndirməyi hədəfləyir

Günay Əfəndiyeva: İlyas Əfəndiyev öz əqidəsinə və dəyərlərimizə sadiq şəxsiyyət kimi yaddaşlarda yaşayır

Akademik Kamal Abdulla: Drezdendə “Kitabi-Dədə Qorqud”la bağlı simpoziumun keçirilməsi mühüm hadisədir VİDEO

Akademik Kamal Abdulla: Drezdendə “Kitabi-Dədə Qorqud”la bağlı simpoziumun keçirilməsi mühüm hadisədir VİDEO

Rüstəm Orucov: İki qızıl medalla rekordumuzu təkrarlaya bilərik

Drezden Kitabxanasının rəhbəri: “Kitabi-Dədə Qorqud” dastanına dair beynəlxalq tədbirə ev sahibliyi etməkdən məmnunuq VİDEO

Drezden Kitabxanasının rəhbəri: “Kitabi-Dədə Qorqud” dastanına dair beynəlxalq tədbirə ev sahibliyi etməkdən məmnunuq VİDEO

Drezdendə “Kitabi-Dədə Qorqud” dastanı ilə bağlı beynəlxalq elmi simpozium keçirilib VİDEO

Drezdendə “Kitabi-Dədə Qorqud” dastanı ilə bağlı beynəlxalq elmi simpozium keçirilib VİDEO

Silah səslərindən saz avazına: Suqovuşanın yeni həyatından  REPORTAJ  VİDEO

Silah səslərindən saz avazına: Suqovuşanın yeni həyatından REPORTAJ VİDEO

Ulu Öndər Heydər Əliyev müstəqil Azərbaycanın möhkəm təməlini yaratdı - ŞƏRH

DİN: 68 kiloqram narkotik vasitə dövriyyədən çıxarılıb

Torpaq sürüşməsi Quba-Xınalıq yolunu bağlayıb VİDEO

Torpaq sürüşməsi Quba-Xınalıq yolunu bağlayıb VİDEO

Türkiyə Prezidenti: Türk dövlətlərinin həmrəyliyinin sarsılmaz olaraq qalmasını arzulayıram

Ankarada kəlağayı ənənələrinə həsr olunmuş rəsm sərgisi açılıb

Azərbaycanın və İranın xarici işlər nazirləri arasında telefon danışığı olub

Almaniyada ölkənin yenidən birləşməsinin 36-cı ildönümü – Birlik Günü qeyd olunur

Yeni Azərbaycan Partiyasının VIII Qurultayı dövlətçilik siyasətinin yeni mərhələsidir - ŞƏRH

Orxan Səfərov: Cüdoda proqnoz vermək çətindir, lakin komandamızdan yüksək nəticə gözləyirik

Avropa təamları diplomatların təqdimatında: Bakıda Kulinariya Festivalı

İntensiv yağışlarla əlaqədar sukanal idarələri gücləndirilmiş rejimdə çalışır VİDEO

İntensiv yağışlarla əlaqədar sukanal idarələri gücləndirilmiş rejimdə çalışır VİDEO

YAP-ın VIII Qurultayı Azərbaycanın gələcək inkişaf prioritetlərinə işıq salır – ŞƏRH

Kubanıçbek Ömüralıyev: Bu gün Türk Dövlətləri Təşkilatı daha möhkəm təməllər üzərində dayanır

YAP-ın VIII Qurultayında qarşıya qoyulan vəzifələr gələcək uğurlar, zəfərlər üçün yol xəritəsidir ŞƏRH

Heydər Əliyevin siyasəti yaşayır, qalib gəlir və Azərbaycan xalqını xoşbəxt gələcəyə aparır - ŞƏRH

III Beynəlxalq Opera Festivalı Gəncədə sənətsevərləri bir araya gətirib

Bakının bəzi yollarında sürət həddi endirilib

Ümummilli Lider Heydər Əliyev idealları işığında dövlət, Vətən sevgisi ilə yaşamalı, çalışmalıyıq ŞƏRH

Azərbaycanın son illərdə beynəlxalq münasibətlər sistemində artan çəkisi təsadüfi proses deyil ŞƏRH

Ayxan Abbasov: Son oyundakı məyusluğu geridə qoyub, Litvaya qarşı daha yaxşı oynamalıyıq

Proqnoz: Bəzi yerlərdə yağış, dağlıq ərazilərdə isə qar yağacaq

Xalq yazıçısı İlyas Əfəndiyev vəfatının 30-cu ildönümündə məzarı başında anılıb

Suqovuşan və Talış zəfəri: Şimal cəbhəsində strateji üstünlüyü təmin edən əməliyyat VİDEO

Suqovuşan və Talış zəfəri: Şimal cəbhəsində strateji üstünlüyü təmin edən əməliyyat VİDEO

Çində dəmir yolu ilə sərnişin daşınmasında rekord qeydə alınıb VİDEO

Çində dəmir yolu ilə sərnişin daşınmasında rekord qeydə alınıb VİDEO

Tural Gəncəliyev: 3 oktyabr Azərbaycan dövlətçiliyinin möhkəmlənməsi yolunda tarixi dönüşün rəmzlərindəndir

Xalqın inamından tarixi Zəfərə ŞƏRH

“Yeni nəsil energetiklər: Şəbəkənin memarları” ümumrespublika yarışının daha bir regional turu geridə qalıb

Dubay-Ben-Qurion uçuş reysində terror aktına cəhd olub

3 oktyabr – dövlətçiliyimizin taleyini müəyyən edən tarixi seçim - ŞƏRH

Rusiya ordusunun hərbi və komanda məntəqələrinə hava zərbələri endirilib

Bakıda bir sıra yolötürücülərində gecə saatlarında instrumental müayinələr aparılacaq

Ulu Öndərin xarici siyasət kursunda milli maraqların qorunması əsas prinsip idi RƏY

Heydər Əliyev siyasi irsi Azərbaycanın siyasi və iqtisadi suverenliyinin möhkəm təməlidir – ŞƏRH