YAP Qəbələ təşkilatının üzvləri 300 ağac əkiblər
Qəbələ, 19 noyabr, Mustafa Dadaşov, AZƏRTAC
Yeni Azərbaycan Partiyasının (YAP) yaradılmasının 29-cu ildönümü münasibətilə noyabrın 19-da YAP Qəbələ rayon təşkilatı tərəfindən ağacəkmə aksiyası keçirilib.
Partiyanın rayon təşkilatından AZƏRTAC-ın bölgə müxbirinə bildirilib ki, aksiya zamanı rayonun Nic qəsəbəsinin ərazisində 300 ədəd göyrüş və ərik ağacları əkilib. Yeni əkilən tinglərə aqrotexniki qaydada qulluq olunub.
Ekoloji mühitin sağlamlaşdırılmasına yönələn bu xeyirxah aksiyada partiyanın rayon təşkilatının fəalları yaxından iştirak ediblər.