Yaponiya ABŞ-ın polad və alüminium tariflərindən azad olmaq istəyir
Bakı, 12 fevral, AZƏRTAC
Yaponiya hökuməti polad və alüminium məhsullarına ABŞ Prezidenti Donald Trampın tətbiq etdiyi 25 faizlik gömrük rüsumlarından azad edilməsini istəyib.
AZƏRTAC xəbər verir ki, bununla bağlı “Kyodo News” agentliyi məlumat yayıb. Nazirlər Kabinetinin Baş katibi hökumətin bu tələbi Yaponiyanın ABŞ-dakı səfirliyi vasitəsilə etdiyini söyləyib.
Ağ evin məlumatına görə, tariflər martın 12-dən qüvvəyə minəcək.
Qeyd edək ki, ABŞ-ın bir sıra ticarət tərəfdaşlarına, o cümlədən Yaponiyaya Trampın sələfi Co Baydenin rəhbərliyi altında rüsumsuz kvotalar verilib. Lakin Tramp bazar ertəsi istisnaları aradan qaldıran bəyannamələr imzalayıb.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 01.10.2026 [13:08]
ABŞ-nin sutkalıq neft hasilatı 14 milyon barelə çatır
- 01.10.2026 [12:58]
Birləşmiş Ştatların neft ehtiyatları artır
- 01.10.2026 [12:51]
Qazaxıstanda yaşlı əhalinin sayı 2,9 milyona yaxınlaşıb
- 01.10.2026 [12:39]
Rumıniyada hökumət böhranı: Növbəti siyasi addımlar müzakirə olunur
- 01.10.2026 [12:37]
Türkiyədə 216 muzey və qoruq rəqəmsallaşdırılır
- 01.10.2026 [12:24]