Yaponiya istehsalı olan dünyanın ən balaca raketi “Ginnesin rekordlar kitabına” daxil edilib
Tokio, 28 aprel, AZƏRTAC
Yaponiya istehsalı olan dünyanın ən balaca SS-520 raketi “Ginnesin rekordlar kitabına” daxil edilib.
AZƏRTAC Yaponiya Aerokosmik Məkanın Mənimsənilməsi Agentliyinə (JAXA) istinadla xəbər verir ki, cari ilin fevralında kosmosa buraxılan dünyanın ən balaca SS-520 raketinin hündürlüyü 9,5 metr, diametri 50 santimetr, ağırlığı isə 2,6 tona bərabərdir. Bu raket süni peyki orbitə çıxarmaq qabiliyyətinə malikdir.
SS-520 hazırda kosmosda istifadə edilən uçuş aparatlarının ən balacasıdır. Belə ki, H2A raketinin hündürlüyü 50 metrə, ötən ilin sonunda kosmosa buraxılan “Epsilon” miniatür raketinin hündürlüyü isə 25 metrə bərabərdir. Onun orbitə çıxardığı süni peykin parametrləri 11,66 x 11,6 x 34,6 santimetr, çəkisi 3 kiloqramdır.
Raketin və süni peykin ölçüləri hazırlıq və buraxılma işlərinin məsrəflərini on dəfələrlə azaltmağa imkan yaradıb. Yeni raketin ümumi maya dəyəri 400 milyon yen (təqribən 3,47 milyon dollar) təşkil edib. Bu, ənənəvi raketlərə, məsələn ümumi dəyəri 1 milyard yenə (təqribən 100 milyon dollara) bərabər olan H2A raketinə tələb olunan məsrəflərdən yüz dəfələrlə azdır.
Vüqar Ağayev
AZƏRTAC-ın xüsusi müxbiri
Tokio
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 11.06.2026 [19:58]
Təhlükəli maddələrlə bağlı insident səbəbindən Pentaqon təxliyə olunur
- 11.06.2026 [19:31]
Dünya Bankı qlobal iqtisadi artım proqnozunu aşağı salıb
- 11.06.2026 [19:24]
Astanada keçirilən C5+1 dialoqunda TBNM-in inkişafı müzakirə olunub
- 11.06.2026 [18:58]