Yaponiya tankeri Hörmüz boğazından keçib
Pekin, 29 aprel, AZƏRTAC
Yaponiyaya məxsus xam neft daşıyan tanker Hörmüz boğazından keçib.
AZƏRTAC Yaponiya mediasına istinadla xəbər verir ki, 2 milyon barel neft daşıyan tanker İran tərəfindən icazə alaraq boğazı keçib.
Panama bayrağı altında üzən, Yaponiyanın “Idemitsu Kosan” şirkəti tərəfindən idarə olunan “Idemitsu Maru” adlı tankerə martın əvvəlində Səudiyyə Ərəbistanının limanında neft yüklənib. Tanker aprelin 27-də Hörmüz boğazına doğru hərəkətlənib.
Qeyd edək ki, Yaponiyanın Yaxın Şərq neftindən asılılığı yüksəkdir. İdxal neftinin çox hissəsi Hörmüz boğazından keçir.
Şahin Cəfərov
AZƏRTAC-ın xüsusi müxbiri
Pekin
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 20.09.2026 [19:44]
Nyu-Yorkda Çin-ABŞ ticarət danışıqlarının növbəti raundu başlayıb
- 20.09.2026 [19:03]
Yaponiyada yaşlı əhalinin sayı artır
- 20.09.2026 [18:46]
Tramp Pezeşkianla görüşə biləcəyini ehtimal edib
- 20.09.2026 [18:10]
İran ABŞ-nin mümkün hücumuna cavab verəcəyini açıqlayıb
- 20.09.2026 [14:10]
Konqoda Ebola peyvəndinin sınaqlarına başlanılıb
- 20.09.2026 [13:34]
Media: Şimali Koreya yaxınmənzilli ballistik raket buraxıb
Bu saata olan əsas xəbərlər
- [20:00]
Bu saata olan əsas xəbərlər
- [12:00]
Suverenliyin təntənəsi - ŞƏRH
- [09:51]
Argentinada “Qəzəb yürüşü”
- [06:08]