YAPONİYA VALYUTA EHTİYATLARININ HƏCMİNƏ GÖRƏ DÜNYADA BİRİNCİ YERDƏDİR
Yaponiya valyuta ehtiyatlarının həcminə görə rekord vurmuşdur. İyulun 7-də ölkənin Maliyyə Nazirliyi bildirmişdir. İyun ayının sonunadək valyuta ehtiyatlarının həcmi 545 milyard 620 milyon dollar olmuş və bir ay ərzində 2,53 milyard dollar artmışdır. Xarici mətbuatın yaydığı məlumata görə, ölkənin valyuta ehtiyatları son aylar Yaponiya Bankının məqsədyönlü müdaxilələri sayəsində artır. Bu Bank Yaponiya yenasının məzənnəsinin artımını dayandırmaq üçün fəal surətdə dollar alır. Çünki yenanın məzənnəsinin qalxması ölkənin iqtisadi inkişafının aparıcı qüvvəsi olan ixrac sektoru üçün sərfəli deyildir. Yaponiya dalbadal artıq 43 aydır ki, valyuta ehtiyatlarının həcminə görə birinci yerdədir. 1999-cu ildən bu ehtiyatların həcmi hər il orta hesabla 50 milyard dollar artmışdır. Təkcə may ayında Yaponiyanın valyuta ehtiyatları rekord məbləğdə-43,65 milyard dollar çoxalmışdır. Son məlumatlara əsasən, valyuta ehtiyatlarının həcminə görə, Yaponiyadan sonrakı yerləri Çin (340 milyard dollar), Tayvan (175 milyard dollar), Cənubi Koreya (128 milyard dollar) və Syanqan (Honkonq, 116 milyard dollar) tuturlar.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 07.08.2026 [17:38]
İyulda Enerji Məsələlərini Tənzimləmə Agentliyinə 1837 müraciət daxil olub
- 07.08.2026 [17:28]
Yeddi ayda 6,4 milyondan çox sərnişin dəmir yolundan istifadə edib
- 07.08.2026 [17:12]
Dövlətə məxsus faydalı qazıntı yatağı hərraca çıxarılacaq
- 07.08.2026 [16:33]
Yarım ildə Maliyyə Nazirliyinin aparatına 1090 müraciət daxil olub
- 07.08.2026 [16:12]