Yaponiya və İndoneziya G20 çərçivəsində sıx əməkdaşlıq edəcəklər
Tokio, 19 noyabr, AZƏRTAC
Yaponiya və İndoneziya liderləri Cakartanın 2022-ci ildə G20-də və 2023-cü ildə Cənub-Şərqi Asiya Dövlətləri Assosiasiyasında (ACEAN) sədrliyə başlamasından sonra da sıx əməkdaşlığı davam etdirəcəklər.
AZƏRTAC xəbər verir ki, bu barədə razılaşma Yaponiyanın Baş naziri Fumio Kişida ilə İndoneziya Prezidenti Coko Vidodo arasında baş tutan telefon danışığı zamanı əldə edilib. Bu, Baş nazir F.Kişida oktyabrda vəzifələrinin icrasına başladıqdan sonra liderlər arasında keçirilən ilk telefon danışığıdır.
Danışıq zamanı F.Kişida Yaponiyanın azad və açıq Hind-Sakit okean regionu yaradılmasını, həmçinin Hind-Sakit okean regionu üçün ACEAN ölkələrinin perspektivləri kimi tanınan təşəbbüsü dəstəklədiyini bəyan edib.
Bununla yanaşı, Baş nazir Yaponiyanın infrastrukturunun inkişafı, dənizdə təhlükəsizlik və COVID-19-a qarşı tədbirlər istiqamətlərində İndoneziya ilə əməkdaşlığa hazır olduğunu da bildirib.
İndoneziya Prezidenti də öz növbəsində iki ölkə arasında əməkdaşlığı gücləndirmək əzmində olduğunu deyib.
Telefon danışığı zamanı, tərəflərin regional məsələlər barəsində fikir mübadiləsi apardıqları da qeyd edilir.
Vüqar Ağayev
AZƏRTAC-ın xüsusi müxbiri
Tokio
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 15.06.2026 [21:24]
Yəmən sahilləri yaxınlığında gəmiyə silahlı hücum edilib
- 15.06.2026 [20:47]
Tramp: Hörmüz boğazı cümə günü tam açılacaq
- 15.06.2026 [20:39]
ABŞ Prezidenti: İranla Anlaşma Memorandumunun mətni tezliklə açıqlanacaq
- 15.06.2026 [20:07]
Karpat hövzəsinin qədim sakinləri
- 15.06.2026 [19:37]
Rusiyada bombardmançı təyyarə qəzaya uğrayıb
- 15.06.2026 [19:05]
ABŞ Prezidenti G7 sammitində iştirak etmək üçün Cenevrəyə eniş edib
- 15.06.2026 [18:42]