Yaponiyada burunda koronavirusa qarşı anticismlərin yaranmasına təsir edən peyvəndin hazırlanmasına başlanılıb
Tokio, 24 iyul, AZƏRTAC
Yapon mütəxəssislər burunun arxa nahiyəsində koronavirusa qarşı anticismlərin yaranmasına təsir edən peyvəndin hazırlanmasına başlayıblar.
AZƏRTAC NHK telekanalına istinadla xəbər verir ki, bu istiqamətdə tədqiqatlar Tokionun Kitasato Universitetində keçirilir. Həmin peyvəndin xəstələrə burun vasitəsilə yeridiləcəyi bildirilir. Bu peyvəndin əsas xüsusiyyəti onun iynəvari mikroskopik molekullardan ibarət olmasıdır. Nəfəsalma zamanı selikli qişaya daxil olan həmin molekullar immun sisteminin reaksiyasına səbəb olur. Bunun nəticəsində əmələ gələn anticisim insan orqanizminə əsasən burun vasitəsilə daxil olan virusun qarşısını alır.
Tədqiqat qrupunun rəhbəri Kazuhiko Katayama bildirib ki, bu yolla peyvənd aparılması qan vasitəsilə peyvənddən daha böyük səmərə verə bilər.
Universitet alimlərinin tezliklə peyvəndin heyvanlar üzərində sınaqlarına başlayacağı bildirilir.
Qeyd edək ki, Yaponiyada koronavirusa qarşı peyvəndin hazırlanması ilə “AnGes Inc” farmasevtik şirkəti də məşğuldur. Bu şirkətin nuklein turşuları əsasında DNT peyvəndi yaratdığı bildirilir. Həmin peyvəndin insanlar üzərində sınaqlarına iyunun sonlarından başlanılıb.
Vüqar Ağayev
AZƏRTAC-ın xüsusi müxbiri
Tokio
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 05.10.2026 [21:26]
Türkiyə rəsmiləri Ər-Riyadda keçirilən müzakirələrdə iştirak ediblər
- 05.10.2026 [21:12]
Yəmən hökumət qüvvələri Moha şəhərinə nəzarəti bərpa edib
- 05.10.2026 [21:11]
Tramp: Benzinin qiymətini artıq Hörmüz boğazı qaldırmır
- 05.10.2026 [20:33]
Efiopiyada hava zərbələri nəticəsində 17 nəfər həlak olub
- 05.10.2026 [18:58]
Avropa İttifaqı Moldovaya 157 milyon avro vəsait ayırıb
- 05.10.2026 [17:58]