RƏSMİ XRONİKA
YAPONİYANIN BAŞ NAZİRİ ZATİ-ALİLƏRİ CƏNAB NAOTO KANA
Hörmətli cənab Baş nazir,
Yaponiyanın Baş naziri vəzifəsinə seçilməyiniz münasibətilə Sizi səmimi qəlbdən təbrik edirəm.
Azərbaycan-Yaponiya münasibətlərinin hazırkı inkişaf səviyyəsi məmnunluq doğurur. Ümidvaram ki, dövlətlərarası münasibətlərimiz, çoxşaxəli dostluq əlaqələrimiz, qarşılıqlı maraq doğuran bir sıra sahələrdə səmərəli əməkdaşlığımız xalqlarımızın mənafelərinə uyğun olaraq daim inkişaf edəcək və möhkəmlənəcəkdir.
Sizə möhkəm cansağlığı, xoşbəxtlik, dost Yaponiya xalqının rifahı naminə qarşıdakı fəaliyyətinizdə uğurlar diləyirəm.
Hörmətlə,
İlham Əliyev
Azərbaycan Respublikasının Prezidenti
Bakı, 10 iyun 2010-cu il.