Yardımlıda muzdla işləyənlərin orta aylıq nominal əməkhaqqısı 16,2 faiz artıb
Yardımlı, 11 fevral, Bağır Əliyev, AZƏRTAC
2021-ci il yanvarın 1-i vəziyyətinə Yardımlı rayonun iqtisadiyyatında muzdla çalışan işçilərin sayı 4206 nəfər olub. Onlardan 3327 nəfəri iqtisadiyyatın dövlət sektorunda, 879 nəfəri isə qeyri-dövlət sektorunda fəaliyyət göstərib.
Bu barədə AZƏRTAC-ın bölgə müxbirinə Yardımlı Rayon Statistika İdarəsindən məlumat verilib.
Muzdla çalışan işçilərin orta aylıq nominal əməkhaqqısı əvvəlki ilə nisbətən 16,2 faiz artaraq 467,9 manat təşkil edib.
İqtisadiyyatın maliyyə və sığorta fəaliyyəti, dövlət idarəetməsi və müdafiə, təhsil, sənaye, səhiyyə və sosial xidmətlər sahələrində orta aylıq nominal əməkhaqqı daha yüksək olub.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 05.10.2026 [22:41]
Ərdəbil Moqan Honar Teatrı V Şəki Beynəlxalq Teatr Festivalında çıxış edib
- 05.10.2026 [22:26]