YASAMAL RAYONUNDA QANUNSUZ TİKİLİLƏRƏ QARŞI MÜBARİZƏ APARILIR
Yasamal Rayon İcra Hakimiyyətinin başçısı İbrahim Mehdiyev AZƏRTAC-a bildirmişdir ki, rayon ərazisində qanunsuz tikililərə qarşı mübarizə gücləndirilir.
Bu məqsədlə Rabitə Kollecinin yataqxanasında məskunlaşmış məcburi köçkünlər tərəfindən qanunsuz inşa edilmiş tikililər, o cümlədən 4 kafe, 3 mağaza, 16 mal-qara tövləsi, 3 ət satışı köşkü sökülmüş, ərazidə səliqə-sahman yaradılmışdır.
Ümumilikdə cari ilin 6 ayında rayon ərazisində 186 müxtəlif təyinatlı qanunsuz tikililər sökülmüşdür.