Yaşar Aydəmirov: Azərbaycan Ordusu cəbhədə əməliyyat şəraitinə tam nəzarət edir
Bakı, 16 yanvar, AZƏRTAC
Bu gün Ermənistan mətbuatı düşmən ordusunun daha iki hərbi qulluqçusu - Qaqik Vardanyanın və Araik Sarkisyanın ölüm xəbərini yayıb. Bu, bir daha sübut edir ki, Azərbaycan Ordusu cəbhə xəttində baş verənlərə tam nəzarət edir, əməliyyat və taktiki üstünlük tərəfimizdədir.
Bunu AZƏRTAC-a açıqlamasında sabiq hərbi birlik komandiri, ehtiyatda olan general-leytenant Yaşar Aydəmirov deyib.
“Müsbət cəhətlərdən biri də odur ki, görülən adekvat cavab tədbirləri nəticəsində şəhidimizin qisası tezliklə alınıb. Ermənilər qısa müddətdə cəzalandırıldı. Əminəm ki, bundan sonra da belə olacaq. Ermənilər anlamalıdırlar ki, təxribatlar törədərək cəbhədə vəziyyəti gərginləşdirdikcə, onların itkilərinin sayı artacaq”, - deyə Y.Aydəmirov qeyd edib.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 30.09.2026 [18:41]
"ADEX 2026": İki qardaş ölkənin birgə istehsalı olan zərbə PUA-sı
- 30.09.2026 [18:21]
“Hürkuş” yeni nəsil təlim təyyarəsi ilk dəfə “ADEX 2026”da
- 30.09.2026 [18:08]