Yaşlı insanların kartlarından pul oğurlayan şəxs saxlanılıb
Bakı, 14 oktyabr, AZƏRTAC
Paytaxtın Nərimanov rayonunda iki nəfər polisə müraciət edərək bank kartlarından ümumilikdə 2 min manat məbləğində vəsaitlərinin oğurlandığını bildiriblər.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a verilən məlumata görə, daxil olmuş müraciətlər əsasında Nərimanov Rayon Polis İdarəsinin 18-ci polis şöbəsi əməkdaşları tərəfindən keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində hadisəni törətməkdə şübhəli bilinən 27 yaşlı Orxan Cəlilov saxlanılıb.
Araşdırmalarla müəyyən olunub ki, O. Cəlilov əsasən yaşlı insanlara bankomatlardan pul çıxarmaqda “kömək etmək” adı ilə yaxınlaşıb. O, zərərçəkən şəxslərin kartlarını bankomata daxil edəndən sonra hesabda pul vəsaitinin olmadığını deyib. Həmin şəxslər bankomatdan uzaqlaşdıqdan sonra əvvəlcədən təyin etdiyi məbləğləri çıxararaq ərazidən kənarlaşıb.
O. Cəlilovdan əlavə olaraq psixotrop tərkibli metadon həbləri də aşkar edilərək götürülüb.
Faktla bağlı araşdırmalar davam etdirilir.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 06.06.2026 [21:25]
Suraxanıda baş verən dava ilə əlaqədar 7 nəfər saxlanılıb YENİLƏNİB
- 06.06.2026 [20:00]
Bu saata olan əsas xəbərlər
- 06.06.2026 [18:40]
Ölkəmizin zəngin mədəni irsi İstanbulda nümayiş etdirilir
- 06.06.2026 [13:00]
Binədə mağazada yanğın baş verib VİDEO
Bu saata olan əsas xəbərlər
- [20:00]
Sabahın hava proqnozu açıqlanıb
- [13:04]
Bu saata olan əsas xəbərlər
- [12:00]
Aşqabadda Səməd Vurğun sorağı
- [10:48]
Yoldaşlıq oyunu: Azərbaycan millisi Maltaya uduzub
- 05.06.2026 [23:59]
Azərbaycanın 3x3 basketbol millisi Dünya Kubokunun 1/4 finalına yüksəlib
- 05.06.2026 [23:06]
Milli Xalça Muzeyində Elçin Şamillinin “Katarsis” sərgisi açılıb
- 05.06.2026 [22:40]