Azərbaycan Dövlət İnformasiya Agentliyi

Yaxın Şərq: yeni geosiyasi proqnozlar işığında

Yaxın Şərq: yeni geosiyasi proqnozlar işığında

Son zamanlar Qərbin analitik və ekspertləri müsəlman ölkələri ilə bağlı tez-tez proqnostik fikirlər irəli sürürlər. Onların analizi göstərir ki, burada konkret ideyalardan çox müəyyən məqsədlər vardır. Bir sıra dairələr Yaxın Şərqdən tutmuş Çinə qədər olan məkanda yeni ixtilaflar və qarşıdurmalar yaradıb, bunun arxasında öz maraqlarını təmin etməyin həvəsinə düşüblər. O cümlədən müsəlman cəmiyyətlərində sünni-şiə münaqişəsini dərinləşdirib, İslam aləmini cəhənnəmə çevirməyə cəhdlərin göstərilməsi müşahidə edilir. Maraqlıdır ki, bu prosesdə İran, Türkiyə, Səudiyyə Ərəbistanı və Misir kimi müsəlman dövlətləri arasında ziddiyyətlərin yaradılması aspekti xüsusi yer tutur. Həmin məqamlar üzərində geniş dayanmaq lazım gəlir.

Məzhəb savaşı: amerikalı ekspertin və ermənilərin ümid yeri

Qərb analitik dairələri müsəlman dövlətləri ilə bağlı mütəmadi təhlillər aparır və proqnozlar verirlər. Onlar iki aspektə maraq kəsb edir. Birincisi, Qərbdə müsəlman dövlətləri haqqında hansı mövqe mövcuddur? İkincisi, İslam ölkələrinin gələcəyini Qərbdə necə görürlər. Çünki analiz və proqnozlar adətən müəlliflərin həm də öz istəklərini ifadə edir. Bu səbəbdən ABŞ və Avropa ölkələrinin analitik-ekspert dairələrinin düşüncələri diqqəti çəkir.

Yaxın Şərq siyasəti üzrə Vaşinqton İnstitutunun eksperti Ceffri Uatt müsəlman dövlətləri arasındakı münasibətlərlə bağlı bəzi tezislər irəli sürüb. O, əsas olaraq İran-Türkiyə-Səudiyyə Ərəbistanı "üçbucağı"nda gərgin mübarizənin gedəcəyini proqnozlaşdırır. Onun fikirlərinə görə, bunun fonunda bütövlükdə Yaxın Şərqdə geosiyasi mənzərənin dinamikası yeni məzmun çalarları kəsb edəcək. Ekspert İran faktorunun geosiyasi çəkisini məhz həmin kontekstdə müəyyənləşdirməyə çalışır.

O, ilk olaraq Səudiyyə Ərəbistanı və Fars körfəzi ölkələrinin öz geosiyasi mövqelərini itirə biləcəkləri tezisini ifadə edir. Səbəb isə neftin qiymətinin aşağı həddə qala biləcəyi proqnozları ilə bağlıdır. Çünki həmin ölkələr müasir sənaye infrastrukturu yarada bilməyiblər. Etiraf edilməlidir ki, bu arqument ciddi əhəmiyyətə malikdir. Ona görə ki, müasir tarixi mərhələdə özünün sənaye infrastrukturunu və diversifikasiya olunmuş iqtisadi sistemini yarada bilməyən dövlətin nüfuzu yüksək ola bilməz.

Hesab edirik ki, məsələnin bu tərəfində ekspert haqlıdır. Lakin hər şey sürətlə dəyişir və Səudiyyə Ərəbistanı kimi ölkə də özünün sənaye infrastrukturunu formalaşdıra bilər. Digər tərəfdən, OPEK və ona daxil olmayan enerji ehtiyatlarına malik dövlətlər qiyməti məsələsi ilə bağlı artıq razılığa gəlirlər. Bu, davamlı olsa, neftin qiymətinin aşağı ola biləcəyi ilə bağlı proqnozlara düzəliş etmək lazım gələcək. O halda İran-Səudiyyə Ərəbistanı münasibətlərinin fərqli mənzərəsi meydana gələ bilər.

Üstəlik, C.Uatt hesab edir ki, hazırda transmilli radikal təşkilatlar İranı hərbi və siyasi münaqişələr şəbəkəsinə cəlb etmək planlarını qururlar. Məqsədləri isə, sən demə, İranı zəiflətmək və onun inkişafına əngəl olmaqdan ibarətdir. Hazırda bəzi dairələr İranı Əfqanıstandakı dini təşkilatlarla toqquşdurmağa çalışırlar. Ancaq Əfqanıstan məsələsi Pakistanla sıx bağlıdır. Pakistanın isə Səudiyyə Ərəbistanı ilə yaxın əlaqələri mövcuddur. Deməli, ekspert hesab edir ki, sünni-şiə qarşıdurmasının əsas gərginlik mərkəzi Pakistan-İran xəttində özünü göstərə bilər. Nəhayət, İran-Pakistan və İran-Əfqanıstan münasibətlərinin böhrana düşməsi Hindistan və Çini də proseslərə qata bilər. Bu isə, C.Uattın fikrincə, qlobal miqyasda münaqişənin yaranması deməkdir.

Əvvəlcə, onu vurğulayaq ki, biz bilərəkdən bu fikirləri erməni ekspertin təqdimatında necədirsə, o məzmunda verdik (bax: Игорь Мурадян. Американские эксперты об Иране - Джеффри Уатт / "Lragir.am", 8 dekabr 2016). Çünki həm amerikalı ekspertin müsəlman ölkələri ilə bağlı tezislərində, həm də erməni ekspertin təqdimat formasında ziddiyyət və qərəzlilik açıq-aydın hiss olunur. Hər ikisini birləşdirən məqsəd müsəlman ölkələri arasında ixtilaf yaratmaq, onu qabartmaq və bunun fonunda Amerikanın əsl niyyətlərini ört-basdır etməkdir.

Guya Yaxın Şərqdə İran-Səudiyyə Ərəbistanı-Türkiyə xəttindəki münasibətlərə Qərbin kənardan təsiri yoxdur, "sözdə demokratların" həmin bölgə ilə əlaqəli geosiyasi planları da mövcud deyil. Guya hər şeyi adı çəkilən ölkələrin öz aralarındakı ixtilaflar həll edəcək və Qərb də buna qarışmayacaq. Bu, sadəlövhlər üçün uydurulmuş bir nağıldır. Lakin onun təhlükəli tərəfləri də az deyildir. Bu aspektdə ən qorxulu fikir sünni-şiə bölgüsünü siyasətə daha sıx bağlamaqdan ibarətdir. Diqqət edin, amerikalı ekspert və onun erməni "sözçüsü" Yaxın Şərqdən başlayaraq Çin və Hindistana qədər geniş bir ərazidə İslamdakı dini məzhəb münasibətlərinin qlobal münaqişə yaradacağını oxuculara çatdırmaq istəyirlər.

Gizli planlar: İslam aləmini parçalamaq niyyəti

Bu, əslində, elə Qərbin gizli servislərinin planlarının fraqmentar olaraq təqdimatından başqa bir şeyə bənzəmir. Ayrı-ayrı ekspertlərin dili ilə onu təqdim edirlər. Biz bir qədər sonra başqa ABŞ eksperti - Devid Şenkerin də fikirlərini verəcəyik və mənzərə bir qədər tamamlanmış olacaq. İndi onu vurğulayaq ki, bir sıra dairələrin əsas məqsədlərindən biri İranla Türkiyəni üz-üzə gətirməkdən ibarətdir. Bu prosesdə Səudiyyə Ərəbistanına da müəyyən rol ayrılıb. Ər-Riyada yəqin ki, toxunmazlar, çünki o, anqlo-saksların planından meydana gəlmiş bir dövlətdir. Bu səbəbdən, səudilər "qızışdırıcı" rol oynaya bilərlər.

Devid Şenkerin fikirləri erməni yazarın təqdimatında bununla bağlı müəyyən təsəvvürlər formalaşdıra bilir (bax: Игорь Мурадян. Американские эксперты об Иране - Дэвид Шенкер / "Lragir.am", 10 dekabr 2016). Onun da rəyinə görə, Yaxın Şərqdə mübarizə yeni başlayır. Belə çıxır ki, Qərbin əsas işi bu prosesi yaratmaqdan ibarət olub, çünki bir neçə il əvvəl "ərəb baharı" adlandırdıqları hadisəni törətdilər və ismini regionun demokratikləşməsi qoydular. İndi necə oldu ki, "əsl mübarizə yeni başladı"? D.Şenker hesab edir ki, onun əsas əlamətlərindən biri Fars körfəzində böhranın meydana gəlməsi ola bilər. Qətər Türkiyəni İranla qarşıdurmaya çəkməyə can atır. Birləşmiş Ərəb Əmirlikləri ilə Türkiyənin nüfuz qazanması regionun radikal İslam təşkilatlarının Fars körfəzində təsirlərinin genişlənməsinə aparıb çıxara bilər.

Doğrusu, anlamaq çətindir, hansı səbəblərə görə Türkiyənin nüfuzunun artması regionda radikal qrupların təsirinin genişlənməsi ilə nəticələnə bilər? Axı, "əl-Qaidə" və İŞİD-i Qərb, "Hizbullah"ı İran, "Həmas"ı ərəb ölkələri, Suriyada tüğyan edən müxtəlif radikal qrupları da müxtəlif ölkələr yaradıblar. Bu faktlar kənarda qala-qala, Türkiyə məsələsini ortaya atmaqda məqsəd nədir? Təbii, cavab məlumdur - bu, reallıq deyil, Qərbdəki müəyyən dairələrin və ermənilərin görmək istədikləri mənzərədir. Bu cənab da belə deyir ki, zaman-zaman sünni-şiə qarşıdurması güclənəcək və İranın regiondakı mövqeyi zəifləyəcək. Müəyyən müddətdən sonra İran Yaxın Şərqdə təcridolma yolunu tuta bilər.

Bundan sonrası da maraqlıdır. Ekspert hesab edir ki, hazırda ərəb dünyasının sünni və şiə kəsimlərə bölünməsi prosesi gedir. Bu şərtlərdə Türkiyə sünni hissənin lideri ola bilər. Çünki Səudiyyə Ərəbistanı bu rolu oynamaq iqtidarında deyil. Lakin Misir Türkiyəyə rəqib ola bilər. ABŞ isə Misirə dəstək verəcək. Onun ardınca ərəb dövlətləri də Qahirəyə üstünlük verə bilərlər. Onların əvəzində radikal İslam təşkilatları Türkiyəni müdafiə edəcək. İran isə bu prosesə qarışmayaraq, sünni-şiə savaşının sonunu gözləyəcək. Bunun fonunda ABŞ-İran münasibətləri inkişaf edə bilər (bax: əvvəlki mənbəyə).

Doğrusu, bu cümlələrə "proqnoz" deməyə adamın dili gəlmir, onlar yalnız istehza yarada bilərlər. Çünki amerikalı ekspertin ifadə etdiklərinin reallıqla heç bir əlaqəsi yoxdur. O, əvvəlcədən, xüsusi məqsədlə müəyyən edilmiş hədəfləri sıra ilə aktuallaşdırmağa xidmət edir. İran sünni-şiə ixtilafından kənarda qalıb, Vaşinqtonla əməkdaşlıq edəcək? Bu absurda kim inana bilər? Regiondakı radikal qrupların Türkiyə tərəfə keçəcəyi ilə bağlı sərsəm iddia isə xüsusi məqsəd güdür - indidən Türkiyəni radikal dini qruplara dəstək verən ölkə kimi təqdim edib, sonra bəhanə ilə vurmaq! Bunun da əsas səbəbi ondan ibarətdir ki, Qərb Türkiyənin regionun ən potensiallı və sürətli inkişaf edən dövləti olduğunu çox yaxşı bilir. Yuxarıdakı fikirlərdən də açıq hiss edilir ki, onların əsas məqsədi Türkiyə-İran, Türkiyə-Misir, Türkiyə-Səudiyyə Ərəbistanı ziddiyyətlərini yaradıb, "parçala, hökm sür" siyasətini davam etdirməkdir. Təbii ki, bundan ən çox sevinənlər ermənilər ola bilər.

Ancaq bir şeyi unudurlar. Müsəlman dövlətləri, ilk növbədə isə Türkiyə, sürətlə dəyişir. İndi Yaxın Şərqdə kimin dost, kimin düşmən olduğunu yerli əhali yaxşı bilir. Bu səbəbdən bəzi üzdəniraq ekspertlərin proqnozları bir nəticə verməyəcək. Ankara, Tehran, Ər-Riyad, Qahirənin ağlı və səbri doğru olanı müəyyən etməyə çatar!

Newtimes.az

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Milli ənənələrdən beynəlxalq çay mədəniyyətinə: Bakı Bulvarında Çay Festivalı

Azərbaycan Peşəkar Boks Federasiyasının yeni prezidenti bəlli olub

ETSN-in əməkdaşları qan veriblər

Almaniyada Azərbaycanın mədəni irsinə həsr olunan “NAR” sərgisi başa çatıb

"Zabit heyətini təkmilləşdirmə kursu"nun növbəti buraxılış mərasimi olub

Azərbaycanın fövqəladə hallar naziri İranın daxili işlər naziri ilə görüşüb

“Sabah” “Slaviya Praqa” ilə oyundan öncə son məşqini keçirib

Arzu Nağıyev: Azərbaycanın MDB-yə sədrliyi yeni regional reallıqların və artan beynəlxalq nüfuzun göstəricisidir

“Sabah”ın baş məşqçisi: Çempionlar Liqasında sübut etməli olduğumuz çox şey var

Ağciyər Xəstəlikləri Mərkəzinin 2 saylı İxtisaslaşdırılmış Poliklinikası istifadəyə verilib

Aİ Çindən hibrid avtomobillərin idxalını illik 350 min ədədlə məhdudlaşdırır

Azərbaycan-Kamboca biznes forumunda ticarət və investisiya əməkdaşlığının genişləndirilməsi müzakirə edilib VİDEO

Azərbaycan-Kamboca biznes forumunda ticarət və investisiya əməkdaşlığının genişləndirilməsi müzakirə edilib VİDEO

“Sea Breeze Walk of Fame”də Yuli Qusmanın adına ulduz açılıb

Bakıda “Ürək transplantasiyası həftəsi” təşkil olunacaq

Baş nazir: Azərbaycandan elektrik enerjisini vasitəçi olmadan idxal edirik

Azərbaycanın xarici ticarət dövriyyəsinin həcmi açıqlanıb

Gənc alim: Antalyada həmkarlarımız Bakıdakı Beynəlxalq Astronavtika Konqresini hələ də böyük sevgi ilə xatırlayırdı

Proseslərin “Mygov biznes”dən vahid mühitdə təqdim olunması vaxt itkisini, inzibati xərcləri və sistemlər arasında uyğunsuzluğu azaldacaq - ŞƏRH

Azərbaycan Qlobal İnnovasiya İndeksində mövqeyini 9 pillə yaxşılaşdırıb

Azərbaycanlı professor Stenford Universitetinin ən reytinqli alimləri sırasına düşüb

AYNA: 18 marşrutun hərəkət sxemi müvəqqəti dəyişdirilir

“Şahinlərin Görüşü-2026” müştərək taktiki-uçuş təliminin açılış mərasimi olub VİDEO

“Şahinlərin Görüşü-2026” müştərək taktiki-uçuş təliminin açılış mərasimi olub VİDEO

Məktəb mühitində vahid geyim: dünyəvilik və sosial bərabərlik

“Sabah”ın futbolçusu: Tarixi oyunda qələbə qazanmaq istəyirik

İtaliyalı musiqiçi: Bakı həmişə mənə uğur gətirib

Vyetnam tərəfi Orta Dəhliz üzrə əməkdaşlıq məsələlərini nəzərdən keçirəcək

DTM-in rəhbəri: Azərbaycan dilinin tədrisinə xüsusi diqqət yetiririk

Doqquz ayda 620 dövlət standartı qəbul edilib

Avropa İttifaqı COP31-də BMT-nin emissiyaların azaldılması üzrə proqramının 2040-cı ilədək uzadılmasını təklif edəcək

Daxili işlər naziri iranlı həmkarı ilə görüşüb

Özçubukçu: Azərbaycanın beynəlxalq mövqeyi çoxşaxəli diplomatiya əsasında güclənir

Rumıniya və Bolqarıstan Qara dənizdə ticarət gəmilərinə hücumlara moratorium qoyulmasını istəyir

Özbəkistanlı nümayəndələr BMU-da yaradılmış akademik mühiti yüksək qiymətləndiriblər

Otuz dörd il sonra doğma kəndinə qayıdan Ağdərə sakini: İtirilmiş illərin yerini doldururam VİDEO

Otuz dörd il sonra doğma kəndinə qayıdan Ağdərə sakini: İtirilmiş illərin yerini doldururam VİDEO

Azərbaycanda istehlak qiymətləri 5,7 faiz artıb

Dövlət Proqramı təqaüdçülərinin beynəlxalq karyera imkanları genişləndirilir

Aİ-nin müdafiə komissarı ABŞ hərbi-kosmik qüvvələrinə alternativ yaratmağı təklif edib

Süni intellektlə qarşılıqlı əlaqələrdə gender bərabərsizliyi təkrarlana bilər - Tədqiqat

Muhammed Zeki Durak: Bugünkü görüşdə TDT-yə üzv dövlətlər öz təcrübələrini bölüşürlər

Yaşayış və qeyri-yaşayış sahələrinə görə ödənilmiş ƏDV-nin 26,4 milyon manatdan çoxu vətəndaşlara qaytarılıb

“Qarabağ” klubunun mətbuat katibi vəzifəsindən ayrılıb

“Trabzonspor”un baş məşqçisi: “Sabah” çox bacarıqlı və sistemli komandadır – MÜSAHİBƏ

Sabah Naxçıvanın bəzi küçə və məhəllələrində elektrik enerjisinin verilişi dayandırılacaq

Numan Kurtulmuş: Terrorizm probleminin aradan qaldırılması bütün regionun rifahına müsbət təsir göstərəcək

Çexiyanın nəqliyyat naziri Bakı Dəmiryol Vağzalında olub

Polşada məktəblərin təhlükəsizliyi ilə bağlı genişmiqyaslı əməliyyat keçirilib

“QHT-lərin milli dəyərlərin və ictimai məsuliyyətin qorunmasına töhfəsi”: İctimai müzakirə VİDEO

“QHT-lərin milli dəyərlərin və ictimai məsuliyyətin qorunmasına töhfəsi”: İctimai müzakirə VİDEO

BDU-nun 15 tələbəsi Prezident təqaüdünə layiq görülüb

Fransada genişmiqyaslı kiberhücum: Supermarketlərdə ərzaq məhsulları məhv edilir

Küləkli hava şəraiti ilə bağlı sarı xəbərdarlıq verilib

® “AccessBank” UPS üçün ehtiyat hissələrinin təchizatı üzrə tenderin müddətini uzadıb

Şəhid ailələrinin üzvləri üçün Türkiyənin Ankara və Konya şəhərlərinə səfər təşkil edilib

Gəmiçilik: Quru yük gəmiləri ilə tranzit daşımaları iki dəfədən çox artıb

Nyu-Yorkun məşhur Linkoln Mərkəzində Azərbaycan musiqisi səslənib

Prezident İlham Əliyev İranın daxili işlər nazirini qəbul edib VİDEO

® “Unibank” və AYİB xarici ticarətin maliyyələşdirilməsinə həsr olunan tədbir keçirib

Britaniya hökuməti 35 milyard funt sterlinqlik maliyyə çatışmazlığı ilə üzləşə bilər

“Folklorşünaslığın nəzəri əsasları” kitabı nəşr olunub

İlham Zəkiyev Beynəlxalq Görmə Məhdudiyyətli İdmançılar Federasiyasının mükafatına layiq görülüb

Azadlıq prospektinin bir hissəsində mikromobillik zolağı təşkil olunub

AzTU tələbələri beynəlxalq idman yarışında üç medal qazanıblar

“Trabzonspor” basketbol klubunun baş məşqçisi Azərbaycandan təklif alıb

Elnur Mustafayev: Azərbaycan qlobal geosiyasi və geoiqtisadi proseslərdə mühüm rol oynayan ölkələrdəndir VİDEO

Elnur Mustafayev: Azərbaycan qlobal geosiyasi və geoiqtisadi proseslərdə mühüm rol oynayan ölkələrdəndir VİDEO

“Oyuncaqların təhlükəsizliyi haqqında Texniki Reqlament” təsdiq edilib

TDT Baş katibinin müavini: Bugünkü görüşün nəticəsi olaraq Birgə Bəyannamə imzalandı VİDEO

TDT Baş katibinin müavini: Bugünkü görüşün nəticəsi olaraq Birgə Bəyannamə imzalandı VİDEO

Mao Nin: Çin-Azərbaycan münasibətləri güclü artım tempini qoruyub saxlayıb

Xətai Sənət Mərkəzində plener əsərlərdən ibarət sərgi açılıb

Yeni təyin olunmuş hakimlər Ali Məhkəmədə and içiblər

Cham Nimul: Kamboca və Azərbaycan biznes imkanları haqqında çox şey kəşf etməlidir VİDEO

Cham Nimul: Kamboca və Azərbaycan biznes imkanları haqqında çox şey kəşf etməlidir VİDEO

Mirzağa Əsgərov: MDU Akademik Xorunu Azərbaycana gətirməyi arzulayıram

Baş nazir: Kamboca və Azərbaycanın iqtisadi tərəfdaşlığını genişləndirmək üçün tükənməz potensialı mövcuddur VİDEO

Baş nazir: Kamboca və Azərbaycanın iqtisadi tərəfdaşlığını genişləndirmək üçün tükənməz potensialı mövcuddur VİDEO

Türk dövlətlərinin dilçi-alimləri Bakıda bir araya gələcəklər

QMİ sədri G20 Dinlərarası Forumunda iştirak etmək üçün ABŞ-yə səfər edəcək

ACF rəsmiləri milli komandanın əcnəbi üzvlərinin legioner adlandırılmasına münasibət bildiriblər

Britaniya Avropa Azərbaycan Məktəbində yeni tədris ili başlanıb

Gənc Tamaşaçılar Teatrında yeni premyera: “Qodo həsrətində”

Neak Oknha Kith Meng: Azərbaycan və Kamboca arasında iqtisadi əməkdaşlıq cəlbedicidir VİDEO

Neak Oknha Kith Meng: Azərbaycan və Kamboca arasında iqtisadi əməkdaşlıq cəlbedicidir VİDEO

Azərbaycan və Kamboca Ticarət Palataları arasında Anlaşma Memorandumu mübadilə edilib VİDEO

Azərbaycan və Kamboca Ticarət Palataları arasında Anlaşma Memorandumu mübadilə edilib VİDEO

Mikayıl Cabbarov: Azərbaycan şirkətlərinin həyata keçirdiyi bütün fəaliyyətlər ciddi ekoloji standartlara tabedir VİDEO

Mikayıl Cabbarov: Azərbaycan şirkətlərinin həyata keçirdiyi bütün fəaliyyətlər ciddi ekoloji standartlara tabedir VİDEO

Sabah magistral avtomobil yollarında görünüş məsafəsi 500-1000 metrədək məhdudlaşacaq

Cüdo üzrə dünya çempionatından sonra Olimpiya çempionu ilə görüş olub VİDEO

Cüdo üzrə dünya çempionatından sonra Olimpiya çempionu ilə görüş olub VİDEO

® Torpağa dəyər, gələcəyə inam – Ziraat Bank Azərbaycan III Beynəlxalq Aqro Forumda

Cüdo yığmasının baş məşqçisi: Hidayət Heydərovun qərar vermək üçün bir həftə vaxtı var VİDEO

Cüdo yığmasının baş məşqçisi: Hidayət Heydərovun qərar vermək üçün bir həftə vaxtı var VİDEO

Nazir: Azərbaycan-Kamboca ikitərəfli münasibətləri əsl potensialını əks etdirmir VİDEO

Nazir: Azərbaycan-Kamboca ikitərəfli münasibətləri əsl potensialını əks etdirmir VİDEO

Elnur Məmmədli: Cüdoçularımız Bakıda qazandıqları uğurları davam etdirməlidirlər VİDEO

Elnur Məmmədli: Cüdoçularımız Bakıda qazandıqları uğurları davam etdirməlidirlər VİDEO

Xalq şairi və istiqlal mübarizi Sabir Rüstəmxanlı – AMEA-da elmi konfrans

Fransada şagird məktəb direktorunu və müəllimi güllələyib

Siyasi şərhçi: Azərbaycanın beynəlxalq platformalardakı fəallığı siyasi etimadın göstəricisidir

“Azərpambıq”da İndoneziya ilə əməkdaşlıq perspektivləri müzakirə edilib

Rəşad Rəsullu: Dünya çempionatındakı nəticələrimiz düzgün istiqamətdə olduğumuzu göstərir VİDEO

Rəşad Rəsullu: Dünya çempionatındakı nəticələrimiz düzgün istiqamətdə olduğumuzu göstərir VİDEO

Milli Məclisin deputatı: Azərbaycan diplomatik aktivlik coğrafiyasını genişləndirir

Sumqayıt Teatrında “Sürgün sevgi” tamaşasının premyerası olacaq

ÇXR Sədrinin xüsusi nümayəndəsi AQEM-in Zirvə toplantısı üçün Azərbaycana səfər edəcək

İdxal olunan baytarlıq preparatında uyğunsuzluq aşkarlanıb

Yusif Abdullayev: Azərbaycan-Kamboca biznes-forumu iqtisadi əməkdaşlığın genişləndirilməsinə töhfə verəcək VİDEO

Yusif Abdullayev: Azərbaycan-Kamboca biznes-forumu iqtisadi əməkdaşlığın genişləndirilməsinə töhfə verəcək VİDEO

Alparslan Bayraktar: Enerji təhlükəsizliyi Türkiyənin gündəmində prioritetdir

Laos Prezidenti Azərbaycana rəsmi səfərə gəlib

Xaricdən gələn ideoloji təhdidlərin neytrallaşdırılması günümüzün əsas tələbidir ŞƏRH

Zaur İbrahimli: Hazırda baş verənlər qanunvericilik çərçivəsində dəyərləndirilməlidir VİDEO

Zaur İbrahimli: Hazırda baş verənlər qanunvericilik çərçivəsində dəyərləndirilməlidir VİDEO

Bakı Mühəndislik Universiteti və “Xsolla Baku” IT sahəsində əməkdaşlıq edəcək