Yaxınlaşan qar fırtınası səbəbi ilə ABŞ-ın 14 ştatında fövqəladə vəziyyət elan edilib
Vaşinqton, 23 yanvar, AZƏRTAC
Yaxınlaşan qar fırtınası səbəbi ilə ABŞ-da azı 14 ştat fövqəladə vəziyyət elan edib.
AZƏRTAC xəbər verir ki, bunlar Alabama, Arkanzas, Corciya, Kanzas, Kentukki, Luiziana, Missisipi, Missuri, Nyu-York, Şimali Karolina, Cənubi Karolina, Tennessi, Texas və Virciniya ştatlarıdır. Paytaxt Vaşinqtonda azı 22 santimetr hündürlüyündə qar gözlənilir. Şəhər də fövqəladə vəziyyət elan edən bölgələr arasındadır.
Artıq şənbə günü üçün ABŞ-da planlaşdırılan 1700-dən çox yerli və beynəlxalq uçuş ləğv edilib.
Məlahət Nəcəfova
AZƏRTAC-ın xüsusi müxbiri
Vaşinqton
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 09.06.2026 [15:44]
Yaponiyada H3 raketinin növbəti buraxılışı təxirə salınıb
- 09.06.2026 [15:30]
Filippindəki zəlzələ 145 mindən çox insana təsir göstərib
- 09.06.2026 [15:20]
Qırğızıstan BMT-nin Kağızsız Ticarət Şurasına yenidən sədr seçilib
- 09.06.2026 [14:51]
İndoneziyada Levotobi vulkanı yenidən püskürüb: hava limanı bağlanıb
- 09.06.2026 [14:47]