Azərbaycan Dövlət İnformasiya Agentliyi

Yeni Bakı Beynəlxalq Dəniz Ticarət Limanının tikintisi sürətlə davam edir VİDEO

Bakı, 26 oktyabr, AZƏRTAC

Yeni Bakı Beynəlxalq Dəniz Ticarət Limanının tikintisi sürətlə davam edir.

AZƏRTAC xəbər verir ki, Azərbaycan Respublikası Prezidentinin "Yeni Bakı Beynəlxalq Dəniz Ticarət Limanı kompleksinin tikintisi haqqında" 2007-ci il 18 oktyabr tarixli Sərəncamının icrası olaraq, Ələt qəsəbəsinin ərazisində Yeni Bakı Beynəlxalq Dəniz Ticarət Limanı Kompleksinin tikintisi həyata keçirilir.

Azərbaycan Respublikasının Xəzər dənizi boyu 900 kilometrdən çox sərhəd xəttinin olmasına baxmayaraq, yeni limanın məhz Ələt qəsəbəsində inşası barədə qərar qəbul edilib. Sözsüz ki, bu təsadüfi deyildir. Ələt qəsəbəsi ölkə ərazisindən keçən mühüm beynəlxalq nəqliyyat dəhlizləri: Şimal-Cənub və Şərq-Qərb dəhlizlərinin Azərbaycan seqmentləri olan avtomobil və dəmir yolu xətlərinin kəsişməsində yerləşir və yeni limanın inşası ilə buraya su magistrallarının da əlavə edilməsi, mahiyyət etibarilə bu ərazinin mühüm nəqliyyat qovşağına çevrilməsinə imkan verəcək və daşımalar üçün geniş logistik imkanlar yaradacaq. Məhz bu prizmadan yanaşaraq, yeni limanın Ələt qəsəbəsində inşasına qərar verilib.

Yeni limanın inşası üçün 400 hektar torpaq sahəsi ayrılıb, Azərbaycan Respublikası Prezidentinin iştirakı ilə 2010-cu il 3 noyabr tarixində yeni liman kompleksinin təməli qoyulub.

Dövlət başçının "Yeni Bakı Beynəlxalq Dəniz Ticarət Limanı kompleksinin tikintisinin sürətləndirilməsi sahəsində əlavə tədbirlər barədə" 2017-ci il 13 aprel tarixli Sərəncamına əsasən Yeni Bakı Beynəlxalq Dəniz Ticarət Limanı kompleksinin tikintisi üzrə layihənin davam etdirilməsi və başa çatdırılması üçün görüləcək işlərin sifarişçisi Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi təyin edilib. Bu istiqamətdə Prezident İlham Əliyevin qarşıya qoyduğu vəzifələrin vaxtında və keyfiyyətli icrası üçün işlərin başlanma və tamamlama tarixləri göstərilməklə tədbirlər planı işlənib hazırlanıb və artıq onun yerinə yetirilməsinə başlanılıb.

Yeni liman kompleksinin Baş Planı və ümumi layihəsi beynəlxalq açıq tenderin qalibi Hollandiyanın "Royal Haskoning" şirkəti tərəfindən işlənib hazırlanıb və müvafiq qaydada təqdim edilib. İnşaat işləri liman ərazisinin iki hissəsində - quru və dəniz seqmentlərində aparılır.

Hollandiyanın "Van Oord Dredging and Marine Contractors" B.V. şirkəti tərəfindən liman akvatoriyasında aparılmış dibdərinləşdirmə işləri nəticəsində uzunluğu 7,5 kilometr, eni 160 metr, dərinliyi 7 metr və dönmə dairəsinin diametri 450 metr olan giriş kanalı inşa edilib. Bu, Xəzər dənizində üzən bütün növ gəmilərin limana təhlükəsiz və sərbəst yanalmasını təmin etmək imkanı verir. Kanalın eninin 160 metr olması gəmilərin yüksək məhsuldarlığını və iki gəminin eyni zamanda hərəkətini təmin edir.

Hollandiyanın "Royal Haskoning" şirkətinin Baş Planına əsasən limanın 3 fazalı inkişafı nəzərdə tutulur. Hazırda birinci fazada dinamik şəkildə işlər görülür. Perspektivdə yük axınlarının həcminin artacağı təqdirdə, onların aşırılmasını təmin edəcək yeni infrastrukturun yaradılması (layihənin 2-ci mərhələsinin tikintisi) üçün böyük vəsait sərf etmədən, layihənin 1-ci mərhələsi daxilində infrastrukturun təkmilləşdirilməsi yolu ilə onun yükaşırma imkanının artırılması dövlət investisiya xərclərində əhəmiyyətli dərəcədə qənaət olunması baxımından rasional qiymətləndirilib və bunun nəzərə alınması ilə layihənin birinci fazası üzrə Baş Plan təkmilləşdirilərək, müvafiq qaydada razılaşdırılıb və təsdiq edilib.

"HaskoningDHV UK" Ltd şirkəti tərəfindən yeni Baş Plana edilmiş dəyişikliklərin limanın fəaliyyəti üçün təhlükəsizlik və funksionallıq baxımından texniki təftişi aparılmış və liman əməliyyatlarının təhlükəsizlik və funksionallığı baxımından müsbət qiymətləndirilib.

Hazırda 1200-dən çox işçi qüvvəsinin, 300-ə yaxın texnikanın cəlb olunduğu Yeni Bakı Beynəlxalq Dəniz Ticarət Limanı kompleksində tikinti işləri sürətlə davam etdirilir.

İqtisadiyyat Nazirliyinin tikilən Yeni Bakı Beynəlxalq Dəniz Ticarət Limanı Kompleksinin müdiriyyətinin direktoru Heydər Turabov bildirib ki, layihənin 1-ci fazası üzrə Ro-Ro tipli gəmilər üçün 2 körpü və 7 körpüdən ibarət universal quru yük və konteyner terminalı inşa olunacaq. Həmçinin xidməti donanma gəmiləri üçün körpünün və təmir bazasının, limanın əməliyyat binasının, yük sahələri və anbarların, sərhəd və gömrük xidməti məntəqələrinin, bütövlükdə təxminən 34 ədəd müxtəlif təyinatlı binaların tikintisinin həyata keçirilməsi, sərnişinlər üçün beynəlxalq terminalın layihələndirilməsi, kranların alınması, təchizatı və quraşdırılması nəzərdə tutulub.

O bildirib ki, Baş Plana əsasən, 1 ədəd Ro-Ro və 3 ədəd ümumi yük körpüsü əlavə olunmaqla, ümumi körpülərin sayı 8-dən 12 ədədə çatdırılıb, bunun nəticəsində layihənin birinci fazasının yükaşırma imkanı illik 10 milyon ton yükdən 15 milyon ton yükə və 50 000 TEU-dan 100 000 TEU konteynerə qədər artırılması təmin edilib.

Tikinti işlərinin sürətlə aparıldığı körpülər barədə məlumat verən H.Turabov qeyd edib ki, Bakı Limanının tikilməkdə olan birinci fazasının ərazisi 117 hektar təşkil edir. "İşlərin sürətlə görüldüyü 1 nömrəli yük körpüsünün uzunluğu 300 metrdir. Bu körpü vasitəsilə ağır həcmli yüklərin boşaldılması həyata keçiriləcək. Körpünün sol istiqamətində 1A körpüsü mövcuddur ki, onun da uzunluğu 145 metr təşkil edir və 1 gəminin yanalması nəzərdə tutulub. 1A körpüsünün yuxarı istiqamətində isə Ro-Ro-1 və Ro-Ro-2 körpülərində tikinti işləri aparılır. Körpülərin müvafiq uzunluğu 222 və 185 metrdir. Bu körpülərə Ro-Ro tipli gəmilər yan alacaq və təkərli texnikanın daşınması da bu körpülər vasitəsilə təmin ediləcək. İşlərin ən qızğın getdiyi ikinci körpünün uzunluğu isə 654 metrdir. Bu körpüyə 4 gəminin yanalması planlaşdırılıb. Körpüdə portal kranlar işləyəcək. Artıq kranların quraşdırılma işlərinə başlanılıb. Yükləmə-boşaltma əməliyyatlarının effektivliyinin yüksəldilməsi məqsədilə Almaniyanın "Ardelt" şirkətindən 6 ədəd yeni portal kran alınıb. Bu kranlara 2 ədəd 80 tonluq, 2 ədəd 40 tonluq Kondor tipli və 2 ədəd 32 tonluq "Sokol" tipli yeni kran aiddir. Tikinti işlərinin görüldüyü üçüncü körpünün uzunluğu 262 metrdir və 1 gəminin yanalması nəzərdə tutulub. Bu körpüdə 2 ədəd mövcud portal kranın modernləşdirilərək təchizatı və quraşdırılması nəzərdə tutulub".

H.Turabov, hazırda tikinti işlərinin yüksək sürətlə davam etdirildiyini və yeni liman kompleksinin bütün seqmentlərində inşaat işləri aparıldığını diqqətə çatdırıb. Davam edən tikinti fəaliyyəti torpaqtökmə, dibdərinləşdirmə, metal konstruksiya, infrastruktur (elektrik, rabitə, su, kanalizasiya, yanğınsöndürmə, drenaj xətləri), mülki inşaat işlərini əhatə edir.

Liman ərazisində quru infrastrukturu obyektlərinin tikintisinin və mülki inşaat işlərinin də həyata keçirildiyini diqqətə çatdırıb. Yüklərin saxlanılması üçün burada açıq yük sahələri və 2 növ örtülü anbar tikilir. Örtülü anbarlar metal konstruksiyalı binalar olacaq. Tikilən anbarların hər birinin ərazisi təxminən 1200 kvadratmetrdir.

Onun sözlərinə görə, yeni liman kompleksinin akvatoriya hissəsinə aid olan qurğuların tikintisinin 2017-ci ilin sonunadək başa çatdırılması nəzərdə tutulur. Bura 7 ümumi yük körpüsü, 2 Ro-Ro körpüsü, xidməti donanma gəmiləri üçün körpünün inşası daxildir. Layihəyə əsasən, 2018-ci ilin birinci rübünün sonunadək olan dövrdə anbarlar, yardımçı binalar, digər əlaqəli infrastruktur obyektləri inşa olunacaq, onların mühəndis-kommunikasiya xətləri (elektrik, rabitə və sair daxil olmaqla) çəkiləcək. Bu dövrdə, həmçinin yardımçı sistemlərin (drenaj, siqnalizasiya, yanğınsöndürmə və yanğın xəbərdarlığı, İT, videomüşahidə, İSPS tələblərinə uyğun olaraq mühafizə sistemi və sair daxil olmaqla) quraşdırılmasının başa çatdırılması nəzərdə tutulub, bu istiqamətdə işlər görülür.

Yeni limanın inşası zamanı hədəfə alınan əsas məsələlərdən biri də müasir tələblərə cavab verən İT və təhlükəsizlik infrastrukturunun yaradılmasından ibarət olub.

H.Turabov bildirib ki, bu hədəfə nail olmaq məqsədilə, liman ərazisində əməliyyatların effektiv idarəolunmasını təmin edəcək Liman İdarəetmə və İnformasiya Sisteminin və digər İT komponentlərinin tətbiqi, eləcə də Gəmilərin və Liman Vasitələrinin Mühafizəsi üzrə Beynəlxalq Kodeksin (İSPS) tələblərinə uyğun olaraq mühafizə sisteminin yaradılması nəzərdə tutulub.

Artıq qeyd etdiyimiz kimi, yeni liman kompleksi Azərbaycan Respublikasının ərazisindən keçən Şimal-Cənub və Şərq-Qərb beynəlxalq nəqliyyat dəhlizləri üzərində yerləşir. Bu coğrafi mövqe, yeni liman üçün zəngin tranzit potensialı yaratmaqla, ölkəyə daxil olan, ölkədən çıxan və tranzit yüklərin aşırılmasında strateji nəqliyyat qovşağı funksiyalarını yerinə yetirməyə imkan verərək, Xəzər dənizi üzərindən effektiv, sürətli və təhlükəsiz bərə keçidini təmin etmiş olacaq.

Şimal, cənub, şərq və qərb istiqamətlərindən dəhlizlər üzrə ölkəyə daxil olan yük axınlarının yeni liman kompleksində cəmlənərək, buradan Bakı-Tbilisi-Qars dəmir yolu xətti ilə Avropa istiqamətində və ya gəmilər vasitəsilə şərq istiqamətində nəql edilməsini təmin edən effektiv və dayanıqlı logistik zəncir yaradıla bilər.

Qeyd edilənlərlə bərabər, yeni limanın ərazisi də daxil olmaqla Ələt qəsəbəsində azad ticarət zonası tipli Xüsusi İqtisadi Zonanın yaradılması nəzərdə tutulub ki, bu da öz növbəsində mühüm nəqliyyat qovşağı kimi yeni limana daha geniş tranzit və daşıma imkanları verəcək.

Yeni Bakı Beynəlxalq Dəniz Ticarət Limanının tikintisi sürətlə davam edir VİDEO

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Fatih Birol: Neft qiymətlərində davamlı eniş müşahidə edə bilərik

Rumıniyalı müşavir: Azərbaycan “Yaşıl Enerji Dəhlizi” layihəsi çərçivəsində Avropanın mühüm enerji tərəfdaşı kimi çıxış edir

Qlobal neft ticarətinin 2050-ci ilədək 25 faiz artacağı proqnozlaşdırılır

Azərbaycan nüfuzlu beynəlxalq tədbirlərin keçirildiyi məkana çevrilib RƏY

Prezident İlham Əliyevin iştirakı ilə Bakıda İslam İnkişaf Bankı Qrupunun 2026-cı il üzrə İllik Toplantılarının açılış mərasimi keçirilib YENİLƏNİB-3 VİDEO

Azərbaycan–Macarıstan Aqrar Universitetinin yaradılması imkanları nəzərdən keçirilib

Prezidentin çıxışı Azərbaycanın gələcək inkişaf modelinin strateji istiqamətlərini ortaya qoyur ŞƏRH

BDU ilə Daşkənd Dövlət Özbək Dili və Ədəbiyyatı Universiteti arasında anlaşma memorandumu imzalanıb

Ekspert: Azərbaycan dünya reytinqlərində keyfiyyətli ali təhsil məkanı kimi formalaşır

Ombudsmanlar rəqəmsal mühitdə hüquqların qorunmasına dair fikir mübadiləsi aparıblar

“Azərbaycanda kənd təsərrüfatı” mövzusunda fotomüsabiqə elan edilib

“Qərbi Azərbaycana qayıdış” konqres-festivalı çərçivəsində Prezident Kitabxanasının elektron layihəsi təqdim olunub

Azərbaycan Ordusunda hərbiləşdirilmiş kros üzrə birincilik keçirilib

ADU-nun rektoru: Kolumbiyanın ali təhsil müəssisələri ilə əməkdaşlıq perspektivləri daha səmərəli olacaq

İsveç səfiri Azərbaycan-Ermənistan normallaşma prosesi barədə məlumatlandırılıb

Professor: Azərbaycan Cənubi Qafqazda və Türk dünyasında geosiyasi əhəmiyyətini daha da gücləndirib

Arslan Növrəsli: Zövqlü musiqiçi yetişdirmək üçün tələbə peşəkar musiqi nümunələrini dinləməlidir VİDEO

Arslan Növrəsli: Zövqlü musiqiçi yetişdirmək üçün tələbə peşəkar musiqi nümunələrini dinləməlidir VİDEO

Uandayi: Azərbaycanın zəngin təcrübəsinin Keniya ilə bölüşülməsi ölkəmizin enerji mənbələrinin səmərəli istifadəsinə mühüm töhfə ola bilər

Şeirimizdə və yazılı abidələrimizdə insan haqları - elmi sessiya

Çində Əjdaha Qayıqları Bayramı günlərində dəmir yolu ilə 83 milyon sərnişinin daşınacağı gözlənilir

NATO nüvə potensialının modernləşdirilməsi ilə bağlı razılığa gəldiyini bəyan edib

Rusiya Ermənistana etiraz notası göndərib

“Tarixin izi ilə: yaddaşımız gələcəyimizdir” V gənclər düşərgəsi başa çatıb

OPEC+ 2030-cu ildən sonra bazar payını artıracaq

Baş Qərargah rəisi MDB iştirakçı dövlətləri Silahlı Qüvvələrinin Qərargah Rəisləri Komitəsinin iclasında iştirak edib

Nazir müavini: Azərbaycan Orta Dəhlizin inkişafında mühüm rol oynayır

Anar Axundov: Azərbaycan rəqabətqabiliyyətli güzəştlər təqdim edən sənaye zonaları şəbəkəsi formalaşdırıb

Çempionlar Liqası: “Neftçi”nin rəqibi bəlli olub

Türk İnvestisiya Fondu ilə maliyyə institutları üzrə əməkdaşlığın genişləndirilməsi imkanları dəyərləndirilib

Azərbaycanın mötəbər beynəlxalq tədbirə ev sahibliyi etməsi ölkəmizin nüfuzunu daha da yüksəldir - ŞƏRH

Qlobal neft tələbatı 2050-ci ildə gündəlik 124,1 milyon barelə çatacaq

Norveç dünyada ilk gəmi tunelini tikir

Müəllimlərin sertifikatlaşdırılması prosesinin test imtahanı mərhələsinin ikinci günü yekunlaşıb

Neftçalada Xəzər dənizinə 50 min ədəd nərə cinsli balıq körpəsi buraxılıb

Nazir müavini: Azərbaycan üçün yaşıl keçid təkcə ekoloji prioritet deyil, həm də böyük investisiya imkanları deməkdir

2050-ci ildə qlobal enerji istehlakının 23 faiz artacağı gözlənilir - HESABAT

“İstedadın ilk addımları” sərgisi balaca rəssamların yaradıcılıq dünyasını təqdim edib

Azərbaycan ilə Rumıniya arasında iqtisadi və ticarət əməkdaşlığının əsas istiqamətləri dəyərləndirilib

Ekspert: Uşaqlarda rəqəmsal təhlükəsizlik mədəniyyətinin formalaşdırılması vacibdir

Azərbaycan dünya trendindən geri qalmır – ŞƏRH

AzMİU və Ankara Universiteti daşınmaz əmlakın idarə edilməsi üzrə ikili diplom proqramına başlayır

Xaricdə təhsil üzrə yeni imkanlar sərgi iştirakçılarının diqqətinə çatdırılır

Azərbaycan və Monteneqro ombudsmanları əməkdaşlıq əlaqələrini genişləndirir

Büdcə vəsaitlərinin 3,5 faizi kənd təsərrüfatı sahəsinin maliyyələşdirilməsinə xərclənib

Bakı Sammitində şəxsi məlumatların qorunması ilə bağlı çağırışlar səsləndirilib

Azərbaycanın kamandan oxatanı IV Avropa Oyunlarında iştirak üçün kvota qazanıb

Bakıda İslam Əməkdaşlıq Təşkilatı Parlament İttifaqı Konfransının sessiyası keçiriləcək

AMEA-da elmi fəaliyyətin bal sistemi ilə qiymətləndirilməsi üzrə yeni model

Qazaxıstan vətəndaşları mal və xidmətlərin ödənişi üçün vahid QR koddan istifadə edə biləcəklər

Nazirlik rəsmisi: Azərbaycanda kənd təsərrüfatında 33 süni intellekt layihəsi tətbiq olunacaq

AFFA rəsmisi: ABŞ, Kanada və Meksikadakı isti hava şəraiti oyunçulara əlavə yük yaradır

Kapitan və komandir heyəti sertifikatlarının yenilənməsi sadələşdirilir

Azərbaycan-Rusiya parlament əlaqələrinə dair fikir mübadiləsi aparılıb

Fransa və Estoniya arasında müdafiə sahəsində əməkdaşlıq genişləndirilir

Xankəndi “SocGov 2026” beynəlxalq konfransına ev sahibliyi edəcək

Azərbaycan Milli Məclisi və Rusiya Federal Məclisi Parlamentlərarası Əməkdaşlıq Komissiyasının 24-cü iclası olub

Müəllimlərin ixtisasartırma proqramlarına rəqəmsal təhlükəsizlik mövzusunun daxil edilməsi təklif olunur

Azərbaycanda taxıl biçini üçün sahələrə cəlb olunmuş kombaynların sayı açıqlanıb

Azərbaycan ilə IFAD arasında əməkdaşlıq genişləndirilir

Ombudsmanların Bakı Sammitində süni intellektin əmək bazarına və məşğulluğa təsiri müzakirə olunub

DİN rəsmisi: Saxta profillər rəqəmsal mühitdə ən ciddi təhlükələrdən biridir

Elmin Məmmədov: Uşaqların rəqəmsal təhlükəsizliyinin təmin olunması bütün tərəflərin birgə məsuliyyətidir

Azərbaycanda ilk dəfə paraüzgüçülük üzrə ölkə çempionatı reallaşıb

DÇ-2026: Ronaldu, Harri Keyn və İvan Perişiç rekordlara imza atıblar

® Səmimiyyəti və peşəkarlığı ilə seçilən həkim

Alimlər ən effektiv arıqlama dərmanını müəyyənləşdiriblər - tədqiqat

Bahar Muradova: Rəqəmsal mühitdə uşaqların təhlükəsizliyi üçün kompleks yanaşma vacibdir

Doqquzillik təhsil bazasında kolleclərin xüsusi qabiliyyət tələb edən ixtisasları üzrə qeydiyyat başlayır

Nazir: Türkiyə dostluq körpüləri vasitəsilə ortaq gələcəyi qurur

Zambiya rəsmisi: Azərbaycan ombudsmanı ilə əməkdaşlıq süni intellekt sahəsində də genişlənir

FAO-nun eksperti: CİS və peyk texnologiyaları Azərbaycanın şəhər idarəçiliyində yeni mərhələnin əsasını qoyur – MÜSAHİBƏ

AzTU “QS dünya universitetləri reytinqi”ndə 801–850-ci yerdə qərarlaşıb

Malavi Respublikasının Prezidenti Artur Piter Mutarikadan

Azərbaycan regional və qlobal səviyyədə sülhün, sabitliyin və əməkdaşlığın gücləndirilməsinə töhfə verib - RƏY

Gürcüstanda milli azlıqlara hüquqi xidmətlə bağlı yeni layihəyə start verilir

Qubanın kənd yolunda təhlükəli vəziyyət yaranıb VİDEO

Qubanın kənd yolunda təhlükəli vəziyyət yaranıb VİDEO

Azərbaycan ilə Bosniya və Herseqovina ombudsmanları arasında Anlaşma Memorandumu imzalanıb

“Qarabağ” və “Zirə” yoldaşlıq görüşündə üz-üzə gələcək

Azərbaycanın və Banqladeşin XİN başçıları ikitərəfli münasibətləri müzakirə ediblər

Moskva Dövlət Universitetinin Bakı filialı bakalavriat səviyyəsinə tələbə qəbulu elan edir

Cahangir Fərəcullayev UEFA-da komitə üzvü təyin edilib

KOBİA sədri: Bir çox KOB-lar hələ də regional və qlobal bazarlara çıxış əldə etməkdə çətinliklə üzləşir

Sərdar Sarayı: Zamanın silə bilmədiyi maddi-mədəni irsimiz

Beynəlxalq Enerji Agentliyi: Gələn il qlobal neft təklifi tələbatı sutkada 5 milyon barel üstələyəcək

Əl-Casir: Sukuklar həddindən artıq borclanma riskini məhdudlaşdırır

Çinli alimlər lələkli dinozavr növü tapıblar

Tikinti materiallarının istehsalı 5,9 faiz artıb

"ASAN xidmət"in "INNOLAND" mərkəzi beynəlxalq proqramın tərəfdaşlıq statusunu qazanıb

Türkiyənin bir sıra ali təhsil müəssisələri dünya universitetləri reytinqində yer alıb

“Goldman Sachs”: Hörmüz boğazından daşınmaların bərpası gələn ayın sonunadək başa çata bilər

İqtisadiyyatın neft-qaz sektorunda çalışanların sayı açıqlanıb

Orxan Məmmədov: KOBİA müəssisələrin rəqabət qabiliyyətinin artırılmasına dəstək verməyə sadiqdir

Torpağın səthi təhlükəsiz təsir bağışlasa da, onun altında ölümcül təhlükə gizlənə bilər – Füzulidən reportaj VİDEO

Torpağın səthi təhlükəsiz təsir bağışlasa da, onun altında ölümcül təhlükə gizlənə bilər – Füzulidən reportaj VİDEO

İslam İnkişaf Bankı Qrupunun 51-ci toplantısı çərçivəsində Azərbaycanın süni intellekt strategiyası barədə məlumat verilib

Plenar sessiyada süni intellekt və insan hüquqları üzrə qlobal çağırışlar səsləndirilib

FIFA dünya çempionatı zamanı sosial şəbəkələrdə 388 minə yaxın zərərli paylaşımı silib

Aİ okeanların qorunmasına 338 milyon avrodan çox vəsait ayırıb

Neft məhsullarının istehsal dəyəri 2,4 milyard manatı ötüb

Məhəmməd Süleyman Əl-Casir: Azərbaycan böyük iqtisadi sıçrayışa hazırdır

Sabah dəniz suyunun temperaturu 24 dərəcəyədək isti olacaq